Icma.az
close
up
RU
Menu

İran rejimi legitimliyini itirir ŞƏRH

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Azərbaycan Prezidenti COP29la bağlı məkrli mövqedə olanları ifşa etdi ŞƏRH AzPolitika onlayn siyasiictimai qəzet

Azərbaycan Prezidenti COP29la bağlı məkrli mövqedə olanları ifşa etdi ŞƏRH AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan son 21 ildə sürətlə inkişaf edən dövlət kimi nüfuzlu beynəlxalq təşkilatların tədbirlərinin keçirildiyi ən etibarlı məkandır. Ölkəmiz həm də beynəlxalq aləmdə sabitlik məkanı imici qazanıb. Məhz bunun nəticəsidir ki, işğaldan azad edilmiş ərazilərimiz də tədricən mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməyə başlayıb

Bu gün Bakı dünyanın mərkəzinə çevrilib. Xatırladım ki, dünyanın təqribən 200 ölkəsinin COP29-un Azərbaycanda keçirilməsinə dair yekdil qərarı ölkəmizə olan inam və etimadın bariz nümunəsidir, həmçinin dövlətimizin başçısının həyata keçirdiyi xarici siyasətə hörmət və dəstəyin parlaq sübutudur. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən də yüksək dəyərləndirilir. Bu konvensiyaya qoşulan ölkələr ildə bir dəfə dünyada iqlim dəyişikliyi ilə mübarizə üçün çoxtərəfli fəaliyyəti müzakirə etməkdən ötrü bir araya gəlirlər.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Hüquq müdafiəçisi deyib ki, Azərbaycanın beynəlxalq əhəmiyyətli belə bir nüfuzlu tədbirə ev sahibliyi etməsi milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsidir. Dövlətimizin başçısı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimindəki çıxışında ölkəmizin sürətli inkişafı, qarşıda duran perspektivlər barədə məlumat verdi və COP29-u boykot etmək istəyənlərə də ciddi mesajlar göndərdi.

Komitə sədri deyib ki, Azərbaycanın postsovet məkanında ilk dəfə olaraq COP29-a ev sahibliyi etməsi xarici siyasətimizin növbəti qələbəsidir. Bu tədbir, eyni zamanda, ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu, gücünü getdikcə artırır. Təəssüf ki, ölkəmizə qarşı qərəzli mövqedə olan, uğurlarımızı həzm edə bilməyən Qərbin qara piar ustaları bu dəfə də məkrli niyyətlərini ortaya qoyaraq COP29-a qarşı boykot kampaniyası həyata keçirməyə başlayıblar. Tədbirin Bakıda yüksək səviyyədə keçirilməsi bədxahların çirkin niyyətlərini ürəklərində qoydu. Onlar eşidəndə ki, Bakıda keçirilən COP29-da 196 ölkədən 72 min qeydiyyata alınmış iştirakçı və onların arasında 80 prezident, vitse-prezident və Baş nazir var, yəqin ki, xiffətdən bağırları çatlayacaq. Bəli, bu gün dünya Bakıda toplaşıb.

Dövlətimizin başçısının çıxışındakı bəzi məqamları diqqətə çatdıran hüquq müdafiəçisi bildirdi: “Prezident İlham Əliyev dedi ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin Ermənistan tərəfindən 30 illik işğalına, etnik təmizləməyə və bir milyon azərbaycanlının öz doğma torpaqlarından qovulmasına baxmayaraq, biz özünü təmin edən iqtisadiyyata və müstəqil siyasətə malik güclü ölkəni qura bildik. Dörd il öncə biz İkinci Qarabağ müharibəsində tarixi Qələbəni qeyd etdik. Bir il əvvəl biz BMT-nin Nizamnaməsinə, beynəlxalq hüquqa və BMT-nin Təhlükəsizlik Şurasının 30 il kağız üzərində qalmış qətnamələrinə uyğun olaraq, suverenliyimizi tam bərpa etdik. Biz həmin qətnamələri özümüz icra etdik, beynəlxalq hüququ, ədaləti bərpa etdik və Ermənistanın işğalına son qoyduq. COP29-un sədri kimi Azərbaycan inkişaf etmiş və inkişaf edən ölkələr, Qlobal Cənub və Qlobal Şimal arasında ümumi anlaşmaya nail olmaq üçün əlindən gələni edəcək”.

Tanınmış hüquqşünas COP29-un artıq başladığını və yüksək səviyyədə davam etdiyini diqqətə çatdıraraq deyib ki, təəssüf ki, ağa qara deməyə adət etmiş muzdlu siyasətçilər, ələ baxım QHT-lər və sifarişli media hələ də qaralama kampaniyasını davam etdirirlər: “Dövlətimizin başçısı çıxışında bu məqamı da xüsusi vurğuladı. Müxtəlif ölkələrə məxsus bəzi media orqanlarında, demək olar ki, hər gün iqlim sammitinin əleyhinə yalan və böhtanla dolu məqalələr dərc edilir, əsassız fikirlər səsləndirilir. Belə araqarışdıranlar hələ də qəbul etmək istəmirlər ki, iqlim sammiti baş tutub və yüksək səviyyədə davam edir”.

Ç.Qənizadə Fransanın bu nüfuzlu tədbirə qatılmamasının əsas səbəbinin ermənipərəst mövqedə olması ilə əlaqələndirib və bildirib ki, yaxın illərdə İqlim dəyişikliklərinə qarşı Paris Sazişi qəbul edilən zaman ölkənin dövlət rəsmləri bu sənədi “tarixi dönüş nöqtəsi” adlandırmışdılar. Bəs indi nə baş verdi? “Tarixi dönüş nöqtəsi” nə tez yaddan çıxdı? Belə əhəmiyyətli bir tədbirin Azərbaycanda keçirilməsi haqda qərar verilən gündən indiyə kimi bu konfransın boykot edilməsinə çağıranlar, əslində, özlərinin iç üzlərini ortaya qoyurlar. Hətta konfransda iştirak edən qabaqcadan təlimatlandırılmış bəzi media nümayəndələri də çirkin mövqelərini gizlədə bilmirlər. Ancaq onlar aldıqları tutarlı cavablardan sonra pat vəziyyətinə düşürlər.

“Hələ konfrans yeni başlayıb. Qarşıda xeyli görüşlər, müzakirələr, gəzintilər var. Tədbir iştirakçıları Azərbaycanda, xüsusilə, işğaldan azad edilmiş ərazilərdə yenidənqurma, tikinti-abadlıq işləri ilə yaxından tanış olduqca ölkəmizin sürətlə inkişaf etdiyinə bir daha əmin olacaqlar. Onlara aydın olacaq ki, “İqlim boykotçuları” özləri özlərini boykot edirlər”, – deyə Ç.Qənizadə bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 14 Noyabr 2024 10:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see283

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see276

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see225

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see215

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see211

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see206

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see198

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see197

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see190

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see185

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see180

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see176

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see172

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see155

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see153

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see153

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see151

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see150

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see143

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri