Azərbaycan Qazaxıstanla Orta Dəhliz çərçivəsində gömrük prosedurlarının sadələşdirilməsini müzakirə edib
Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Mövcud geoiqtisadi şəraitdə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM, Orta Dəhliz) təkcə Mərkəzi Asiya və Cənubi Qafqaz üçün deyil, qlobal ticarət və nəqliyyat sistemləri üçün də strateji əhəmiyyətini artırır.
"Report" Qazaxıstan səfirliyinin məlumatına istinadən xəbər verir, bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel ilə keçirilən görüşdə bildirib.
Görüşdə tərəflər gömrük sahəsində ikitərəfli əməkdaşlığın cari vəziyyəti və perspektivlərini müzakirə ediblər. Ş. Bağırov Azərbaycan və Qazaxıstan gömrük orqanları arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayaraq, gömrük prosedurlarının sadələşdirilməsi, avtomatlaşdırılması və rəqəmsallaşdırılmasının Orta Dəhliz çərçivəsində yükdaşımaların səmərəliliyini artıracağını qeyd edib. O, Azərbaycanın bu marşrutun inkişafına xüsusi önəm verdiyini bir daha təsdiqləyib.
Səfir Alim Bayel Qazaxıstan və Azərbaycan məhsullarının, eləcə də üçüncü ölkələrdən gətirilən yüklərin tranzitində artımın davam etdiyini bildirib və bu müsbət tendensiyanın qorunub saxlanmasının vacibliyinə diqqət çəkib. Diplomat, həmçinin, TBNM çərçivəsində həyata keçirilən iri infrastruktur və logistika layihələrinin önəmini vurğulayaraq, bu prosesdə Qazaxıstan və Azərbaycanın gömrük orqanlarının mühüm rol oynadığını qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 25 Fevral 2025 19:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















