Icma.az
close
up
RU
“Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”ndan irəli gələrək AMEA nın qarşısında duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

“Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”ndan irəli gələrək AMEA nın qarşısında duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin əməkdaşları ilə növbəti müşavirə keçirib.

Tədbirdə dövlət başçısının “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın təsdiq edilməsi haqqında” 16 yanvar 2025-ci il tarixli Fərmanından irəli gələrək AMEA-nın qarşısında duran vəzifələr müzakirə olunub.

Akademik İsa Həbibbəyli sözügedən Fərmanın Tədbirlər Planının Azərbaycan Milli Elmlər Akademiyası qarşısında da vəzifələr qoyduğunu, sənədin “Dövlət qurumlarının informasiya təhlükəsizliyinə aid əsas parametrlər siyahısının və məqbul hədlərin müəyyən edilməsi, informasiya təhlükəsizliyi mühitinin diaqnostikası” ilə bağlı 1.1.2. bəndinin icraçıları sırasında AMEA-nın da yer aldığını söyləyib. Qeyd edib ki, dövlət başçısının tapşırığının icrasını təmin etmək məqsədilə AMEA-nın Rəyasət Heyətinin yanvarın 10-da keçirilən iclasında qərar qəbul olunub, Akademiyanın elmi müəssisə və təşkilatlarına təkliflərini hazırlaması tapşırılıb.

Akademik İsa Həbibbəyli bu məsələnin AMEA-da elektron xidmətlərin təşkilinə və keyfiyyətinin yüksəldilməsinə məsul olan “Elektron Akademiya” şöbəsinin əməkdaşları ilə müzakirə edilməsinin zəruri olduğunu bildirib və müşavirənin bu məqsədlə keçirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, “Elektron Akademiya” şöbəsi tərəfindən qısa müddət ərzində AMEA-da elektron xidmətlərin müasir standartlar səviyyəsinə çatdırılması istiqamətində mühüm addımlar atılaraq bir çox uğurlar əldə olunub və sözügedən Fərmanın Akademiya qarşısında qoyduğu tapşırığın icrasında şöbənin üzərinə böyük məsuliyyət düşür.

Akademik İsa Həbibbəyli “Elektron Akademiya” şöbəsinin əməkdaşlarına dövlət başçısının “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın təsdiq edilməsi haqqında” 16 yanvar 2025-ci il tarixli Fərmanı ilə yaxından tanış olaraq öz təkliflərini hazırlaması ilə bağlı tapşırıqlarını verib.

Həmçinin cari ildə AMEA-da işıq üzü görən nəşrlərin “AMEA Dərgi Parkı”na daxil edilməsi və DOI identifikatorunun verilməsi ilə bağlı tapşırıqlarını çatdırıb.

Daha sonra AMEA Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru Fariz İmranov təqdimatla çıxış edib, rəhbərlik etdiyi şöbənin qarşıya qoyulmuş tapşırıqların öhdəsindən inamla gələcəyini bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Fevral 2025 17:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see165

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see160

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see130

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see127

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri