Icma.az
close
up
RU
Azərbaycan təmsilçisi Moskvada “Belaya trost” festivalının qala konsertində çıxış edib

Azərbaycan təmsilçisi Moskvada “Belaya trost” festivalının qala konsertində çıxış edib

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Moskva, 16 oktyabr, AZƏRTAC

Rusiya paytaxtındakı “Ostrov meçtı” əyləncə mərkəzinin “Moskva” konsert zalında “Belaya trost” (“Ağ qamış”) 16-cı Beynəlxalq Xeyriyyə Festivalının qala-konserti keçirilib. Bu, hər il oktyabrın 15-də qeyd olunan görmə əngəlli insanların rəmzi olan Beynəlxalq Ağ Qamış Gününə təsadüf edib.

AZƏRTAC xəbər verir ki, 11 ölkədən 50 finalçı arasında Azərbaycandan olan 5 nömrəli Respublika İxtisaslaşdırılmış İnternat Məktəbinin şagirdi Mədinə Ələsgərova da yer alıb.

Diana Qurtskayanın görmə əngəlli və zəif görmə qabiliyyəti olan uşaqlar üçün Xeyriyyə Fondunun təşkilatçılığı ilə keçirilən “Ürəyin çağırışı ilə” inklüziv festivalının seçmə mərhələlərində bu il 800-dən çox uşaq iştirak edib.

Konsertdən əvvəl Mədinə festivalın ruhlandırıcı rəhbəri, Rusiyanın Xalq artisti Diana Qurtskaya ilə görüşüb və o, bakılı gənc iştirakçıya dəstəyini ifadə edib.

Azərbaycanlı qız qala-konsertdə öz müəllimləri - tanınmış müğənni və musiqiçi Rodion Qazmanov və müğənni Aleksandra Vorobyeva ilə birgə çıxış edib. Gecənin sonunda bütün iştirakçılar Diana Qurtskaya ilə birlikdə mahnı ifa ediblər. Festivalın gənc finalçıları üçün Moskvada zəngin ekskursiya və mədəni proqram da hazırlanıb.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Oktyabr 2025 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri