Icma.az
close
up
RU
Azərbaycan qadınları baxımı yaxşı makyaj etməkdə görür MÜSAHİBƏ

Azərbaycan qadınları baxımı yaxşı makyaj etməkdə görür MÜSAHİBƏ

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son zamanların ən yayğın problemlərindən biri də düzgün aparılmayan cild baxımı və onun yaratdığı fəsadlardır.

Sözügedən mövzu ilə bağlı Modern.az Türkiyənin məşhur cild baxımı üzrə mütəxəssisi Sibel Şəkərci ilə həmsöhbət olub.

Müsahibəni təqdim edirik:

- Azərbaycanla bağlı ilkin təsüratlarınızı öyrənmək istərdik, söhbət əsnasında bildirdiniz ki, ilk dəfədir bura gəlirsiniz.

- Azərbaycana ilk dəfə gəlirəm, bu şəhərə aşiq oldum. Küçələri tər-təmiz, insanlar gülərüzlüdür. Bakını kiçik şəhər bilirdim, amma çox möhtəşəm şəhərdir. Hər küçəsini tək-tək gəzməyə dəyər. Azərbaycanının tarixinin bu qədər zəngin olduğunu bilmirdim. Təkrar-təkrar gələcəyim ölkədir.

- Kifayət qədər spesifik sahədə - cild baxımı üzrə mütəxəssisləşmisiniz. Bu sahəni seçmə səbəbiniz nə olub?

- 24 ildir ki, cild baxımı üzrə mütəxəssisəm. 10 ildir ki, öz iş yerimi açmışam və eyni zamanda bu sahədə dərslər də verirəm. Uşaqlıqdan cildimə, dırnağıma baxmağı, özümə qulluq etməyi sevirdim. İşimi də çox sevirəm. Düşünürəm ki, bir qızım bir də işim olmasa yaşaya bilmərəm. 

- İşinizin hansı çətinlikləri var, kosmetoloji proseslər zamanı daha çox nələrə diqqət edilməlidir ki, problemlər yaranmasın?

- Doğru işi, doğru insana həvalə etdiyiniz zaman hər zaman ən yaxşı nəticəni alacaqsınız. Hansı məhsulu, cihazı istifadə edəcəyin çox önəmlidir, bizim işlərimizdə və təbii ki, ən böyük önəm təmizlikdir. Əgər bu tip işlərdə hijyenik qaydalara riayət olunmursa, ən sadə proseduru belə, yerinə yetirə bilmərsiniz. Əksər vaxt birdəfəlik istifadə olunan məhsulları istifadə etməyə üstünlük veririk. Çox çətin və hər detalına diqqət edilməsi lazım olan işdir. İşin kənardan görünən tərəfi çox adi, rahat görünsə də bu işin “mətbəxi” çətindir. Hər kəsin cildinə eyni şeyi etmək olmur. Bunun seçimini etmək, doğru insana, doğru proseduru həyata keçirmək çox önəmlidir. Bunun üçün doğru cild analizi etməyiniz önəmlidir. Çox çətin iş olsa da sevdiyiniz, zövq aldığınız halda hər şey daha rahat gəlir.

- Ən çox hansı problemlərə görə sizə müraciət olunur, ümumiləşdirsək insanların cildləri ilə bağlı yaşadıqları problemləri nələrdir?

- Cild baxımında ən yayğın problem akne -  sızanaq, eyni zamanda ləkə problemi. Hər iki proses uzun vaxt alan problemdir. Lakin daha tez nəticə almaq istəyən insanlar yanlış prosedurlardan keçərək daha çox problem yaşayırlar. Kosmetoloqların etdiyi ən böyük səhvlərdən biri də cildə birbaşa müdaxilə etmək – iynələr vurmaq və sair. Bu həkimlərin edə biləcəyi işdir. Bizim sektorda bu cür işlər olmamalıdır. Cildi analiz etdikdə akne və ləkələrin müayinəsi bizi aşırsa, mütləq həmin pasiyenti həkimə yönləndirmək lazımdır.  

- Azərbaycanlı xanımları baxımlı hesab edirsinizmi, müşahidələriniz zamanı hansı nəticələrə gəldiniz?

- Mən bura gəlməzdən əvvəl bir çox yaxınım azərbaycanlı qadınların çox baxımlı olduğunu demişdi. Hətta mənə bildirirdilər ki, sən çox idman tərzi geyinirsən, ora gedəndə Azərbaycan qadınlarının yanında çox sönük qalacaqsan. Azərbaycan qadınları həqiqətən çox gözəldilər, çox zövqlü geyinirlər. Ancaq baxım məsələsinə gəldikdə azərbaycanlı qadınlar baxımı yaxşı makyaj etmək bilir. Makyaj etmək baxım deyil, baxım cildinə qulluq etməkdir. Mən o makyajı edən zaman cildim pis görünəcəksə, məndə pis görünəcəm. Azərbaycanlı qadınların dərisi hamar deyil. Məncə, səhv baxımlardan istifadə edirlər, doğru yerlərə getmirlər. 

- Sizcə, Azərbaycanda qadınların dərilərinin bu qədər çox problemli olmasının əsas səbəbi nədir?

- Türkiyədəki xanımlar cildlərinə pul ayırırlar. 10 il sonra daha sağlam, daha cavan görünmək üçün ən yaxşı, ən doğru baxımı etdirir. Azərbaycanda sadəcə makyaj edirlər. Bunu həmin xanımların doğru yönləndirilməməsi, maddi problemlər və sair səbəb ola bilər. Ayda bir hər kəsin cildinin qulluq və ciddi təmizlənməsinə ehtiyac yaranır. 


- Düzgün edilməyən qulluqlardan əlavə başqa hansı təbii səbəblər cildimizə zərər vuru?

- Azərbaycan mətbəxi insanların cildinin sağlam olmasının qarşısını alır. Çox kalorili, yağlı və xəmir yeməkləriniz var. Dadları çox gözəl olsa da istər kosmotoloji, istərsə də başqa xəstəliklər yarada bilər. Mən 42 yaşındayam, hər gün xəmir yeməkləri yeyərəmsə cildimdə aknelər çıxmağa başlaar, solğunlaşar, matlaşar, kilo alaram və sair. Səhər oyananda mütləq su içmək lazımdır, toksinləri vücudumuzdan bu cür sadə yollarla da ata bilərik. Şirniyyatlar – paxlava, şəkərbura çox dadlı olsa da onlardan maksimum az istifadə etmək lazımdır. Yemək porsiyalarınızı balacalaşdırın. Yaş irəllədikcə kənardan nə qədər özünüzə baxsanız da əsas baxım daxildən başlanır. 

- Cild problemlərini yaradan tək səbəb qida rasionu və milli mətbəxlə əlaqələndirmək mümkündürmü, başqa hansı hallarda cildimiz zədələnə bilər?

- Cild problemlərinin bir çox səbəbləri olur, bu hər kəsə görə dəyişə bilər. Ümumilikdə desək havanın temperaturundan tutmuş, düzgün qidalanmamaq, doğru miqdarda su içməmək, yağlı, qazlı, şirin qidalardan istifadə kimi məsələlər cildimizə ciddi təsir edir. Doğru qidalanmadığımız və doğru cild baxımı etmədiyimiz təqdirdə - səhər və axşam dəri tipimizə uyğun üz yuma geli, tonik və günəş kremi istifadə emədikdə dəri problemlərimiz həll olunmaz, əksinə daha da ciddiləşər.  Əgər sadaladıqlarıma diqqət etsək hər yaşda cildimiz daha sağlam, gözəl və diri qalacaq. 

- Sosial media trendlərinin dünyanın hər yerinə asanlıqla yayılması burada müxtəlif kontentlər yaradaraq məşhurlaşmaq istəyən insanların da sayını artırır. Siz necə düşünürsünüz, cild baxımı kimi mühüm mövzuları bu cür platformalarda tövsiyə xarakterli materialların hazırlanması doğrudurmu?

- Mən hər şeyi araşdıraraq, özümə uyğun olanı tapıb etməyin tərəfdarıyam. Heç kimi özümə nümunə görmürəm. Amma bir işi həyata keçirəcəyəmsə, ilk etabda onun akademik tərəfini bilmək istəyərəm. Məsələn dekabrın sonu iş yerimdə yeni prosedurların tətbiqinə başlayacam, amma ilk növbədə onun təhsilini alıb elə başlayacam. Sosial media yenilikləri görmək üçün istifadə edirəm, amma bir iş haqqında məsləhət verəcəmsə, sosial media hesabımın olması mənim üçün kifayət etmir, eyni zamanda o işin təhsili də olmalıdır. Hazırda saç dibi problemləri ilə maraqlanıram, onun təhsilini də aldım. Ona görə də düşünürəm ki, bir işi görməzdən qabaq onun təhsilini almaq lazımdır və bir insandan məsləhət almaq, ona müraciət etmək üçün də onun o sahədə nə dərəcə biliyinin olub-olmadığını öyrənmək lazımdır.

- Cild baxımı zamanı kimyəvi, yoxsa təbii məhsulların istifadəsini daha yaralı və effektiv hesab edirsiniz?

- Təbii ki, dermakosmetik təbii məhsullara üstünlük verilməlidir, amma bir məhsulun yaxşı olması onun təbiliyi ilə kifayətlənmir. Burada bir çox məsələlər var ki, onlara diqqət edilməlidir. 

- Hər kəsin doğru bildiyi, dərisinin daha gözəl görsənməyi üçün etdiyi, amma səhv olan nələrlə qarşılaşmısınız?

- Məndə bu səhvi gənc olarkən çox etdim – günəş şüaları qəbul etmək ("zaqar"). Ümumiyyətlə Günəşin dərimiz üçün ziyanı xeyirlərindən qat-qat çoxdur. 

- Nələr etməliyik ki, cildimiz daha gözəl və problemsiz qalsın, tövsiyələriniz nə olardı?

- Günlük rutininzdə cildinizə uyğun üz yuma geli, tonik, nəmləndirici və günəş kremini davamlı istifadə etdiyimiz təqdirdə cildimizdə ciddi problemlər də yaranmır. Həmçinin ayda bir dəfə doğru yerdə üz baxımı etdirərək, vitaminlərdən istifadə edərək cildimizi qoruya bilərik. Problemli cildlərdə isə qış aylarında – sentyabr və aprel aylarında daha ciddi, dəri tipinə, probleminə uyğun prosedurlarla cildi sağaldıb, normallaşdırmağa çalışırıq. Bura cildi soyma, yenilənmə, pilinqlər və sair aiddir. Sağalma prosesində də təbii ki, dərimiz qulluq etməyimiz mütləqdir. Eyni zamanda bu qulluq tək qadınlara deyil kişilərə də aid edilir. Türkiyədə kişilər üz baxımına daha çox önəm verir. Bir qadının üz baxımına nə qədər ehtiyacı varsa, kişilərin də bir o qədər var. Bu gözəl görsənməklə yanaşı sağlamlıqla da bağlı prosesdir. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:249
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 Dekabr 2024 10:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri