Icma.az
close
up
RU
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) 26 Fevral Xocalı soyqırımının 33 cü ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirib

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) 26 Fevral Xocalı soyqırımının 33 cü ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirib

Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xocalı soyqırımının 33-cü ildönümü münasibətilə təşkil olunan tədbirlər, faciə qurbanlarının əziz xatirəsini anmaq məqsədilə “Ana Harayı” abidəsində keçirilən yürüşlə başlayıb. Yürüşdə gənclər, gənclər təşkilatlarının rəhbər və nümayəndələri, eləcə də Tələbə Gənclər Təşkilatlarının üzvləri iştirak edib. İştirakçılar Azərbaycanın suverenliyi və müstəqilliyi uğrunda canlarını fəda edən şəhidlərin xatirəsini dərin hörmət və ehtiramla yad edərək, “Ana Harayı” abidəsi önünə gül dəstələri düzüblər.

Tədbirlər silsiləsi çərçivəsində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, NAYORA və “Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Milli Azərbaycan Tarixi Muzeyində Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunan “Xocalı: Unudulmayan tarix” adlı anım tədbiri keçirilib. Dövlət Himninin səsləndirilməsi, Xocalı qurbanlarının və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə Milli Məclis sədrinin müavini Musa Qasımlı, Milli Məclisin deputatı Naqif Həmzəyev, Gənclər Fondunun şöbə müdiri Pərviz Mirələmli, Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi Fondunun müdiri Şəfa Mövsümov, “Böyük Qayıdış” Gənclər Təşkilatının sədri Nail Şükürov, Gənclər Təşkilatlarının Milli Şurasının baş katibi Nərminə Hüseynzadə və Vətən müharibəsi qazisi Müseyib Qəhrəmanov çıxış edərək 1992-ci ilin qanlı gecəsində erməni qəsbkarları tərəfindən törədilən amansız faciədən, bu soyqırımının bəşər tarixində insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri, misli görülməmiş qırğın olduğu haqqında geniş məlumat verib, xalqımızın sarsılmayan mübarizə ruhundan, Zəfərə inamından söz açıblar. Həmçinin, Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması istiqamətində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan “Xocalıya Ədalət” kampaniyası çərçivəsində görülən işlər və bu kampaniyanın soyqırım həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasındakı mühüm rolundan danışılıb. Qeyd olunub ki, kampaniya çərçivəsində Xocalı həqiqətlərinin dünyaya çatdırılması, tarixi ədalətin bərpası və insanlığa qarşı törədilən bu cinayətin tanıdılması məqsədilə müxtəlif ölkələrdə sərgilər, konfranslar, yürüşlər və digər tədbirlər həyata keçirilir.

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və NAYORA-nın təşkilatçılığı ilə Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş “Xocalı Həqiqətləri Rəqəmsal Sənətdə” adlı foto müsabiqə də başa çatıb. Müsabiqə çərçivəsində iştirakçılar süni intellekt və rəqəmsal alətlərin köməyi ilə faciənin xatirəsini yaşadan, yaddaşlara həkk olunan vizual əsərlər yaradıblar. Müsabiqənin məqsədi, Xocalı soyqırımının dərin emosional təsirini sənət vasitəsilə çatdırmaq, tarixi həqiqətləri yeni nəsillərə innovativ üsullarla ötürmək və vizual ifadənin gücünü nümayiş etdirmək olub. Seçilmiş əsərlər sərgilənib və ən yaxşı üç əsərin müəllifi Nahid Xəlilov, Nəzrin Bayramova, Əminə Süleymanzadə mükafatlandırılıb.

Tədbirlər sırasında “Azadlıq Salnaməsi” adlı intellektual yarış olub. Yarışın məqsədi 26 Fevral tarixini dərindən öyrənmək, milli yaddaşı qorumaq və gənclər arasında tarixi maarifləndirməni gücləndirmək olub. İştirakçılar Xocalı hadisələri, Azərbaycanın müstəqillik uğrunda mübarizəsi və ümumilikdə tarixi faktlar haqqında biliklərini sınayaraq yeni məlumatlar əldə ediblər. Yarışın qaliblərinə sertifikat və mükafatlar təqdim edilib. Qeyd edək ki, intellektual yarış Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, NAYORA və “Xəzər İntellektual Gənclər Klubu” İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:72
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 27 Fevral 2025 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri