Icma.az
close
up
RU
NAYORA 2 Fevral Gənclər Günü münasibətilə silsilə tədbirlər həyata keçirib FOTOLAR

NAYORA 2 Fevral Gənclər Günü münasibətilə silsilə tədbirlər həyata keçirib FOTOLAR

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

NAYORA 2 Fevral – Gənclər Günü münasibətilə silsilə tədbirlər həyata keçirib.

Moderator.az xəbər verir ki, tədbirlər silsiləsi I Fəxri Xiyaban və Şəhidlər Xiyabanına təşkil olunan yürüşlə başlayıb. Gənclər, gənclər təşkilatlarının rəhbər və nümayəndələri, eləcə də Tələbə Gənclər Təşkilatlarının üzvləri 2 Fevral – Gənclər Günü münasibətilə ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər. Gənclər dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad edərək məzarı önünə gül dəstələri qoyublar. Daha sonra Şəhidlər Xiyabanını ziyarət edən gənclər ölkəmizin suverenliyi və müstəqilliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiram və qürurla yad ediblər.

NAYORA-nın təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə baş tutan silsilə tədbirlər çərçivəsində 2 Fevral – Gənclər Gününə həsr olunmuş Gənclər Təşkilatlarının Sərgisi baş tutub. Sərgidə gənclər müxtəlif təşkilatlarla tanış olaraq onların fəaliyyəti, layihələri və gələcək planları barədə məlumat əldə edib, eyni zamanda əməkdaşlıq imkanlarını dəyərləndiriblər.

Tədbir boyu gənclər üçün maraqlı oyunlar və interaktiv fəaliyyətlər təşkil edilib, iştirakçılar müxtəlif hədiyyələr və promo materialları əldə ediblər. Gənclər Günü münasibətilə təşkil olunan bu tədbir onların sosial fəallığını artırmaq, təşkilatlarla daha yaxından əməkdaşlıq etməyə təşviq etmək və gələcək fəaliyyətlərə ruhlandırmaq baxımından mühüm rol oynayıb.

Tədbirlər çərçivəsində növbəti fəaliyyət “GƏNCLƏR GÜNÜ #BİRLİKDƏ: Gənclər Təşkilatlarının Şəbəkələşmə Tədbiri” olub. Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və NAYORA-nın təşkilatçılığı ilə keçirilən layihədə gənclər təşkilatları əməkdaşlıq imkanlarını müzakirə edib və təcrübə mübadiləsi aparıblar. Tədbirin açılış nitqində çıxış edən NAYORA-nın sədri Rafael Hacıbəyli gənclər təşkilatlarında fəaliyyət göstərən hər bir gənci Azərbaycan Gənclər Günü münasibətilə təbrik edib. O, ölkəmizin istedadlı və potensiallı gənclərinə dövlət tərəfindən göstərilən dəstək və yaradılan imkanlardan bəhs edərək, bu diqqətin gənclərin inkişafına mühüm töhfə verdiyini vurğulayıb.

Eyni zamanda, 2025-ci ilin Gənclər üçün Prezident Mükafatına layiq görüldüyü üçün cənab Prezidentə dərin minnətdarlığını ifadə edib, bu uğurların dövlətimizin gənclərə göstərdiyi diqqət və qayğının nəticəsi olduğunu vurğulayıb və bu etimadı doğrultmaq naminə gənclər təşkilatlarının ilə birlikdə dövlət gənclər siyasətinə öz töhfəsini verməyə və daha sıx əməkdaşlıq etməyə davam edəcəyini bildirib.

Daha sonra isə Azərbaycan Gənclər Fondunun gənclər təşkilatları ilə iş şöbəsinin müdiri vəzifəsini icra edən Orduxan Qəhrəmanzadə və Azərbaycan Gənclər və İdman Nazirliyinin gənclərlə iş şöbəsinin müdir müavini Ülviyə Axundova çıxış etmişdir. Onlar gənclər təşkilatlarını Gənclər Günü münasibətilə təbrik etmiş, bu cür tədbirlərin gənclər təşkilatları arasında əlaqələrin genişləndirilməsi və yeni ortaq layihələrin müzakirəsi üçün mühüm imkan yaratdığını vurğulamışdır. Tədbirin davamı olaraq, gənclərə şəbəkələşmə ortamında hədiyyələr təqdim olunub, konsert proqramı və oyunlar təşkil edilib, iştirakçılara yeni əlaqələr qurmaq imkanı yaradılıb.

Gənclər həftəsi çərçivəsində gənclər təşkilatlarının nümayəndələri və gənclər üçün fərqli öyrənmə və əyləncə fəaliyyətləri də təşkil edilmişdir.

Onların arasında “Gənclər Təşkilatları Mədəniyyət Axarında” layihəsi yer alır. Layihə zamanı gənclər təşkilatlarının rəhbər və nümayəndələri müxtəlif mədəniyyət proqramlarında iştirak ediblər. Onlar Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında görkəmli bəstəkar Tofiq Quliyevin yaradıcılığına həsr olunmuş konsert proqramında, Azərbaycan Dövlət Akademik Musiqili Teatrında nümayiş olunan “O olmasın, bu olsun” tamaşasında və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında səhnələşdirilən “Şükriyyə” tamaşasında iştirak ediblər. Növbəti fəaliyyət isə “Gənclər Təşkilatlarının Buz Macərası” olub. Tədbir boyu gənclər və təşkilat nümayəndələri arasında dostluq əlaqələri və komanda ruhu güclənib.

Tədbirlər silsiləsi çərçivəsində “İcbari Tibbi Sığorta: Üstünlükləri və Perspektivləri” təlimi də baş tutdu. Tədbir zamanı gənclər, gənclər təşkilatlarının nümayəndələri icbari tibbi sığortanın əhəmiyyəti, təmin etdiyi tibbi xidmətlər və onlardan istifadə qaydaları barədə ətraflı məlumat əldə ediblər. Qeyd edək ki, tədbir İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, NAYORA və ASAP-ın birgə təşkilatçılığı ilə həyata keçirilib.

Tədbirlər planı, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət gənclər siyasətinin əsas istiqamətlərini gənclər təşkilatlarına tanıtmaq, bu siyasətin mahiyyətini və əhəmiyyətini çatdırmaq məqsədi daşıyır. Eyni zamanda, gənclərin asudə vaxtının səmərəli təşkili, bilik və bacarıqlarının artırılması, şəxsi və peşəkar inkişafına dəstək verilməsi və yaradıcılıq potensiallarının üzə çıxarılması hədəflənir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:135
embedMənbə:https://moderator.az
archiveBu xəbər 05 Fevral 2025 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see164

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see158

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see153

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see140

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see137

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri