Icma.az
close
up
RU
Azərbaycan Respublikası Baş prokurorunun rəhbərliyi ilə (videokonfrans rejimində) Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Geniş Kollegiya iclası keçirilib

Azərbaycan Respublikası Baş prokurorunun rəhbərliyi ilə (videokonfrans rejimində) Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Geniş Kollegiya iclası keçirilib

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Yanvar ayının 13-də Azərbaycan Respublikasının Baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri  Kamran Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhər və digər tabe rayon prokurorluqlarının əməkdaşlarının iştirakı ilə videoformat rejimində 2024-cü il ərzində cinayətkarlığa qarşı mübarizə, ədalət mühakiməsinin həyata keçirilməsində iştirak, qanunların icra və tətbiq olunmasına nəzarət, cinayət mühakimə və cinayət təqibindən kənar icraatlarda insan hüquq və azadlıqlarının müdafiəsi və qanunla müəyyən edilmiş digər sahələrdə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilmişdir.

Giriş nitqi ilə çıxış edən Baş prokuror Kamran Əliyev tərəfindən qeyd edilib ki, müstəqil, qüdrətli Azərbaycan dövlətinin varlığı Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun uzaq görən siyasətinin, vaxtında və qətiyyətlə atmış olduğu hər bir addımının bəhrəsinin bu gün bütün Azərbaycan xalqı, o cümlədən bizlər şahidi oluruq. O, cümlədən Naxçıvan Muxtar Respublikasının bugünkü inkişafının əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğu xüsusilə vurğulanıb.

Ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən möhtərəm Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən Naxçıvan Muxtar Respublikasının hərtərəfli, o cümlədən iqtisadi-sosial inkişafı, insanların yüksək səviyyədə rifahının təmin edilməsi istiqamətində mühüm islahatlar aparılmış və bu hazırda da davam etdirilməkdədir.

Çıxışda həmçinin qeyd edilib ki, yola saldığımız 2024-cü il eyni zamanda tarixi və əlamətdar hadisələrlə zəngin bir il olub. Məhz həmin ildə ölkəmizin tarixində ilk dəfə olaraq suveren ərazilərimizdə 7 fevral 2024-cü il tarixdə keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində İlham Əliyev seçicilərin 92,12 faiz səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.

Ötən ilin digər əlamətdar hadisələrindən biri isə Azərbaycan Respublikası Prezidentinin 28 iyun 2024-cü il tarixli Sərəncamı ilə 01 sentyabr 2024-cü il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin keçirilməsi olmuşdur.

2024-cü ilin prokurorluq orqanları üçün də əlamətdar il olduğu konkret misallarla qeyd edilmişdir.

Daha sonra hesabat məruzəsi ilə çıxış edən Naxçıvan Muxtar Respublikası prokuroru Sənan Paşayev fəaliyyət istiqamətləri üzrə görülən işlərə və statistik göstəricilərə istinad etməklə hesabat dövründə Muxtar Respublikada kriminogen durumun nəzarətdə saxlanıldığını, daxili işlər, dövlət təhlükəsizliyi və digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə ölkəmizdə ictimai-siyasi sabitliyin qorunduğunu, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi sahəsində zəruri tədbirlərin görüldüyünü qeyd edib. Bildirilmişdir ki, 2024-cü il ərzində Naxçıvan Muxtar Respublikasının prokurorluq orqanlarında 37 cinayət işinin ibtidai istintaqı aparılmış və həmin cinayət işlərindən 13-nün istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilmiş, habelə hesabat dövründə prokurorluq orqanları tərəfindən istintaq edilmiş cinayət işləri üzrə müəyyən edilmiş 376667 manat maddi ziyandan 367302 manatının (97,51%) ödənilməsi təmin olunmuşdur. Bundan əlavə 2024-cü ildə Naxçıvan Muxtar Respublikası prokurorluğu orqanlarına 584 müraciət daxil olmuş, həmçinin Naxçıvan Muxtar Respublikası Prokurorluğunda 197, tabe rayon (şəhər) prokurorluqlarında isə 391 olmaqla, ümumilikdə 588 vətəndaş qəbul edilərək dinlənilmiş, müraciətlərinə müvafiq olaraq izahların verilməsi və onların həlli istiqamətində müvafiq tədbirlərin icrası həyata keçirilmişdir.

Geniş Kollegiya iclasında görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin icrasına toxunulmaqla əldə olunan uğurlar, habelə xidməti fəaliyyət zamanı yol verilmiş nöqsanlar ətraflı müzakirə edilib.

Geniş Kollegiya iclasına yekun vuran Kamran Əliyev xidməti fəaliyyətin təkmilləşdirilməsi, hesabat dövründə yol verilmiş nöqsanların aradan qaldırılması, həmçinin Azərbaycan Respublikası Prezidentinin 28.12.2024-cü il tarixli Sərəncamı əsasında Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı zəruri tapşırıqlar verərək sonda Muxtar Respublikanın Prokurorluq orqanlarının hər bir əməkdaşının gələcək fəaliyyətləri zamanı qanunla üzərlərinə qoyulmuş vəzifələrin icrası istiqamətində öz bilik və bacarıqlarını bütünlüklə səfərbər edəcəklərinə, dövlətimizin və xalqımızın mənafeyi uğurunda xidməti öhdəliklərini layiqincə yerinə yetirəcəklərinə əminliyini ifadə edərək, onlara uğur arzu edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Yanvar 2025 18:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see255

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see196

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see150

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see141

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see139

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see139

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see133

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see128

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see128

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see128

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see127

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see127

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see127

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see126

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see126

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see126

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see126

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see125

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see122

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri