Icma.az
close
up
RU
“Azərbaycan Qlobal Media Group”un rəhbəri Azərbaycana qarşı: Elnur Baimovu kim danışdırır? Bir şərhin izi ilə…

“Azərbaycan Qlobal Media Group”un rəhbəri Azərbaycana qarşı: Elnur Baimovu kim danışdırır? Bir şərhin izi ilə…

Icma.az bildirir, Hurriyyet portalına istinadən.

2000-ci illərin əvvəllərində elə bir dövr gəldi ki, sığorta şirkətlərində çalışan menecerlər media sahəsinə baş redaktor qismində cəlb olundular. O dövrün parlaq deputatlarından hesab olunan mərhum Anar Məmmədxanovun təsisçiliyi ilə yaradılan Day.az saytının rəhbərliyinə Elnur Baimov da məhz sığorta sektorundan gətirilmişdi. A.Məmmədxanovun E.Baimova olan etimadı qədim köklərə əsaslanırdı - hər ikisinin atası BDU-nun riyaziyyat fakültəsində çalışırdı və uzun illərin dostları idilər.

Çox keçmədi ki, Day.az-da ulduzu parlayan E.Baimov Turbo.az, Tap.az, Bina.az, Bos.az, Gun.az, “Muğam radio” və s. kimi böyük media resurslarına rəhbərlik etməyə başladı. Bu gün Adnan Əhmədzadə ilə dostluğu heç bir şübhə doğurmayan və onun “kino biznesi”nə rəhbərlik edən Zaur Darabzadə də E.Baimovun patronajlığı altında “Day.az radiosu”na rəhbərlik edirdi. Media sahəsində külli miqdarda gəlir gətirən resurslar E.Baimovun sürətlə varlanmasının və inkişafının əsas ruporu rolunda çıxış edirdi.

Bir müddət sonra isə Sabiq Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovla yaxın dostluq münasibətləri olan E.Baimov birinciyə məxsus “Qaran Holdinq”in tərkibində “Qarant Media Holdinq” yaratdığını da bəyan etdi. “National Geographic” və xeyli sayda ictimai-siyasi məzmunlu resurslar da media holdinqə daxil edilməli idi. Kütləvi ictimai qınaqdan sonra “Qarant Media Holdinq” rəsmən fəaliyyətə başlaya bilmədi. Amma bu uğursuzluq onun məmur obrazının merkantil cizgilərini də yaratmış oldu. 

Belə ki, A.Məmmədov bu dəfə E.Baimovu məmur obrazında cəmiyyətə sırımağa çalışdı. Nəhayət 2021-ci ilin sentyabr ayında E.Baimovu Nəqliyyat İntellektual İdarəetmə Mərkəzinin rəhbərliyinə gətirdilər. O, cəmi bir neçə ay sonra - həmin ilin oktyabr ayında bu postdan istefa verdi və yalnız biznes fəaliyyəti ilə məşğul olacağını bildirdi. E.Baimov NİİM-nin rəhbərliyindən getsə də, öz yaxın dostunun bu quruma rəhbərlik edəcəyini bildirdi. Bu şəxsin kimliyi isə ictimaiyyətə yad deyil. 

Lakin yenidən media sahəsində qayıdan E.Baimov 2013-cü ilin iyul ayında Oxu.az, digər iri media resurslarını təsis etdi və bundan sonra okeanın o ayına - ABŞ-a köç etdi. Bir müddət səssiz qalan E.Baimovun Harvard Universitetində təhsil aldığı və ABŞ-da böyük biznes fəaliyyəti ilə məşğul olduğu ilə bağlı iddialar dolaşırdı. O isə bu iddiaları, nə təsdiq, nə də təkzib edirdi. 

E.Baimov A.Əhmədzadənin həbsi öncəsi yenidən aktivləşib. O, 2025-ci ilin iyun ayından özünün Feysbuk hesabında “Azərbaycan Qlobal Media Group”ə rəhbərlik etdiyini paylaşdı. (Foto şərhdə). Bu müddət ərzində yalnız bir məqalə istisna olmaqla, digər bütün paylaşımlarını A.Əhmədzadəyə həsr edib. O, ABŞ-da Azerbaijan.us, Vestibaku, BakuHeute, Bakou24, Azerbaiyán Hoy, Baku Gündəm, Azeri.TV media resurslarını da təsis edib. 

E.Baimov barədə bütün bunları yazmaqda məqsədim A.Əhmədzadənin həbsindən sonra onun yazdığı şərhə diqqət çəkməkdir. O, A.Əhmədzadənin dostları tərəfindən müdafiə olunmaması ilə bağlı yazılan statusa belə bir şərh yazmaqla, sistemə qarşı (oxu: dövlətə, hakimiyyətə) müxalif münasibətini sərgiləyir. Sistemin qəzəbini və bütün problemlərin məhz sistemdən qaynaqlandığını önə çəkir (Əsas foto). Təbii ki, E.Baimovun son davranışları A.Əhmədzadənin həbsini siyasiləşdirməyə cəhd etdiyinin açıq ifadəsidir.

Heç şübhəsiz, hansısa həqiqi müxalifətçi belə bir şərh yazsaydı, təəccüblə qarşılanmazdı. Amma bu adam E.Baimovdur, Azərbaycanda qazandığı milyonlarla vəsait hesabına özünə təm-təraqlı həyat şəraiti və ABŞ-ın Virciniya ştatında böyük biznes qurub. Bu siyasi sistemin hesabına layiq olmadıqları həyata sahiblənənlər niyə sonradan müxalifətçilərə çevrilirlər? Bu, nədir, revanş, necə başa düşək?! 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 24 Sentyabr 2025 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see186

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see169

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri