Icma.az
close
up
RU
Qırğızıstanın nazir müavini: Azərbaycan Mərkəzi Asiya və Yaxın Şərq üçün nəqliyyat qovşağıdır AZƏRTAC

Qırğızıstanın nazir müavini: Azərbaycan Mərkəzi Asiya və Yaxın Şərq üçün nəqliyyat qovşağıdır AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 20 noyabr, AZƏRTAC

Azərbaycan iki transkontinental marşrutun - Şərq-Qərb və Şimal-Cənubun kəsişməsində yerləşdiyi üçün hazırda bizim üçün strateji tərəfdaşdır. “Şərq-Qərb” marşrutuna gəlincə, Çinin ən yaxın qonşusu olan Qırğızıstan bu ölkəyə giriş qapısı kimi çıxış edir. Bizim üçün Azərbaycan Avropaya, eləcə də Rusiyaya açılan qapıdır.

Bu barədə COP29 çərçivəsində Qırğızıstanın milli pavilyonunda AZƏRTAC-a müsahibəsində Qırğız Respublikasının nəqliyyat və kommunikasiyalar nazirinin müavini Bekjan Rısmendeyev bildirib.

“Azərbaycan Mərkəzi Asiya və Yaxın Şərq üçün nəqliyyat qovşağıdır. Biz Azərbaycanla əməkdaşlığın daha da dərinləşdirilməsində və möhkəmlənməsində çox maraqlıyıq. Bununla bağlı ikitərəfli danışıqları planlaşdırırıq. Biz, həmçinin Orta Dəhlizin daha da təşviqi üçün müntəzəm olaraq çox iş görürük. Bu gün Orta Dəhlizin ekoloji komponenti ilə bağlı tədbir keçiriləcək. Qırğızıstan bu məsələdə özü üçün yeni imkanlar görür və düşünürəm ki, yaxın gələcəkdə biz Azərbaycanla qarşılıqlı fəaliyyətin və əməkdaşlığın yeni səviyyəsinə çıxacağıq”, -deyə agentliyin həmsöhbəti qeyd edib.

Onun sözlərinə görə, bu gün iqlim dəyişikliyi artıq təkzibolunmaz bir faktdır. Qırğızıstan rəsmisi əlavə edib: “Biz bunu gözardı edə bilmərik və iqlim dəyişikliyi olmadan nəqliyyat və infrastrukturun inkişafının gələcəyini planlaşdırmaq mümkün deyil”.

Bununla bağlı Qırğızıstanda iqlim dəyişikliyi ilə bağlı vəziyyətə toxunan Bekjan Rısmendeyev bildirib ki, təkcə bu il ölkədə adi haldan 5 dəfə çox sel və sürüşmə baş verib və bu, Qırğız Respublikasının nəqliyyat infrastrukturuna böyük ziyan vurub, həm də sosial və maliyyə itkilərinə gətirib çıxarıb.

O, COP29-un belə yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirib.

“Biz Azərbaycan tərəfinin təşkil etdiyi bu genişmiqyaslı COP29 tədbirində iştirak etməkdən çox məmnunuq. Bu tədbirin miqyası bizi həqiqətən heyran edir. Bizdə olan məlumata görə, burada 80 mindən çox iştirakçı var. Bunlar sadəcə iştirakçılar deyil, həm də BMT-nin himayəsi altında olan bütün əsas beynəlxalq təşkilatların, eləcə də Asiya Bankçılıq İnstitutu, Dünya Bankı və Avropa Bankı kimi beynəlxalq maliyyə institutlarının nümayəndələridir. Ümumiyyətlə, tədbirin miqyas və səviyyəsinin ən yüksək olduğunu söyləmək olar. Qırğızıstan tərəfinin iştirak imkanlarına gəlincə, biz burada öz pavilyonumuzu təşkil etmişik və bu gün iqlim dəyişikliyi ilə bağlı nəqliyyat sahəsində layihələrimizi təqdim edəcəyik”, - deyə nazir müavini sözlərini yekunlaşdırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Noyabr 2024 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see318

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see280

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see252

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see201

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see185

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see175

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see168

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see162

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see141

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see140

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see133

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see131

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see130

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see130

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Neymar və het trik

04 Dekabr 2025 09:17see129

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see123

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri