Azərbaycan ilə Pakistan arasında hərbi sahədə geniş əməkdaşlıq imkanları mövcuddur AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda Aviasiya Kompleksinin sədri ilə görüşüb
Bakı, 20 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Pakistana işgüzar səfəri davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistan Aviasiya Kompleksinin sədri vitse-marşal Hakim Raza ilə görüşüb.
Tərəflər görüş zamanı ölkələrimiz arasında müxtəlif istiqamətlərdə olduğu kimi hərbi sahədə də əməkdaşlığın uğurla davam etdirildiyini və geniş imkanlara malik olduğunu bildirib, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparıblar.
Görüşdə Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Xəzər Fərhadov da iştirak edib.


