Icma.az
close
up
RU
Azərbaycan Türkiyə birliyi: sarsılmaz regional güc...

Azərbaycan Türkiyə birliyi: sarsılmaz regional güc...

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan və Türkiyə əsrlər boyu ortaq tarix, mədəniyyət, dil və dini dəyərlər əsasında formalaşmış möhkəm qardaşlıq telləri ilə bir-birinə bağlı olan iki dost və qardaş ölkədir. “Bir millət, iki dövlət” prinsipi bu münasibətlərin təməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyada dövlətlərarası əməkdaşlığın, səmimi tərəfdaşlığın və qarşılıqlı dəstəyin bariz nümunəsinə çevrilib. Hər iki xalq ortaq soy-kökə, bənzər adət-ənənələrə və milli-mənəvi irsə malik olmaqla yanaşı, zamanın sınaqlarından çıxaraq dostluq və qardaşlıq münasibətlərini bu gün də eyni sədaqətlə yaşatmaqda davam edir.

İki qardaş ölkə hər zaman bir-birinin yanındadır

Bu səmimi, qırılmaz əlaqələr iki ölkənin siyasi, iqtisadi, hərbi və humanitar sahələrdə sıx əməkdaşlığı ilə yanaşı, ortaq mədəni dəyərlərin qorunması və inkişaf etdirilməsi istiqamətində də özünü göstərir. Azərbaycan və Türkiyə geosiyasi baxımdan mühüm regionlarda yerləşərək, regional və qlobal təhlükəsizlik, enerji layihələri və iqtisadi əməkdaşlıq sahələrində strateji tərəfdaş kimi çıxış edir. Eyni zamanda, hər iki dövlət Türk dünyasında birliyin və həmrəyliyin möhkəmləndirilməsində fəal rol oynayır, ortaq layihələr və təşəbbüslərlə bu birliyin gələcək inkişafına töhfə verir. Azərbaycan və Türkiyə arasındakı münasibətlər bu gün təkcə dövlətlərarası əməkdaşlıq müstəvisində deyil, xalqlar arasında da səmimi dostluq və qarşılıqlı etimada əsaslanır. Xüsusən də hər iki ölkənin humanitar fəlakətlər zamanı bir-birinə dəstəyi, qarşılıqlı yardımı və mənəvi həmrəyliyi bu münasibətlərin nə qədər dərin və sarsılmaz olduğunu bir daha sübut edir. Məhz bu qardaşlıq və birlik ruhu Azərbaycan ilə Türkiyəni təkcə regionda deyil, bütün dünyada nümunəvi dövlətlərdən birinə çevirib.

Hazırda dünyada, o cümlədən regionumuzda mürəkkəb proseslər davam edir. Yeni dünya nizamının formalaşdığı bir zamanda Azərbaycan xarici siyasət kursunda dost və müttəfiq ölkələrlə əlaqələri daha da gücləndirməkdədir. Təbii ki, bu sırada qardaş və strateji müttəfiq olan Türkiyə ilə münasibətlər xüsusi yer tutur.

XİN başçıları nələri müzakirə ediblər?

Regionun güclü və nüfuzlu dövlətləri olan Azərbaycanla Türkiyə daim müxtəlif səviyyələrdə təmasdadır və ikitərəfli, o cümlədən  regional proseslərlə bağlı koordinasiyalı şəkildə əməkdaşlıq edirlər, daima müzakirələr aparırlar. İyunun 27-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Türkiyə xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı olub. Telefon danışığı zamanı Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərindən irəli gələn məsələlər, iki ölkə arasında mövcud olan strateji əməkdaşlığın gündəliyi, habelə beynəlxalq və regional təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət və əlaqələndirmə məsələləri müzakirə olunub.

Nazirlər qardaş ölkələr arasında yüksəksəviyyəli siyasi dialoqun və qarşılıqlı dəstəyin ikitərəfli münasibətlərin əsasını təşkil etdiyini vurğulayaraq, qarşılıqlı maraq doğuran bütün istiqamətlər üzrə sıx əməkdaşlığın bundan sonra da davam etdirilməsinin əhəmiyyətini qeyd ediblər. Telefon danışığı zamanı, həmçinin regionda mövcud təhlükəsizlik vəziyyəti, postmünaqişə dövründə gedən proseslər, regional sülh və sabitliyin təmin olunması istiqamətində atılan addımlar ətrafında fikir mübadiləsi aparılıb.

Şuşa Bəyannaməsi münasibətlərimizin zirvəsini təşkil edir

Qeyd edək ki, ölkələrimiz arasında enerji, nəqliyyat və ticarət sahələrində qurulan əlaqələr də münasibətlərin əsas sütunlarından biri olub. 2000-ci illərdə həyata keçirilən iri enerji və infrastruktur layihələri - xüsusilə Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Qars dəmir yolu layihələri, daha sonra Cənub Qaz Dəhlizi Azərbaycanın Avropaya enerji ixracını təmin etməklə yanaşı, Türkiyəni regionda mühüm enerji tranzit mərkəzinə çevirib. Bu əməkdaşlıq hər iki ölkənin iqtisadi dayanıqlığını və regional mövqeyini gücləndirib. Bununla yanaşı, hərbi sahədə dətərəfdaşlıq möhkəm təməl üzərində qurulub. Türkiyə Azərbaycanın müdafiə potensialının artırılması üçün hərbi təlimlər və texniki dəstək verərək, hərbi əməkdaşlığı daha yüksək səviyyəyə çatdırıb. Xüsusilə 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi zamanı Türkiyənin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini birmənalı dəstəkləməsi iki ölkə arasındakı siyasi və hərbi münasibətləri daha da möhkəmləndirib. 2021-ci ilin iyun ayında liderlər tərəfindən imzalanmış müttəfiqlik haqqında Şuşa Bəyannaməsi isə münasibətlərimizin zirvəsini təşkil edir.

Beynəlxalq müstəvidə qarşılıqlı dəstək

Azərbaycanla Türkiyə arasında hərbi və təhlükəsizlik sahəsində qurulan əməkdaşlıq yalnız iki ölkənin milli maraqları çərçivəsində deyil, bütövlükdə, regionun sabitliyinin, təhlükəsizliyinin təmin olunması baxımından da xüsusi önəm daşıyır. Bu tərəfdaşlıq əsrlər boyu qardaş xalqlarmızın ortaq iradəsinin və siyasi uzaqgörənliyinin nəticəsi kimi müasir dövrdə yeni məzmun və mahiyyət qazanıb. İki dövlət müxtəlif beynəlxalq təşkilatlarda, o cümlədən BMT, ATƏT, NATO və İslam Əməkdaşlıq Təşkilatında fəal əməkdaşlıq edərək, regional və qlobal təhlükəsizlik təşəbbüslərində birgə mövqe sərgiləyir. Xüsusilə Azərbaycanın 30 il davam edən işğala son qoyduğu İkinci Qarabağ müharibəsi dövründə Türkiyənin göstərdiyi birmənalı siyasi dəstək bu əlaqələrin sarsılmazlığını və qardaşlığın gücünü bütün dünyaya nümayiş etdirdi. Bununla yanaşı, hərbi əməkdaşlığın praktiki istiqaməti də daim genişlənməkdədir. Ölkəmizin müxtəlif bölgələrində keçirilən hərbi təlimlərdə Azərbaycanın və Türkiyənin Silahlı Qüvvələrinin birgə iştirakı hər iki ordunun döyüş hazırlığının artırılmasına, koordinasiyanın güclənməsinə və regional təhlükəsizliyin təmininə mühüm töhfə verir. Bu təlimlər yalnız ikitərəfli səviyyədə deyil, həm də NATO ilə əməkdaşlıq çərçivəsində aparılan işlərin gücləndirilməsi baxımından da xüsusi əhəmiyyətə malikdir.

Ankara sülh prosesini dəstəkləyir

Bundan əlavə, müdafiə sənayesi sahəsində birgə layihələr, müasir silah sistemlərinin tədarükü və texniki təchizatın təkmilləşdirilməsi istiqamətində atılan addımlar qardaş ölkələrimizin müdafiə qabiliyyətinin daha da artırılmasına xidmət edir. Bu əməkdaşlıq Azərbaycanın və Türkiyənin regional təhlükəsizlik məsələlərindəki həmrəyliyini gücləndirməklə yanaşı, eyni zamanda, Cənubi Qafqaz və Orta Asiya regionlarında sülhün, sabitliyin təmin olunmasındamühüm rol oynayır. Yeri gəlmişkən, Hakan Fidan bu yaxınlarda Azərbaycanla Ermənistan arasında sülh prosesində rəsmi Ankaranın dəstəyini bir daha bəyan edib. “Azərbaycan ilə Ermənistan arasında sülh prosesini dəstəkləyirik. Azərbaycanın qanuni narahatlıqlarının aradan qaldırılmasını və sülh sazişinin gecikdirilmədən imzalanmasını da arzulayırıq. Ermənistanla apardığımız normallaşma prosesi də Azərbaycanla sıx koordinasiya şəraitində davam edir”,-deyə o, vurğulayıb.

Bütövlükdə, Cənubi Qafqazda yaranmış yeni reallıqlar, o cümlədən Yaxın Şərqdə mövcud gərginlik, xüsusilə İran ətrafında yaranmış vəziyyət iki qardaş ölkənin diqqət mərkəzindədir. Dövlətlərimiz regionumuzda sülhün və sabitliyin təmin olunması üçün birgə diplomatik fəaliyyət həyata keçirir. Bu baxımdan, iki ölkənin XİN başçılarının telefon danışığında aparılan müzakirələr böyük əhəmiyyət kəsb edir. 

Nardar BAYRAMLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 30 İyun 2026 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see517

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see446

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see407

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see285

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see283

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see281

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see275

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see272

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see268

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see259

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see249

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see242

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see237

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see227

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see217

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see210

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see208

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see204

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see200

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri