Icma.az
close
up
RU
Azərbaycan Şərq ilə Qərbi birləşdirən yeni bir layihəni həyata keçirir Nazir müavini

Azərbaycan Şərq ilə Qərbi birləşdirən yeni bir layihəni həyata keçirir Nazir müavini

Icma.az, 525.az saytına istinadən bildirir.

"Sabah Bakıda start götürəcək Ümumdünya Telekommunikasiya İnkişaf Konfransı (WTDC) ərəfəsində proqram protokollar və siyasətlərdən deyil, məhz gənclərdən başlayır. Çünki məhz siz gələcəyin sahibləri, rəqəmsal dünyanın qurucularısınız".

525.az xəbər verir ki, bunu bu gün Bakıda keçirilən “Qlobal Gənclər Günü”nün açılış mərasimində çıxış edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov deyib.

Tədbirin yalnız bir toplantının deyil, həm də yeni hərəkatın başlanğıcı olduğunu vurğulayan nazir müavini bildirib ki, konfransın əsas mövzusu “inkişaf üçün universal, mənalı və əlçatan əlaqə”dir.

Saməddin Əsədov qeyd edib ki, bu, sadəcə bir siyasi çağırış deyil, vəddir və həmin vəd məhz gələcəyi yaşayacaq nəsil tərəfindən həyata keçirilə bilər:”Tədbir çərçivəsində gənclər siyasətçilərlə birbaşa ünsiyyət qura biləcək, qabaqcıl texnologiyalarla tanış olacaq, hətta Beynəlxalq Kosmik Stansiya ilə əlaqə qurmaq imkanı əldə edəcəklər. Bu fəaliyyətlər sadəcə nümayiş deyil, sərhədləri aşmağın mümkünlüyünün sübutudur”.

Nazir müavini vurğulayıb ki, Azərbaycan hər zaman körpülər yaradan ölkə olub və bu gün Şərq ilə Qərbi birləşdirən yeni bir “rəqəmsal İpək yolu” layihəsini həyata keçirir: “Biz sadəcə əlaqədən danışmırıq, onu qururuq və bu prosesdə gənclər əsas rol oynayırlar”.

Saməddin Əsədov çıxışının sonunda gəncləri aktiv olmağa çağırıb: “Bu gün sizin gününüzdür. Bizi çətin suallarla sınayın, ideyalarınızla ilhamlandırın. Gəlin, bu günü yalnız konfransdan əvvəlki gün kimi yox, yeni nəsil rəqəmsal liderlərin səhnəyə çıxdığı gün kimi yadda saxlayaq”.

Qeyd edək ki, WTDC konfransı sabah Bakıda rəsmi olaraq işinə başlayacaq və tədbirdə telekommunikasiya siyasətinin gələcəyə yönəlmiş istiqamətləri müzakirə olunacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:52
embedMənbə:https://525.az
archiveBu xəbər 16 Noyabr 2025 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see267

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see228

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see202

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see184

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see180

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see172

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see157

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see154

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see149

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see146

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see144

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see142

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see137

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see137

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see135

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see134

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see132

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see132

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see131

Əfqanıstanlı kişi Britaniya xəstəxanasında 5 nəfəri yaraladı

31 Dekabr 2025 06:46see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri