Icma.az
close
up
RU
Azərbaycan o yollardan Ermənistanın istifadəsinə icazə verə bilər AÇIQLAMA

Azərbaycan o yollardan Ermənistanın istifadəsinə icazə verə bilər AÇIQLAMA

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Delimitasiya nəticəsində Ermənistanın strateji infrastrukturu Azərbaycan nəzarətinə keçməyəcək.

Bakıvaxtı.az-ın məlumatına görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, delimitasiya nəticəsində Ermənistanın strateji infrastrukturları başqa ölkənin ərazisində qala bilməz.

Qeyd edək ki, şərti sərhədin şimal hissəsində delimitasiya nəticəsində Ermənistanın Gürcüstana yolunun bir hissəsinin Azərbaycanın nəzarətinə keçəcəyi gözlənilir.

Politoloq Turab Rzayev Bakıvaxtı.az-a deyib ki, Nikol Paşinyanın bu açıqlaması daha çox Ermənistan ictimaiyyətinə hesablanmış bir mesajdır.

Ekspertin sözlərinə görə, hazırda Ermənistan daxilində müzakirələr gedir ki, sərhədlərin delimitasiya və demarkasiya prosesi zamanı strateji bölgələr Azərbaycanın nəzarətinə keçəcək:

"Ermənistanda bunu təhlükə kimi görənlərin bəyanları erməni ictimaiyyətində narahatlığa, təşvişə yol açır. Ajiotaj yaradanlar Ermənistanın mühasirəyə düşəcəyini, xarici əlaqələrdə Azərbaycandan asılı olacağını iddia edirlər. Əslində, bununla bağlı kifayət qədər əsas var. Delimitasiya prosesi ilə Qazaxın digər kəndləri də Azərbaycana qaytarılsa, Ermənistan-Gürcüstan yolları bizim nəzarətimiz altında olacaq. Eyni zamanda Naxçıvanın Kərkin kəndi ilə bağlı proses yekunlaşsa, Ermənistandan İrana gedən yollara Azərbaycan nəzarət edəcək”.

Müsahibimiz qeyd edib ki, Paşinyan hökuməti bu barədə yayılan söhbətlərdən sonra belə bir açıqlama verməyə məcbur qalıb:

“Artıq proses gedir. Qazaxdan İranadək sərhədlər delimitasiya və demarkasiya olmalıdır. Bu da Azərbaycan ərazilərinin qaytarılması deməkdir ki, o zaman strateji infrastrukturların bir çox hallarda Azərbaycanın nəzarətinə keçəcəyi gözlənilir ".

Turab Rzayev: Qazaxdan İranadək sərhədlər delimitasiya və demarkasiya olmalıdır

Həmsöhbətimiz vurğuklayıb ki, bunun qarşısını almaq, daha doğrusu erməni ictimaiyyətinin narahatlığını aradan qaldırmaq üçün Ermənistan əsas yollara alternativ yollar çəkməlidir:

"Yaxud da ki, həmin əraziləri digər ərazilərlə barter etməlidir. Məsələn, strateji yollar keçən əraziləri özündə saxlamaqla, digər bölgədən Azərbaycana ərazilər verəcək. Ya da mümkündür ki, Azərbaycan tərəfi müvvəqqəti olaraq həmin yollardan Ermənistanın istifadəsinə icazə versin. Ancaq indiki halda Paşinyanın "heç bir halda strateji yollar Azərbaycanın nəzarətinə keçməyəcək" açıqlaması yarımçıqdır və suallara cavab vermir. Azərbaycan tərəfi bütün haqları uğrunda sonadək mübarizə aparacaq və maraqlarına cavab verməyən məqamlarla razılaşmayacaq. Heç bir ərazimizin Ermənistanda qalmasına imkan verməyəcəyik".

Aydın Baxış

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 03 Fevral 2025 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see265

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see210

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see205

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see199

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see183

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see175

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see171

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see162

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see161

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see142

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri