Icma.az
close
up
RU
Azərbaycan və Çin münasibətlərində açılan yeni səhifə hər iki ölkənin strateji maraqlarına uyğun inkişaf edir ŞƏRH

Azərbaycan və Çin münasibətlərində açılan yeni səhifə hər iki ölkənin strateji maraqlarına uyğun inkişaf edir ŞƏRH

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 25 aprel, AZƏRTAC

Azərbaycan və Çin arasında münasibətlər tarixən dostluq və qarşılıqlı hörmətə əsaslanıb, hər iki ölkə özünün milli maraqlarını müdafiə etmək və dünya iqtisadiyyatında daha fəal mövqe tutmaq məqsədilə sıx əməkdaşlıq edib. Son dövrlərdə, xüsusilə 21-ci əsrin əvvəllərindən etibarən bu əlaqələrdə yeni bir mərhələ başlayıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) şöbə müdiri Aqil Əsədovun AZƏRTAC-a şərhində bildirib ki, Azərbaycan-Çin tərəfdaşlığının əsasında dövlət başçılarının dostluq münasibətləri, biri-birilərinə olan etimadı, qarşılıqlı səfərlər, rəsmi şəxslərin və biznes nümayəndələrinin görüşləri dayanır.

“Prezident İlham Əliyevin Çin Xalq Respublikasına növbəti dövlət səfəri ikitərəfli münasibətlərin inkişafı istiqamətində növbəti bir addımdır. Dövlət başçısının səfərləri ölkələr arasında inteqrasiyanın daha da güclənməsinə və yeni-yeni əməkdaşlıq imkanlarının yaranmasına öz töhfəsini verərək uzunmüddətli perspektivlər yaradır. Artıq Azərbaycanın nəhəng istehsal mərkəzi kimi dünyanın ikinci ən böyük iqtisadiyyatına malik fövqəldövləti ilə genişmiqyaslı və uzunmüddətli əməkdaşlığına dair çoxsaylı razılaşmalar mövcuddur”,- deyə o qeyd edib.

Aqil Əsədovun sözlərinə görə, Çin kimi qüdrətli dövlətlə əməkdaşlıq etmək, müxtəlif sahələrdə yaxın münasibətlər qurmaq bir çox ölkələrin hələ də reallaşmayan arzularıdır: “Lakin Azərbaycan və Çinin inkişaf fəlsəfəsindəki oxşarlıqlar, hər iki ölkə liderinin etibarlı tərəfdaş olması, qlobal çağırışlara və beynəlxalq hüquqa həssas yanaşması Azərbaycanı Çin üçün, Çini də Azərbaycan üçün əhəmiyyətli edir. Coğrafi-strateji üstünlükləri daha da möhkəmləndirən düşünülmüş siyasət, zamanında verilmiş doğru qərarlar, proqram təminatlı dövlət idarəetməsi, hələ 25 il əvvəldən start götürən genişmiqyaslı infrastruktur quruculuğu Azərbaycanı regionun liderinə, qlobal əhəmiyyətli etibarlı tərəfdaşa çevirib. Artıq, bütün dünya təsdiq və qəbul edir ki, “...dediyini edən və etdiyini deyən” Azərbaycanın dövlət başçısı etibarlı tərəfdaş kimi hər zaman sülhü, təhlükəsizliyi, əməkdaşlığı dəstəkləyir. Azərbaycan beynəlxalq hüquqa hörmətlə yanaşan bütün dövlətlərlə hər bir layihədə rəqabətə deyil, əməkdaşlığa üstünlük verir.

Prezident İlham Əliyevin Çinə səfəri çərçivəsində istehsal, investisiya, ticarət, nəqliyyat, enerji, təhsil, əqli mülkiyyət, ədliyyə və s. istiqamətlərdə Azərbaycan-Çin əməkdaşlığını nəzərdə tutan 20-ə yaxın mühüm sənəd, hərtərəfli strateji tərəfdaşlıqla bağlı Birgə Bəyanat imzalanıb. Bütün bunlar dünyanın ikinci ən böyük iqtisadiyyatına malik fövqəldövlətilə münasibətlərdə yeni səhifənin – daha yaxın əməkdaşlıq, daha böyük ticarət dövriyyəsi, daha intensiv daşınmalar, tranzitdən daha çox gəlir əldə etmək, irihəcmli və genişmiqyaslı qarşılıqlı investisiya qoyuluşları, kosmik, elmi-texniki, rəqəmsallaşma istiqamətlərində əməkdaşlıq, vizaların ləğvi, “Kəmər, yol” üzrə əməkdaşlıqların daha da dərinləşdirilməsi və s. kimi perspektivlərin yer aldığı səhifənin başlanğıcıdır”.

İİTKM-in şöbə müdiri bildirib ki, Azərbaycan özünün aqrar məhsullarını, xam neft və qazını Çin bazarlarına ixrac etməkdə maraqlıdır.

“Çin isə Azərbaycanda infrastruktur layihələrinə və texnoloji sahələrə investisiyalar yatırmaqla burada uzunmüddətli iqtisadi əlaqələr qurmağı hədəfləyir. İki ölkə arasında əlaqələr yalnız iqtisadi deyil, həm də strateji əməkdaşlığın inkişafına xidmət edir. Azərbaycan Çinlə olan siyasi əlaqələri gücləndirməklə, həm də özünün beynəlxalq arenadakı mövqeyini daha da möhkəmləndirir. İmzalanan sənədlərə əsasən ili ölkə arasında elm-təhsil əlaqələri də inkişaf edəcək, hər iki tərəf təhsil sahəsində qarşılıqlı layihələrə dəstək verəcək ki, bu da universitetlər, məktəblər arasında əməkdaşlığa təkan olacaq. Nəticədə azərbaycanlı gənclərin yeni texnologiyalara çıxışı, bu sahədə bilik əldə etmək imkanları asanlaşacaq. Nəzərə alaq ki, dünyanın nəhəng istehsal mərkəzi olan Çin, həm də əhalisinin sayına görə Hindistandan sonra dünyada ikinci yerdədir. Bu isə o deməkdir ki, dünya əhalisinin 20 faizə yaxını və ya 1,5 milyarddan çox insan Çin dilində danışır. Elm-təhsil, mədəniyyət, turizm və s. sahələrdə inteqrasiyanın bir üstünlüyü də odur ki, Çin dilini mənimsəyən azərbaycanlıların sayı artacaq. Bu isə Çində tətbiq edilən “nou-hau”ların, innovasiyaların daha yaxşı mənimsənilməsinə, qlobal çağırışlara uyğun mütəxəssislərin formalaşmasına öz töhfəsini verəcək”,- deyə şöbə müdiri bildirib.

Aqil Əsədovun sözlərinə görə, səfərin daha bir mühüm nəticəsi iki ölkə arasında viza rejiminin ləğv edilməsidir: “Çin dünyanın ən böyük turist bazarlarından biri olmaqla yanaşı, Azərbaycanın unikal təbiəti, tarixi abidələri və mədəniyyəti ilə maraqlanır. Artıq 1,5 milyarddan çox əhalisi olan Çindən ölkəmizə yaxın zamanda minlərlə turistin gəlməsi reallıqdır və turizm sektorunun buna hazır olması vacibdir. Eyni zamanda, Azərbaycan və Çin arasında uçuşların artırılması, Çində fəaliyyət göstərən Azərbaycan Ticarət evlərinin də imkanlarından istifadə edərək turizm sahəsində təbliğat işlərinin aparılması ikitərəfli münasibətləri gücləndirmək baxımından əhəmiyyətli ola bilər və iki ölkə arasında turizm sənayesinin inkişafına müsbət təsir göstərər.

İmzalanan sənədlər yaşıl enerji zonası elan edilmiş ərazilərə, enerji sektoruna Çin investisiyalarının cəlb edilməsinə imkan yaradacaq ki, nəticədə həm də Çinin Azərbaycanın enerji sahəsindəki əsas tərəfdaşlarından biri olmağa davam edəcəyi gözlənilir. Azərbaycanın Çinin “Bir kəmər, bir yol” layihəsindəki mühüm rolu da bu ölkənin regional və qlobal güc mərkəzlərində daha da möhkəmlənməsinə şərait yaradacaq.

Ölkəmizin əlverişli nəqliyyat-tranzit imkanları Çin məhsullarının Avropa, Ərəb körfəzi, Afrika ölkələrinin bazarlarına çıxışı üçün cəlbedicidir. Birbaşa Çin lideri Si Cinpin ideyası kimi “regional əlaqələri gücləndirmək və daha parlaq gələcəyi əhatə etmək üçün bir cəhd” adlandırılan “Bir kəmər, bir yol” layihəsinin uzunmüddətli hədəfi Çin məhsullarının adıçəkilən bazarlara daha çevik çıxışını təmin etməkdir. Bu mənada ölkələrimiz arasında “Bir kəmər, bir yol” təşəbbüsünün birgə təşviqi üzrə Əməkdaşlıq Planının, beynəlxalq multimodal daşımalar haqqında sazişin imzalanması, nəqliyyat əlaqələrinin təkmilləşdirilməsi xüsusilə diqqəti cəlb edir. Nəzərə alsaq ki, Azərbaycanın infrastruktur təminatı illik 25 milyon ton yük buraxıcılıq qabiliyyətinə malikdir və Zəngəzur dəhlizinin açılması isə bu həcmi 35 milyon tona qədər artırmağa imkan verəcək, eləcə də ölkəmizdən keçən daşıma marşrutları daha qısadır, onda Çin məhsullarının hədəf bazarlarına çıxarılmasında Azərbaycanın əhəmiyyəti aydın olar. Bu mənada nəqliyyat-tranzit əlaqələrinə iki ölkə arasında münasibətlərin mühüm istiqaməti kimi yanaşılması zəruridir”.

İİTKM-in şöbə müdiri əlavə edib ki, Azərbaycan-Çin münasibətləri, yalnız iqtisadi və siyasi əlaqələrin inkişafı ilə məhdudlaşmır, həm də regional və qlobal məsələlərdə əməkdaşlığın dərinləşməsi ilə əhatə olunur.

“Hər iki ölkə, beynəlxalq müstəvidə biri-birinin mövqelərini dəstəkləyir və qarşılıqlı faydalı əməkdaşlıq istiqamətində addımlar atır. Azərbaycan və Çin arasında münasibətlərdə açılan yeni səhifə hər iki ölkənin strateji maraqlarına uyğun şəkildə inkişaf etməkdədir. Bu əməkdaşlıq, yalnız iqtisadi sahədə deyil, həm də siyasi, mədəni və sosial sahələrdə geniş imkanlar təqdim edir. Dövlət başçılarının birlikdə müzakirə etdiyi məsələlər, imzalanan sənədlər, rəsmi şəxslərlə, iş dünyasının nümayəndələri ilə keçirilən görüşlər əsasında Azərbaycanın Çinlə olan əlaqələrinin gələcəkdə daha da möhkəmlənəcəyi və bu tərəfdaşlığın həm regional, həm də qlobal səviyyədə daha əhəmiyyətli olacağı şübhəsizdir. Bütün bunlar Azərbaycan və Çinin strateji hədəflərə doğru birgə addımlayacağını özündə tövsif edir”,- deyə A.Əsədov vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Aprel 2025 19:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tunis final mərhələsinə vəsiqə qazandı

08 Sentyabr 2025 22:14see176

Muxtar respublika büdcəsinin gəlirlərində artım qeydə alınıb

08 Sentyabr 2025 16:39see166

Polşa hakimiyyətləri xüsusi xidmət orqanlarına nəzarəti itirib

08 Sentyabr 2025 19:26see153

Bakılı oğlanların aktyoru oğluna toy etdi VİDEO FOTO

08 Sentyabr 2025 19:49see142

Tovuzda bütün məzunlar ali məktəbə daxil olub

09 Sentyabr 2025 14:09see142

Acından ölən xərçəng...

09 Sentyabr 2025 02:04see141

Erlinq Holann zədələnib

08 Sentyabr 2025 19:42see137

Çexiyalılarla səudiyyəlilər sülhlə ayrılıblar

08 Sentyabr 2025 23:28see135

“İT Yay Düşərgəsi 2025”in qalibləri mükafatlandırıldı FOTO

08 Sentyabr 2025 23:21see133

Avtobusu elə sürdü ki, işıqforu kökündən çıxardı Video

08 Sentyabr 2025 19:12see133

“Liverpul”un müdafiəçisinin “Real Madrid”ə mümkün transferinin təfərrüatı açıqlanıb

09 Sentyabr 2025 09:00see132

Abşeronda 41 yaşlı kişinin meyiti aşkarlanıb

08 Sentyabr 2025 19:02see130

Tanınmış həkim yol qəzası keçirdi

08 Sentyabr 2025 18:42see130

Dövlət Xidməti: Tovuzun Avdal kəndindəki məbədin tarixi abidələrin reyestrinə salınması üçün iş gedir FOTO VİDEO

08 Sentyabr 2025 16:58see129

Tupakın qətlini məşhur reper sifariş edibmiş 29 il öncəki qətlin ŞOK DETALLARI

09 Sentyabr 2025 00:37see129

Arina Sabalenka US Open 2025 dəki qələbəsini necə qeyd edib FOTO

09 Sentyabr 2025 04:13see128

Cennaro Qattuzo: Gülünc qollar buraxdıq

09 Sentyabr 2025 01:36see128

Orqan köçürməklə insan maksimum bu yaşa qədər yaşaya bilər

09 Sentyabr 2025 03:03see128

Sinənizdə bu əlamətlər varsa, mütləq həkimə gedin Onkoloq xəbərdarlıq etdi

08 Sentyabr 2025 23:00see126

Netanyahu: HƏMAS liderlərinə zərbə Qəzzada müharibəyə son qoya bilər

09 Sentyabr 2025 21:07see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri