Icma.az
close
up
RU
Azərbaycan Mərkəzi Asiya: siyari dialoq yüksək səviyyədədir

Azərbaycan Mərkəzi Asiya: siyari dialoq yüksək səviyyədədir

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətləri son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Bu proses yalnız ikitərəfli əlaqələrin genişlənməsi ilə məhdudlaşmır, eyni zamanda Azərbaycanı Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında mühüm siyasi və iqtisadi körpüyə çevirir. Prezident İlham Əliyevin Türkmənbaşı şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə səsləndirdiyi fikirlər də bu əməkdaşlığın strateji mahiyyətini aydın şəkildə ortaya qoydu. Azərbaycanın 2025-ci ilin noyabrında Məşvərət formatına tamhüquqlu üzv kimi qoşulması ölkəmizin Mərkəzi Asiya ilə münasibətlərinin inkişafında mühüm mərhələ oldu. Bu addım qarşılıqlı etimadın və Azərbaycanın region dövlətləri ilə qurduğu sıx əlaqələrin məntiqi nəticəsi idi. Dövlət başçısının qeyd etdiyi kimi, ölkəmizin bu platformada iştirakı yeni əməkdaşlıq imkanlarının meydana çıxmasına şərait yaradır.

Bu gün Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında siyasi dialoq yüksək səviyyədədir. Dövlət və hökumət başçıları arasında müntəzəm təmaslar, qarşılıqlı səfərlər və keçirilən görüşlər münasibətlərin möhkəm siyasi təməl üzərində qurulduğunu göstərir. Prezident İlham Əliyevin şəxsi diplomatik fəaliyyəti isə bu əlaqələrin inkişafında xüsusi rol oynayır. Onun təşəbbüsləri nəticəsində Azərbaycan region ölkələri ilə münasibətlərini yalnız mövcud çərçivədə saxlamaqla kifayətlənmir, yeni əməkdaşlıq istiqamətlərinin formalaşdırılmasına da fəal töhfə verir. İqtisadi sahədə əldə olunan nəticələr də diqqət çəkir. Ticarət dövriyyəsinin artması, qarşılıqlı investisiyaların genişlənməsi, nəqliyyat və logistika layihələrinin reallaşdırılması Azərbaycan ilə Mərkəzi Asiya arasında əlaqələrin praktiki məzmununu gücləndirir. Xüsusilə Orta Dəhlizin inkişafı bu baxımdan strateji əhəmiyyət daşıyır. Şərqlə Qərbi birləşdirən bu nəqliyyat marşrutu Azərbaycanı beynəlxalq logistika xəritəsində daha mühüm mövqeyə çıxarır və Mərkəzi Asiya ölkələrinin dünya bazarlarına çıxış imkanlarını genişləndirir.

Azərbaycanın enerji sahəsindəki imkanları da əməkdaşlığın yeni perspektivlərini müəyyən edir. Xəzər dənizinin enerji potensialından birgə istifadə, elektrik enerjisinin ixracı, bərpaolunan enerji layihələrinin həyata keçirilməsi region ölkələri arasında qarşılıqlı faydalı tərəfdaşlığın daha da dərinləşdirilməsi üçün geniş imkanlar yaradır. Beləliklə, nəqliyyat, enerji və ticarət bir-birini tamamlayan vahid regional əməkdaşlıq məkanı formalaşdırır. Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin mühüm istiqamətlərindən biri də azad edilmiş ərazilərin bərpası prosesində əməkdaşlıqdır. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq işlərinə Mərkəzi Asiya ölkələrinin göstərdiyi diqqət xalqlarımız arasında həmrəylik və qardaşlıq münasibətlərinin real ifadəsidir. Bu ərazilərdə müxtəlif ölkələrin iştirakı ilə həyata keçirilən layihələr gələcək əməkdaşlıq üçün də nümunə yaradır.
 Türkmənbaşı görüşü bütün bu proseslərin daha geniş regional müstəviyə çıxarılması baxımından əhəmiyyətlidir. Azərbaycan artıq Mərkəzi Asiya ilə münasibətlərdə yalnız tərəfdaş deyil, ümumi regional gündəmin formalaşmasına töhfə verən fəal iştirakçı kimi çıxış edir. Bu yanaşma ölkəmizin həm siyasi nüfuzunu, həm də iqtisadi və nəqliyyat imkanlarını daha səmərəli şəkildə regional inkişaf məqsədlərinə yönəltməsinə şərait yaradır. Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət nəticəsində Azərbaycan müxtəlif coğrafiyaları birləşdirən, əməkdaşlıq üçün yeni imkanlar yaradan və qarşılıqlı etimada əsaslanan regional platformaların fəal iştirakçısına çevrilib. Mərkəzi Asiya ilə münasibətlərin bugünkü səviyyəsi də məhz bu strateji xəttin nəticəsidir. Türkmənbaşı görüşündə nümayiş etdirilən qarşılıqlı maraq və siyasi iradə isə Azərbaycanla Mərkəzi Asiya arasında tərəfdaşlığın gələcəkdə daha geniş miqyas alacağını deməyə əsas verir.

Emil Tağıyev

YAP Xaçmaz rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 12 Oktyabr 2026 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see333

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see316

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see275

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see271

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see259

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see254

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see251

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see241

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see240

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see235

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see218

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see217

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see215

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see208

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see203

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see199

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see190

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri