Azərbaycan nümayəndə heyəti Qars valiliyi və bələdiyyəsində görüşlər keçirib
Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Türkiyədə səfərdə olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti martın 5-də Qars Bələdiyyə Başqanı Ötüken Senger və Qars valisi Ziya Polat ilə görüşlər keçirib.
XQ xəbər verir ki, görüşlər zamanı dövlət başçılarının siyasi iradəsi nəticəsində Azərbaycan-Türkiyə münasibətlərinin keyfiyyətcə yeni mərhələyə yüksəldiyi, tərəfdaşlıq və müttəfiqlik ruhunun daha da möhkəmləndiyi qeyd olunub. Bu əməkdaşlığın regionda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə, eləcə də türk dünyasında həmrəyliyin güclənməsinə mühüm töhfə verdiyi vurğulanıb.
Həmçinin Qarsda azərbaycanlı soydaşlarımızın sıx yaşadığı bölgələrdə milli-mənəvi dəyərlərin yaşadılması, tarixi-mədəni bağlılığın qorunması baxımından birgə təşəbbüslərin əhəmiyyətinə toxunulub. Ramazan ayı çərçivəsində təşkil olunan iftar süfrələrinin soydaşlarımızla əlaqələrin möhkəmləndirilməsində mühüm platforma olduğu bildirilib.
Görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 05 Mart 2026 17:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















