Icma.az
close
up
RU
Azərbaycan Slovakiya münasibətlərində yeni mərhələ: Bratislava səfərinin geosiyasi və iqtisadi anlamı

Azərbaycan Slovakiya münasibətlərində yeni mərhələ: Bratislava səfərinin geosiyasi və iqtisadi anlamı

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiyaya ilk rəsmi səfəri həm ikitərəfli münasibətlərin gələcək istiqamətini müəyyənləşdirən mühüm dönüş nöqtəsinə, həm də Azərbaycanın Avropadakı strateji mövqelərinin yeni mərhələsinə işarə edir.

Bratislavada keçirilən görüşlərin tonu, verilən bəyanatlar və müzakirə edilən sahələr göstərir ki, iki ölkə sadəcə dostluqdan deyil, artıq çoxşaxəli və dərin iqtisadi, təhlükəsizlik və logistika əməkdaşlığından danışır. Slovakiya Prezidenti Peter Pelleqrininin “Azərbaycan bizim üçün strateji tərəfdaşdır” sözləri, bunun rəsmi diplomatik kompliment yox, real siyasi mövqenin ifadəsi olduğunu göstərir. Slovakiya Cənubi Qafqazda Azərbaycanın rolunu, həm regional liderlik, həm də enerji və nəqliyyat sahəsində qlobal əhəmiyyətini açıq şəkildə qəbul edir.

Səfərin ən mühüm məqamlarından biri Slovakiya tərəfinin enerji təhlükəsizliyi ilə bağlı açıqlamalarıdır. Rusiya qazından asılılığın azalması fonunda Avropanın mərkəzində yeni təchizat xətti axtarışı güclənir və bu kontekstdə Azərbaycan həm mənbə, həm də stabil tərəfdaş kimi ön plana çıxır. İlham Əliyevin Slovakiyanın istənilən həcmdə qaz tələbatını qarşılayacaq imkanların mövcud olduğunu deməsi Bratislavaya konkret təminat mesajıdır. Bu, Azərbaycanın təkcə Cənubi Avropa deyil, artıq Mərkəzi Avropa enerji arxitekturasında da öz yerini möhkəmləndirdiyini göstərir. Hazırda 8 Aİ ölkəsinin Azərbaycan qazı alması və yeni yataqların işlənməsi ilə ixracın daha da artacağı barədə verilən mesajlar Avropanın enerji xəritəsində geosiyasi balansı dəyişdirən real faktorlardır.

Danışıqların ən diqqətçəkən istiqamətlərindən biri müdafiə sənayesi sahəsində əməkdaşlıqdır. Slovakiya Prezidenti açıq şəkildə bəyan edir ki, məqsəd sadəcə silah satmaq deyil, texnologiya ötürülməsi, birgə istehsal və üçüncü ölkələrə satış mexanizmlərinin qurulmasıdır. Bu model Azərbaycanın müdafiə sənayesinin modernləşdirilməsi və ixrac imkanlarının genişlənməsi baxımından mühüm addımdır. İlham Əliyevin “Biz müharibə aparmaq niyyətində deyilik, amma texnoloji inkişaf üçün bu əməkdaşlıq vacibdir” sözləri Azərbaycanın müdafiə sənayesinə yalnız hərbi yox, sənaye və texnoloji tərəqqinin tərkib hissəsi kimi yanaşdığını göstərir. Slovakiya artilleriya və hərbi sursat istehsalında Avropanın ən güclü ölkələrindən biridir və bu sektorda Azərbaycanla birgə istehsal Moskva–Brüssel xəttində yeni geosiyasi dəyərləndirmələrə səbəb ola biləcək qədər önəmlidir.

İlham Əliyevin çıxışında xüsusi yer verilən nəqliyyat və Orta Dəhliz məsələsi də səfərin strateji xəttinin tərkib hissəsidir. Azərbaycan son illərdə Şərq-Qərb marşrutunun əsas bəndinə çevrilib və xüsusilə Orta Asiya ilə Avropanı birləşdirən ən təhlükəsiz və sürətli yol kimi qəbul olunur. Slovakiya kimi Avropa qovşağı üçün bu marşrutu genişləndirmək real iqtisadi imkan deməkdir. Bratislavadan Bakıya birbaşa uçuşların gündəmə gəlməsi, slovak şirkətlərinin Qarabağda layihələr icra etməsi, data mərkəzləri və süni intellekt infrastrukturu üzrə əməkdaşlıq isə göstərir ki, tərəflər münasibətləri tək bir sahəyə yox, geniş inteqrativ çərçivəyə salmağa çalışır.

Prezidentlərin çıxışındakı səmimi ton, Slovakiyanın Azərbaycanın müstəqil siyasətinə olan hörməti, Bratislavanın Bakını Avropada sabitlik və bağlantı aktoru kimi qəbul etməsi bu səfərin sadə protokol ziyarəti olmadığını göstərir. Azərbaycan təkcə enerji ixrac edən ölkə kimi deyil, siyasi təsir gücünə, nəqliyyat layihələrində liderliyə, istehsal və texnologiya sahəsində tərəfdaşlıq potensialına malik regional güc kimi təqdim edilir. İlham Əliyevin Slovakiya Prezidentini Azərbaycana rəsmi səfərə dəvət etməsi isə bu əməkdaşlığın uzunmüddətli və davamlı olacağını göstərən ən aydın siyasi mesajdır.

Bratislava səfəri nəticə etibarilə Azərbaycanın Avropada yeni diplomatik xəttinin konturlarını gücləndirdi: Bakı suveren siyasət yürüdən, enerji təhlükəsizliyini prioritet sayan və yeni sənaye–texnologiya müstəvisində əməkdaşlığa açıq ölkələrlə daha sıx əlaqələr qurur. Bu, həm Azərbaycanın Avropadakı mövqeyini möhkəmləndirir, həm də Cənubi Qafqazın geosiyasi çəkisini artıran amil kimi çıxış edir.

Züriyə Qarayeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 09 Dekabr 2025 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see300

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see239

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see219

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see212

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see206

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see187

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see187

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see172

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see171

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see164

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see154

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see154

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see153

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see152

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see151

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see151

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see151

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see151

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see147

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri