Azərbaycan QranPrisinin ikiqat qalibi Red Bullda qalacaq İdman və Biz
Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan Qran-Prisinin ikiqat qalibi Serxio Peres 2025-ci ildə də karyerasını "Red Bull"da davam etdirəcək.
İdman.biz xəbər verir ki, bu barədə İspaniyanın “Marca” qəzeti öz mənbələrinə istinadən yazıb.
Meksikalının “Formula-1”dəki karyerasını bitirəcəyi və bunun hətta çempionatın sonuna kimi reallaşacağı ilə bağlı bütün fərziyyələrin şayiədən başqa bir şey olmadığı ortaya çıxıb və onların heç biri təsdiqlənməyib.
İspan nəşrinin yazdığına görə, 2025-ci ildə Peres daha da güclü maliyyə dəstək əldə edəcək və əvvəlki sponsorlarından əlavə yeniləri də olacaq.
Tamamilə aydındır ki, Pereslə bağlı sırf biznes hesablamaları üstünlük təşkil edir: ekspertlərin fikrincə, onun sponsorları komandaya təxminən 30 milyon dollar ödəyirlər.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 11 Noyabr 2024 16:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















