Icma.az
close
up
RU
Azərbaycan SSRİ: limitsiz sürət, ictimai nəqliyyat üçün ayrılmış yollar FOTO

Azərbaycan SSRİ: limitsiz sürət, ictimai nəqliyyat üçün ayrılmış yollar FOTO

Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakıda sovet avtomobillərinə az hallarda rast gəlinsə də, orta və yaşlı nəsil bu maşınları xatırlayır. Onların indi küçədə gördüyümüz modellərdən əsas fərqi sürətin azlığı, komfort və təhlükəsizliyin isə miniumum olması idi. 

Avtosfer.az xəbər verir ki, Azərbaycan SSR-də bütün ittifaqda olduğu kimi yollara və texnikalara görə sürət limiti vardı. Hərçənd ki, avtomobillərin çoxu bu limitə çata bilmirdi. Məsələn, bu gün kolleksiyaçıların sevimlisi olan QAZ-21-i cəmi yarım saat 100 km/saat sürətlə idarə etmək mühərrik və sürət qutusunu sıradan çıxarmağa kifayət idi.

Beləliklə, Azərbaycanda ilk dəfə sürət limiti 1929-cu ildə tətbiq edilir. Şəhərdə maksimal sürət 40 km/saat müəyyən edilir. O dövrün maşınları çox çevik olmasalar da, yolun boşluğu bu sürəti keçməyə bəzən imkan verirdi. 1933-cü ildə Bakıda icazə verilən maksimal sürət saatda 50 kilometr müəyyən edildi. Yük maşınlarına limit isə 40 km/saat idi.

50-ci illərin qanunvericiliyində şəhərdə maksimal sürət həddi 50 km/saat göstərilsə də, yaşayış məntəqəsindən kənarda hər şey sürücünün ixtiyarında idi. Normativə görə, sürücü sürət rejimini yolun vəziyyətinə və görmə məsafəsinə uyğun seçməklə, təhlükəsiz hərəkəti təmin etməli idi.

1961-ci ildə qəbul olunmuş yeni yol hərəkəti qaydalarında isə sürət həddini aşmaq ciddi qayda pozuntusu hesab edildi. Şəhərdə maksimal sürət 60 km/saat müəyyən edildi. Şəhərdənkənar isə yenə də hər şey sərbəst idi. 

1967-ci ildə isə dünyada bənzəri olmayan sürət rejimi ilə tanış olduq: şəhər rejimində qışda 60 km/saat, yayda 50 km/saat. Yaşayış məntəqəsindən kənarda 70 km/saat. Bütün dünyada qışda sürət aşağı salınarkən, sovet ittifaqı bunun əksini etdi və nəticə məlum oldu. Yay mövsümündə intensiv yollarda qəza riski 20 faiz azaldı.

Bütün sovet vətəndaşları kimi azərbaycanlılar da sözün həqiqi mənasında şosedə sürət limiti ilə 1976-cı ildə tanış oldular. Artıq sovet qanunvericiliyi 1968-ci il Vyana Konvensiyasına uyğunlaşdırılmışdı. Yeni qaydaya görə şosedə maksimal sürət minik avtomobilləri və avtobuslar üçün 90 km/saat, yük avtomobilləri və motosikletlər üçün 70 km/saat müəyyən edildi. Yeni başlayan sürücülər üçün maşının tipindən asılı olmayaraq maksimal yolverilən sürət 70 km/saat idi.
Sürət həddinin artırılmasının bir neçə səbəbi vardı. Əvvəla, yollarda daha çevik minik avtomobili – “Jiquli”lərin sayı artmışdı. İkincisi, Sovet İttifaq Macarıstdan minlərlə “İkarus” almışdı.  

1987-ci ildə SSRİ-də qəbul edilən sonuncu Yol hərəkəti haqqında Qanunla “avtomobil magistralı” anlayışı tətbiq edildi və burada maksimal sürət 110 km/saat müəyyən edildi. Lakin ittifaqda cəmi 2 belə magistral vardı: Moskva dairəvi yolu və Riqa-Yurmala yolu. 

Bu qanunda həm də bu gün üçün maraqlı müddəa vardı: ictimai nəqliyyata ayrılmış yolda hərəkətin qadağan edilməsi. Bakıda həmin dövrdə buna ciddi ehtiyac yox idi. Lakin avtobusların işini asanlaşdırmaq üçün bir çox küçədə onların hərəkətin əksi istiqamətinə getməsinə icazə verilirdi. Məsələn, 88 saylı marşrutdakı avtobuslar Azadlıq prospektinin böyük hissəsində axının əksinə hərəkət edirdi. Eynilə, Azərbaycan prospektində (köhnə Hüsü Hacıyev küçəsi) olduğu kimi.

Bir vacib məqamı da qeyd edək: SSRİ-də yol hərəkəti qanunvericiliyi ümumi idi. Respublikalar buna hansısa dəyişikliyi edə bilməzdi. Lakin ümumilikdə hərəkətin təşkili yerli Dövlət Avtomobil Müfəttişliyinin (DAM – danışıqda QAİ) sərəncamında idi.  

Azərbaycan müstəqillik əldə etdikdən sonra hələ bir neçə il sovet qanunvericiliyi tətbiq edildi. Sonradan həm nömrə nişanları, həm də qanunlar dəyişdi. Əgər Azərbaycan SSR 1968-ci il Vyana Konvensiyasını SSRİ-nin subyekti kimi qəbul etmişdisə, 2010-cu ildə bu beynəlxalq sənədi müstəqil dövlət kimi ratifikasiya etdi.

Vüqar Yaşaroğlu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 06 May 2025 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see220

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see181

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see172

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see170

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see169

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see162

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see156

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see156

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see149

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see145

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see141

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see140

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see140

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see131

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri