Icma.az
close
up
RU
Azərbaycan meyvə tərəvəz ixracında 5 ilin ən yüksək göstəricisinə çatdı STATİSTİKA

Azərbaycan meyvə tərəvəz ixracında 5 ilin ən yüksək göstəricisinə çatdı STATİSTİKA

Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

2025-ci ilin yanvar–sentyabr aylarında meyvə-tərəvəz ixracı 574,3 min ton təşkil edib.

Media Təhlil Mərkəzinndən BAKU.WS-ə verilən məlumata görə, bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 135 min ton və ya 30,8% çoxdur və son beş ilin ən yüksək nəticəsi hesab olunur.

Öncəki illərin dinamikası isə dəyişkən olub. 2024-cü ildə meyvə-tərəvəz ixracı 439,16 min ton səviyyəsində qeydə alınıb ki, bu da 2023-cü ilin nəticəsi ilə (462,61 min ton) müqayisədə 23,45 min ton və ya 5,1% azdır.

2023-cü il əksinə, artım ili kimi yadda qalıb. Belə ki, 2022-ci ildə 413,78 min ton olan ixrac, 2023-cü ildə 48,83 min ton və ya 11,8% artaraq 462,61 min tona yüksəlib.

2025-ci ilin yanvar–sentyabr aylarında meyvə-tərəvəz məhsullarının ixrac dəyəri 602,5 milyon dollar təşkil edib. Bu rəqəm 2024-cü ilin eyni dövründə qeydə alınmış 458,8 milyon dollarla müqayisədə 143,7 milyon dollar və ya 31,3% çoxdur və son beş ilin ən yüksək nəticəsi hesab olunur.

Ümumilikdə, meyvə-tərəvəz ixracından əldə olunan gəlir 2024-cü il istisna olmaqla hər il artım göstərib. 2024-cü ildə ixrac dəyəri 458,8 milyon dollar olub ki, bu da 2023-cü ildəki 470,3 milyon dollardan təxminən 11,5 milyon dollar və ya 2,4% azdır.

2023-cü ildə isə əvvəlki illə müqayisədə artım müşahidə olunub. Belə ki, 2022-ci ildə 439,1 milyon dollar olan ixrac dəyəri 2023-cü ildə 31,2 milyon dollar və ya 7,1% artaraq 470,3 milyon dollara yüksəlib.

2021–2022 dövründə də artım qeydə alınıb. 2021-ci ildə 398,9 milyon dollar olan ixrac dəyəri 2022-ci ildə 40,2 milyon dollar və ya 10,1% artaraq 439,1 milyon dollara çatıb.

Daha əvvəl qeyd edildiyi kimi, 2025-ci ilin yanvar–sentyabr aylarında ölkədən ixrac olunan meyvə-tərəvəz məhsullarının ümumi həcmi 574,3 min ton təşkil edib. Bu dövrdə ən çox ixrac olunan məhsul pomidor olub. Pomidor ixracının həcmi 144 min ton təşkil edib ki, bu da ümumi meyvə-tərəvəz ixracının 25,1%-i deməkdir.

Pomidorla yanaşı, digər əsas məhsulların da ixracda mühüm payı var. Şaftalı üzrə ixrac 88,1 min ton olub və bu, ümumi həcmin 15,3%-ni təşkil edir. Alma ixracı 71,4 min ton səviyyəsində qeydə alınıb və ümumi ixracda 12,4% paya malikdir. Kartof ixracı isə 70,9 min ton olub və bu, ümumi ixracın 12,3%-ni təşkil edir.

Qalan 199,8 min ton müxtəlif digər meyvə və tərəvəz növlərinin payına düşür ki, bu da ümumi ixracın 34,8%-i deməkdir.

Beləliklə, pomidor, şaftalı, alma və kartof birlikdə meyvə-tərəvəz ixracının təxminən üçdə ikisini formalaşdırır, qalan ixrac həcmi isə digər məhsul növləri arasında bölüşdürülür.

Aparılan təhlil zamanı məlum olub ki, 2025-ci ilin yanvar–sentyabr aylarında meyvə-tərəvəz məhsullarının ixracında əsas istiqamət Rusiya olub. Bu dövrdə ölkədən Rusiyaya 501,8 min ton meyvə-tərəvəz ixrac edilib ki, bu da ümumi ixracın təxminən 87,4%-i deməkdir. Digər ölkələrin ümumi payı isə 72,5 min ton və ya 12,6% təşkil edib.

Aşağıdakı cədvəldən də göründüyü kimi, Rusiyadan sonrakı əsas alıcı ölkələrə meyvə-tərəvəz ixracı nisbətən məhdud həcmdədir. Bu bazarlara göndərilən məhsulun miqdarı təxminən 1–16,7 min ton diapazonunda dəyişir və hər bir ölkənin payı ümumi ixrac strukturunda çox kiçikdir.

Cənubi Qafqaz ölkələrinin Dövlət Statistika Komitələrinin rəsmi internet resurslarından əldə olunan məlumatların təhlili göstərir ki, 2025-ci ildə region ölkələri arasında meyvə-tərəvəz ixracında ən yüksək göstərici Azərbaycana məxsusdur. Yanvar–sentyabr aylarında Azərbaycandan 574,3 min ton meyvə-tərəvəz ixrac olunub.

Eyni dövrdə Gürcüstanın ixracı 171,09 min ton, Ermənistanın ixracı isə (yanvar–avqust dövrü üzrə) 109,81 min ton təşkil edib.

Başqa sözlə, Azərbaycanın ixrac həcmi Gürcüstanı təxminən 3,4 dəfə, Ermənistanı isə 5,2 dəfə üstələyib.

Bu fərq Azərbaycanın Cənubi Qafqazda meyvə-tərəvəz istehsalı və ixrac potensialına görə lider mövqedə olduğunu açıq şəkildə göstərir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://baku.ws
archiveBu xəbər 02 Dekabr 2025 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri