Icma.az
close
up
RU
Azərbaycan Suriya münasibətlərində yeni mərhələ: Enerji, diplomatiya və bərpa gündəmi

Azərbaycan Suriya münasibətlərində yeni mərhələ: Enerji, diplomatiya və bərpa gündəmi

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Suriyanın keçid dövrü Prezidenti Əhməd əş-Şaranın Azərbaycana səfəri bir neçə baxımdan diqqətəlayiq hadisə kimi qiymətləndirilə bilər.

Əvvəla, bu səfər Azərbaycanla Suriya arasında münasibətlərin yeni mərhələyə keçdiyini göstərir. İllər əvvəl Antalyada keçirilən forumda Azərbaycan və Suriya liderlərinin görüşü artıq Bakıda dövlət səviyyəli təmaslarla davam etdirilir. Bu isə iki ölkə arasında diplomatik dinamikanın artdığını sübut edir.

Azərbaycan Suriyada hakimiyyət dəyişikliyindən sonra bu ölkənin suverenliyinə və ərazi bütövlüyünə açıq şəkildə dəstək verən azsaylı dövlətlərdən biri olmuşdu. Həmin dövrdə Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycan nümayəndə heyəti - o cümlədən Baş nazirin müavini Samir Şərifovun rəhbərlik etdiyi qrup Suriyada səfərdə olub, ölkənin bərpasında Azərbaycanın oynaya biləcəyi rolu qiymətləndirmişdi. Bu baxımdan, hazırkı səfər bir növ əvvəlki proseslərin davamı və konkret əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsidir.

Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra xarici siyasətində yeni mərhələyə keçib. Avropa, Mərkəzi Asiya və Cənubi Qafqazla yanaşı, Yaxın Şərq də Azərbaycanın fəal diplomatik gündəminin bir hissəsinə çevrilib. Prezident İlham Əliyevin qlobal siyasətdə şəxsi nüfuzu və balanslı yanaşması sayəsində Azərbaycan bu regionda da etibarlı tərəfdaş kimi tanınır. Məhz bu siyasətin nəticəsidir ki, Azərbaycan Yaxın Şərqdə müxtəlif tərəflər arasında vasitəçilik təşəbbüsləri ilə çıxış edir.

Suriya Prezidentinin Bakıya səfəri zamanı müzakirə olunan önəmli məsələlərdən biri də Azərbaycanın qaz ixracı ilə bağlıdır. Azərbaycan qazı artıq Avropa bazarında tanınsa da, ölkəmiz bu resursun Yaxın Şərq bazarına da çıxarılması istiqamətində fəaliyyət göstərir. Türkiyə üzərindən Suriya və İraqa mümkün ixrac imkanları Bakı-Dəməşq xəttində əməkdaşlıq üçün yeni platforma yarada bilər.

Azərbaycanın Qarabağda həyata keçirdiyi bərpa və quruculuq prosesi isə Suriyada müharibədən sonrakı dövr üçün real model kimi təqdim edilə bilər. Azərbaycanın bu sahədəki təcrübəsi Suriyanın bərpasında mühüm rol oynaya bilər və bu da gələcək əməkdaşlığın praktiki əsaslarını gücləndirir.

Bir neçə gün öncə baş tutan bu səfər həm regional siyasət baxımından, həm də enerji və bərpa sahəsində əməkdaşlıq imkanları baxımından mühüm siqnal kimi dəyərləndirilməlidir. Azərbaycanın geosiyasi çəkisi artdıqca, belə səfərlərin sayı və əhatə dairəsi də genişlənməkdədir.

Züriyə Qarayeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:74
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 14 İyul 2025 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see196

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see194

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see185

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see181

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see168

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see164

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see164

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see163

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see161

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see157

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see156

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see152

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see151

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see147

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see147

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see145

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see139

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see139

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see137

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri