Icma.az
close
up
RU
Menu

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

Xarici ticarət: ixrac və idxal azalır

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

İran ayətullahı “anti Azərbaycan xoru”nda

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Azərbaycan Ordusu: dövlətçilik, suverenlik və qələbəyə aparan tarixi yol məqalə

Azərbaycan Ordusu: dövlətçilik, suverenlik və qələbəyə aparan tarixi yol məqalə

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 10 noyabr, Elmir Səftərov, AZƏRTAC

Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində Ermənistan ordusunu məğlub edib, Qarabağın böyük hissəsini erməni işğalından azad etdi. 2023-cü il sentyabrın 19-da isə Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törətdi. Bu təxribat və hücumların qarşısını almaq məqsədilə Azərbaycan Ordusu sentyabrın 19-20-də Qarabağda lokal xarakterli antiterror tədbirləri keçirdi. 23 saat sürən uğurlu hərbi əməliyyat nəticəsində Xankəndi, Xocalı, Əsgəran, Ağdərə və bütün Qarabağ torpaqları erməni separatçılarından təmizləndi. Bu tarixi nailiyyətlə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin olundu.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Əfqan Vəliyevin “Azərbaycan Ordusu: dövlətçilik, suverenlik və qələbəyə aparan tarixi yol” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Prezident İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması Azərbaycanın dövlətçilik və müstəqillik tariximizin öyrənilməsi ilə yanaşı təbliği baxımından əhəmiyyətli rol oynayır. Bu gün dünyanın ən güclü və müasir orduları arasında olan Azərbaycan Ordusu qədim tarixi keçmişə malikdir. Azərbaycan xalqının ordu quruculuğu sahəsindəki təcrübəsi Səfəvilər, xanlıqlar və Azərbaycan Xalq Cümhuriyyəti dövrünə söykənir.

1918-ci ilin mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) İstiqlal Bəyannaməsində qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələri zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. AXC hökumətinin prioritet vəzifələrindən biri ölkənin təhlükəsizliyinin təminatçısı olan ordu yaratmaq və onu formalaşdırmaqdan ibarət idi. Çünki müstəqil ordusu olmayan dövlətin milli dövlətçiliyi həmişə yadellilərin təhlükəsi altında yaşamağa məhkumdur. Bu zərurətlə bağlı 1918-ci ilin mayın 28-də yaradılan ilk kabinədə Azərbaycan hökumətinin müdafiə naziri vəzifəsinə general Xosrov bəy Sultanov təyin edildi. AXC-nin ordu quruculuğu haqqında tədbirlər planına müvafiq olaraq 1919-cu il noyabrın 1-dək ordunun ən mühüm struktur bölmələri və hissələri yaradılıb başa çatdırılmalı idi. AXC yaradıldığı ilk dövrlərdə onun hərbi qüvvələri 600 nəfərlik könüllü dəstələrdən ibarət idi. Hökumət 1918-ci il iyunun 19-da ölkə ərazisində hərbi vəziyyət elan etdi. 1918-ci il iyunun 26-da AXC ilk mütəşəkkil hərbi hissəsinin - əlahiddə korpusun yaranması haqqında qərar verdi. Bu qərarla da Şərqin müsəlman aləmində ilk demokratik hökumətinin öz ordusunu yaratmağına hüquqi baza yarandı. Sonra ölkədə hərbi mükəlləfiyyət - orduya çağırış haqqında fərman imzalandı. Qısa müddətdə Azərbaycanda milli ordu quruculuğunda əsaslı nəticələr əldə olundu.

Hələ XX əsrin 70-ci illərinin əvvəllərindən başlayaraq Azərbaycanda milli ordu quruculuğu prosesi, onun formalaşması Ulu Öndər Heydər Əliyevin adı və zəngin fəaliyyəti ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ordu quruculuğu, milli zabit kadrların hazırlığı məsələlərini daim önə çəkib. Ulu Öndərin təşəbbüsü ilə 1971-ci ildə Bakı şəhərindəki 2 nömrəli 8 illik internat məktəbinin bazasında ixtisaslaşdırılmış internat məktəbi yaradılmış, məktəbə diviziya komandiri, general C.Naxçıvanskinin adı verilmişdi.

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra, 1991-ci ilin sentyabrında Ali Sovetin qərarı ilə Müdafiə Nazirliyi, oktyabrın 9-da isə qarşıdakı 3 ay ərzində Azərbaycan Silahlı Qüvvələrinin yaradılması barədə qərar qəbul edildi. 1992-ci ildə Azərbaycan Müdafiə Nazirliyinin komandanlığının rəhbərliyi altında desant qoşunları yaradıldı və Xəzərdə hərbi donanmanın komplektləşdirilməsi başa çatdı. 1997-ci il noyabrın 24-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təhsil müəssisəsi C.Naxçıvanski adına Hərbi Lisey adlandırıldı. Azərbaycan müstəqillik əldə etdikdən sonra hərbi liseyin məzunları ordunun yaranmasında, vətənin ərazi bütövlüyünün qorunması uğrunda mübarizədə həmişə ön cəbhədə olublar.

Azərbaycanda vahid komandanlığa əsaslanan nizami və mütəşəkkil, ən əsası müstəqilliyə və dövlətçiliyə qarşı yarana biləcək hər hansı təhlükənin qarşısını almağa qadir ordunun yaradılması Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidi ilə təkrar hakimiyyətə qayıdışından sonra mümkün oldu. Başlanğıcını 1993-cü il noyabrın 2-də Ulu Öndərin xalqa müraciətindən götürən və hərb tariximizə Heydər Əliyevin müasir ordu quruculuğu kimi düşən bu dönəmin ilkin çağlarında yeni yaradılan və vahid komandanlığa tabe olan hərbi birləşmələr, nəinki Ermənistanın güclənən hücumlarının qarşısını böyük mətinliklə aldı, hətta Horadiz əməliyyatı ilə çoxsaylı yaşayış məntəqələrini, strateji əhəmiyyət kəsb edən yüksəklikləri düşməndən azad etdi.

Prezident Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, 26 İyun – Silahlı Qüvvələr Günü elan edildi. 1998-ci il iyunun 25-də Azərbaycan Ordusunun yaradılmasının 80 illiyi qeyd olundu.

Ulu Öndər Heydər Əliyevin Azərbaycan Ordusunun daha da qüdrətlənməsi istiqamətində apardığı böyük işlər Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Ordusunun maddi-texniki təchizatı ən yüksək səviyyədədir.

Azərbaycan Ordusunun tarixində ən böyük silah anlaşması isə 2012-ci ildə olub. Həmin ilin fevral ayında İsrailin “Israeli Aerospace Industries” adlı iri hərbi-sənaye şirkəti Azərbaycana pilotsuz kəşfiyyat təyyarələrinin ən yeni versiyalarının və ən müasir Hava Hücumundan Müdafiə Sistemlərinin satılmasına dair 1.6 milyard dollarlıq müqavilə bağlayıb. İsraildən düşmən hədəflərinə dəqiq raket zərbələri endirə bilən böyük pilotsuz kəşfiyyat təyyarələri “Heron”ların, habelə hava və raket hücumundan etibarlı müdafiəni təmin edən HHM sistemlərinin alınması Azərbaycan ərazisini ballistik raket zərbələrindən müdafiəsini təmin etdi. 2008-2012-ci illərdə dövlət büdcəsindən ölkənin müdafiə qüdrətinin artırılması və silahlı qüvvələrin maddi-texniki təminatının yenilənməsinə 12 milyard ABŞ dollarından artıq vəsait yönəldib. Azərbaycan müdafiə sektoruna dövlət büdcəsindən yönəltdiyi vəsaitin həcminə görə Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrini 4 dəfəyə yaxın üstələyib. Ötən dövrdə əsas diqqət ordunun maddi-texniki təchizatının yenilənməsi, infrastrukturun yaradılması, hərbçilərin məvaciblərinin artırılması, mənzil təminatının yaxşılaşdırılması, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə yönəldilib. Bu dövrdə silah və hərbi texnikaların satın alınmasına dair Ukrayna, Rusiya, Belarus, Türkiyə, İsrail, CAR, Serbiya, Avstriya və s. hərbi məhsulların istehsalına dair Ukrayna, Belarus, Türkiyə, CAR, Polşa, İordaniya kimi ölkələrlə müqavilələr imzalanıb. Ordu “İldırım” və modernləşdirilmiş S-125, “РМ 70/85”, “Qasırğa”, “Ekstra”, “Polonez”, “LORA” və s. kimi zenit-raket sistemləri, S-31 “Vena”, “DANA”, “TOC-1A Solntsepyok”, “MSTA-S”, 2A 36 “Geasint” və s. kimi artilleriya və minaatan sistemləri, “SPAYK” və “XRİZANTEMA-S” kimi tankəleyhinə idarəolunan raket kompleksləri, Т-90S tankları, BMP-3, ZTR 82 А və s. kimi zirehli-döyüş texnikaları, “Super Muşşak”, L-39 təlim-döyüş təyyarələri, “BELL-412”, “MD-530” və “Mİ-35” helikopterləri, “АEROSTAR”, “HERON”, “ORBİTER”, yüzlərlə yeni növ kamikadze tipli “Zərbə” və kəşfiyyat-müşahidə pilotsuz uçuş aparatları (PUA) və digər hərbi döyüş vasitələri ilə təmin olunub. Ən əsası isə bütün bu texnika və silahlardan peşəkarlıqla, bacarıqla, inamla, effektiv istifadəyə qadir olan Azərbaycan hərbçiləri də hazırlanıb. Bütün bunlardan sonra əminliklə deyə bilərik ki, müasir silahlarla, texnoloji avadanlıqlarla təchiz edilən ordumuz qısa müddətdə döyüş vəziyyətinə gətirilməklə, günün istənilən saatında və istənilən iqlim şəraitində döyüş tapşırıqlarını maksimal səmərəli icra etmək gücünə və imkanına malikdir. Bunu 2016-cı ildəki Aprel döyüşləri də sübut etdi.

Bölgədə ən qüdrətli orduya malik Azərbaycanın Mərkəzi və Şərqi Avropa ölkələri ilə əməkdaşlığının inkişaf etdirilməsi məqsədilə NATO tərəfindən yaradılmış Şimali Atlantika Əməkdaşlıq Şurasına daxil olması, “Sülh Naminə Tərəfdaşlıq” proqramına qoşularaq hərbi təlimlərdə iştirak etməsi nizami ordumuzun NATO standartları səviyyəsində hazırlıqlı olduğunun göstəricisidir. Azərbaycan zabitlərinin beynəlxalq standartlara cavab verən xidmətlərinin beynəlxalq hərbi ekspertlər tərəfindən yüksək qiymətləndirilməsi hər bir azərbaycanlıda qürur hissi doğurur. Bu baxımdan inamla demək olar ki, NATO ilə Azərbaycan arasında əməkdaşlığın getdikcə daha da güclənməsi ölkəmizdə orduya göstərilən diqqət və qayğının nəticəsidir. Hərbi qulluqçuların sosial müdafiəsini gücləndirmək, onların məişət şəraitini yaxşılaşdırmaq məqsədilə də mühüm layihələr icra olunur. Azərbaycan Ordusunun şəxsi heyətinin sosial şəraitinin yaxşılaşdırılması məsələsinə xüsusi diqqətlə yanaşan Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə çox mühüm və ardıcıl tədbirlər həyata keçirilir. Bu da şəxsi heyətin döyüş, mənəvi-psixoloji və digər hazırlıqlarının artırılmasına güclü təkan verir.

2018-ci ildə Bakının işğaldan azad olunmasının 100 illiyi ilə əlaqədar Azadlıq meydanında keçirilən hərbi parad da ölkəmizin müdafiə qabiliyyətinin göstəricisi və dövlətimizin hərbi gücünün təsdiqi kimi tarixə düşdü. Azərbaycanda ordu dövlət üçün prioritetdir, ordu quruculuğuna fasiləsiz, dönməz diqqət vardır. Hərbi qulluqçuların vəzifə maaşlarının artırılması haqqında Azərbaycan Prezidentinin Sərəncamı bu diqqətin təzahürüdür. Son illərdə həyata keçirilən irimiqyaslı islahatlar, genişmiqyaslı təlimlər, ən yüksək texnikalarla və qurğularla təchizat, ümumən hərtərəfli diqqət və qayğı şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının səviyyəsini nəzərəçarpacaq dərəcədə yüksəldilməsinə və Azərbaycan ordusunun 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfər qazanmasına səbəb oldu. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dediyi kimi, Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Noyabr 2025 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see333

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see197

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see167

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see164

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see163

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see161

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see156

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see150

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see148

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see147

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see144

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see143

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see141

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see140

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see138

İran ayətullahı “anti Azərbaycan xoru”nda

24 Dekabr 2025 16:35see137

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see136

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see136

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see135

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri