Icma.az
close
up
RU
Azərbaycan Şimali Kiprə görə bölünən türk dünyasının birləşdirici körpüsü ola biləcəkmi? Analiz

Azərbaycan Şimali Kiprə görə bölünən türk dünyasının birləşdirici körpüsü ola biləcəkmi? Analiz

Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Məlum olduğu kimi, bu il aprel ayının 3-4-ü tarixlərində Özbəkistanın tarixi şəhərlərindən biri olan Səmərqənndə keçirilən “Avropa İttifaqı – Mərkəzi Asiya” sammiti bir sıra mühüm qərarlarla yadda qaldı. Bu qərarlardan biri də sammitin sonunda qəbul edilən birgə bəyannamədə Mərkəzi Asiya ölkələrinin – Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan və Qırğızıstanın – Şimali Kipr Türk Respublikasını tanımayacaqlarını bildirməsi oldu. Bu bəyanat təkcə diplomatik gediş deyil, həm də geosiyasi tərəfdaşlıqların və regiondaxili prioritetlərin formalaşmasında maraqlı istiqamətlərə işarə edir.
Mərkəzi Asiyanın Avropa İttifaqına yaxınlaşması
Sammitin konteksti və qəbul edilən qərarların ruhu göstərir ki, Mərkəzi Asiya ölkələri təkcə iqtisadi deyil, həm də geosiyasi cəhətdən Avropa İttifaqı ilə yaxınlaşma kursunu seçiblər. Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin 12 milyard avroluq “Qlobal Gateway” investisiya paketi, təmiz enerji, nəqliyyat dəhlizləri və strateji xammal ehtiyatları üzrə əməkdaşlıq təklifləri bu istiqamətdə konkret addımların atıldığını göstərir.
Bu fonda Kipr məsələsi, Aİ ilə yaxınlaşmaq istəyən dövlətlər üçün vacib “sınaq nöqtəsi” idi. Avropa İttifaqının üzvü olan Yunanıstan və Cənubi Kipr üçün Şimali Kiprin tanınmaması Brüssellə münasibətlərdə qırmızı xətt sayılır. Mərkəzi Asiya ölkələrinin bu mövqeyə qoşulması isə onların Qərblə münasibətlərində “etibarlı tərəfdaş” obrazını formalaşdırmaq niyyətində olduqlarını göstərir.
Türkiyə ilə münasibətlərə mümkün təsirlər
Bu qərarın Türkiyə ilə münasibətlərə necə təsir edəcəyi isə həm qısamüddətli, həm də uzunmüddətli perspektivlərdə fərqli yanaşmalar tələb edir.
1. Simvolik zərbə, amma qırılma yox: Mərkəzi Asiya ölkələrinin heç biri bu günə qədər Şimali Kipri rəsmən tanımamışdı. Yəni faktiki vəziyyət dəyişməyib. Lakin bunu sənədlə təsdiqləmək Türkiyə üçün diplomatik cəhətdən arzuolunmaz bir jestdir. Ankara, xüsusilə son illərdə Türk Dövlətləri Təşkilatı çərçivəsində region ölkələri ilə siyasi, iqtisadi və mədəni əlaqələri genişləndirməyə çalışır. Bu addım həmin əməkdaşlıqlara dolayısı təsir edə bilər – etimad səviyyəsində bir çat yarada bilər.
2. İkili oyunun davamı: Mərkəzi Asiya ölkələrinin xarici siyasəti “çoxvektorlu” adlandırılır və bu strategiya onların Rusiya, Çin, Qərb və Türkiyə arasında balans yaratmağa çalışdıqlarını göstərir. Şimali Kipr məsələsində Aİ-nin mövqeyinə yaxın durmaq, digər tərəfdən Türkiyə ilə əlaqələri tam kəsmədən saxlamaq bu balansın bir hissəsidir.
3. Türk birliyinə ideoloji zərbə: Türkiyə üçün Şimali Kiprin tanınması məsələsi təkcə diplomatik deyil, həm də milli və ideoloji məsələdir. Bu kontekstdə Mərkəzi Asiyanın türk respublikalarının bu mövzuda susmaq əvəzinə açıq şəkildə Aİ-nin mövqeyini dəstəkləməsi Ankara üçün məyusedici ola bilər. Bu, Türk birliyi ideyasının regionda nə dərəcədə reallıqdan uzaq olduğunu da ortaya qoyur.
Qlobal mənzərədə Mərkəzi Asiyanın öz strategiyası
Özbəkistan Prezidenti Mirziyoyevin dediyi kimi, “Mərkəzi Asiya artıq tarixin arxa sularında deyil”. Bu region, əslində, artıq öz strateji kursunu müəyyən edir və əsas prioriteti – iqtisadi inkişaf və beynəlxalq investorların cəlb edilməsidir. Bu fonda Kipr məsələsi onların gözü ilə sadəcə bir “kompromis” və ya “geosiyasi güzəşt” ola bilər. Onların əsas məqsədi “ticarət, enerji və nəqliyyat marşrutlarında mərkəzə çevrilməkdir” – Türkiyənin milli maraqları isə bu strategiyada ikinci plandadır.
Mərkəzi Asiya ölkələrinin Şimali Kipr Türk Respublikasını tanımayacaqlarını bəyan etməsi Avropa İttifaqı ilə yaxınlaşmaq üçün simvolik bir addımdır. Bu addım Türkiyə ilə münasibətlərdə müəyyən gərginliyə səbəb ola bilər, lakin bu, əlaqələrin tam qırılması anlamına gəlmir. Əksinə, bu situasiya göstərir ki, region ölkələri artıq xarici siyasətlərində daha praqmatik, iqtisadi yönlü və çoxvektorlu yanaşmanı üstün tuturlar. Türkiyə isə bu yeni reallıqlarla hesablaşmaq və öz diplomatik yanaşmalarını daha çevik formada qurmaq məcburiyyətindədir.
Rusiyanın mövqeyi və maraqları
Rusiya tarixən Mərkəzi Asiya regionunu öz təsir dairəsinin bir hissəsi hesab edir. Həm tarixi bağlar, həm iqtisadi inteqrasiya (Avrasiya İqtisadi İttifaqı - Aİİ), həm də təhlükəsizlik müstəvisində (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı - KTMT) bu təsiri daha da artırır. Yəni, Rusiya üçün Mərkəzi Asiya sadəcə qonşu və keçmiş SSRİ ölkələri deyil, həm də strateji tampon zonasıdır – NATO və Qərbin təsirindən uzaq saxlamaq istədiyi bir bufer bölgədir. Bu bölgə Rusiya üçün iqtisadi bazardır – Qazaxıstan, Özbəkistan kimi ölkələrlə geniş ticarət əlaqələri, əmək miqrantlarının axını, neft-qaz, uran və digər resurslara çıxış. Eyni zamanda Mərkəzi Asiya ölkələri Rusiyanın hərbi-strateji müttəfiqdirlər. Həmçinin Mərkəzi Asiya Rusiyanın mədəni-informasiya təsir sahəsidir – rus dili, media və təhsil platformaları vasitəsilə “yumşaq güc” aləti olaraq istifadə edir.
Şimali Kipr məsələsində, Rusiya bu mövzuya prinsipial mövqedə deyil. Amma Türkiyənin adada təsirinin artmasından da ehtiyat edir. Rusiya üçün əsas narahatlıq Aİ və NATO-nun regionda fəallaşmasıdır. Mərkəzi Asiyanın Aİ-yə yaxınlaşması Moskva üçün bir siqnal kimi qəbul edilir.
Buna görə də Aİ-Mərkəzi Asiya əməkdaşlığı, xüsusilə "Transxəzər dəhlizi", "Qlobal Gateway", “yaşıl enerji” və "strateji xammallar" üzrə əməkdaşlıq, Moskva üçün təhlükəli tendensiya kimi görünə bilər. Rusiya indiyədək bu proseslərə qarşı açıq təzyiq deyil, amma yumşaq əngəlləmə (mediada antipropoqanda, iqtisadi təsirlər, diplomatik kanallarla xəbərdarlıq) yolunu seçib.
Azərbaycan və Türkiyə – ortaq mövqe və Mərkəzi Asiya
Azərbaycan, təbii olaraq, Türkiyənin Şimali Kipr siyasətini dəstəkləyir və beynəlxalq platformalarda bu məsələdə susqunluq nümayiş etdirmir. Lakin Azərbaycan eyni zamanda Rusiya ilə də balanslı və səmərəli münasibətləri qorumağa çalışır. Bu balans Zəngəzur dəhlizi, Transxəzər marşrutu, Qarabağ sonrası reallıqlar, enerji ixracı və təhlükəsizlik məsələlərində özünü göstərir.
Amma burada əsas sual yaranır: Azərbaycan və Rusiyanın razılığı olmadan Mərkəzi Asiya ölkələri Aİ ilə yaxınlaşa bilərmi?
Mərkəzi Asiya ölkələri artıq çoxvektorlu siyasət yürüdürlər – yəni eyni vaxtda həm Rusiya, həm Çin, həm Qərb, həm də Türkiyə ilə əməkdaşlıq etmək. Region ölkələrinin Aİ ilə əlaqələri daha çox iqtisadi və texnoloji səciyyə daşıyır (yaşıl enerji, ticarət, rəqəmsal bağlantı və s.). Onlar bu əməkdaşlığı “siyasi deyil, praktiki” çərçivədə təqdim edirlər.
Amma məhdudiyyətlər də var. Avropa ilə istənilən “strateji yaxınlaşma” Rusiyanın təsdiq etdiyi çərçivəni keçdikdə, Moskvanın sərt reaksiyası qaçılmaz ola bilər (məsələn, Qırğızıstanda baş verən çevriliş cəhdlərində Moskvanın dolayı təsirləri artıq müşahidə olunub).
Coğrafi amillərə görə Mərkəzi Asiya ölkələrinin Aİ-yə çıxışı Azərbaycan və Gürcüstan üzərindən keçir. Bu isə regionun Azərbaycanın razılığı və iştirakı olmadan bu layihələrdə uğurlu ola bilməyəcəyini göstərir.
Mərkəzi Asiya ölkələrinin Aİ ilə əlaqələri genişləndirməsi nə Rusiyasız, nə də Azərbaycansız mümkün deyil. Bu əlaqələr, daha çox, “balanslaşdırılmış praqmatizm” modeli üzərində qurulmuşdur. Şimali Kipr məsələsi isə burada daha çox simvolik jestdir, amma arxasında daha böyük geosiyasi manevrlərin olduğunu da inkar etmək olmaz.
Azərbaycan isə bu oyunda körpü rolunu oynamağa çalışır: həm Türkiyə ilə tam həmrəylik, həm Rusiya ilə koordinasiya, həm də Qərblə maraq dairəsində qalmaq. Bu da Azərbaycanın bölgədəki strateji çəkisini daha da artırır.
Murad Məmmədov
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 16 Aprel 2025 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see232

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see219

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see211

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see170

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see166

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see157

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see156

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see145

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see144

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see137

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see136

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see135

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see134

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see133

Prezident ailəsi Vatikan bağlarında Fotolar Video

18 Oktyabr 2025 04:14see132

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see131

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see128

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see126

Almaniya XİN rəhbəri: “Eurofighter”lərin Türkiyəyə göndərilməsinə müsbət baxırıq

18 Oktyabr 2025 06:28see122

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri