Azərbaycan qılıncoynadanları Çində keçirilən dünya birinciliyində iştirak ediblər FOTO
Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan qılıncoynadanları Çinin Usi şəhərində keçirilən yeniyetmə və gənclərin dünya birinciliyində iştirak ediblər. SİA xəbər verir ki, Səid Əliyev, Vahab Fətullayev, Mirxətai Məmmədov və Emin Səfərbəyovdan ibarət sablya yığması ilk görüşdə Belçikaya 45:37 hesabı ilə qalib gəlib.
Milli ən güclü "16-lığ"a yüksəlmək uğrunda keçirilən qarşılaşmada Almaniyaya 26:45 hesabı ilə uduzub. Komanda ümumi sıralamada 31-ci olub.
Aynur Quliyeva, Xədicə Həsənli, Nəzrin Mehdiyeva və Nazilə Rəhimovadan ibarət kollektiv isə şpaqaçıların komanda yarışında 14-cü olub.
Yaponiya yığmasına 34:33 hesabı ilə qalib gələn şpaqaçılar ən güclü "səkkizliy"ə yüksəlmək üçün keçirilən görüşdə Çinə 38:45 hesabı ilə məğlub olub. Komanda 9-16-cı yerlər uğrunda keçirilən görüşlərdə Estoniyaya 31:45 hesabı ilə uduzub. Misir şpaqaçılarını 45:44 hesabı ilə məğlub edən milli son görüşündə ispan rəqiblərinə 27:45 hesabı ilə uduzub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 15 Aprel 2025 16:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















