Icma.az
close
up
RU
Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə olunmasına dair xüsusi Bəyanat qəbul olunub

Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə olunmasına dair xüsusi Bəyanat qəbul olunub

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Xəbər verdiyimiz kimi AMİP-in üzvü olduğu və özündə ABŞ-ın Respublikaçılar, Böyük Britaniyanın Konservatorlar, Almaniyanın Xristian Demokrat və Xristian Sosial İttifaqı, İspaniyanın Xalq, İsveçin Moderat, İsrailin Likud, Avstraliyanın Liberal, Mərakeşin İstiqlal, Avropa Parlamentinin ən böyük qrupu olan Avropa Xalq Partiyası və s. kimi dünyanın 80-dən çox ölkəsinin 100-dən artıq sağ mərkəz yönümlü partiyasını birləşdirən nüfuzlu qlobal səviyyəli təşkilat olan Beynəlxalq Demokrat İttifaqının may ayının 15-də Brüsseldə keçirilən forumda “Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə olunmasına dair” xüsusi Bəyanat qəbul olunub.

Bu barədə Bizimyol.info xəbər portalına AMİP-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, AMİP-in təşəbbüsü ilə qəbul olunmuş bəyanatda sülh müqaviləsinə əsas maneə kimi Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını özündə ehtiva edən müddəanın olduğu qeyd olunmuş və Ermənistan tərəfindən Referendum yolu ilə bu maneənin aradan qaldırılmasının vacibliyinə dair çağırış edilib.

Xatırladaq ki, forumda AMİP sədri Arzuxan Əlizadə, AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev və AMİP Qadınlar təşkilatının sədr müavini İlhamə Əliyeva iştirak ediblər.

Bəyanatın tam mətni ilə BDİ-nin rəsmi səhifəsində tanış ola bilərsiniz.

Bəyanatın tərcüməsində qeyd olunur:

Sovetlər İttifaqı dağılandan sonra Rusiyanın keçmiş ittifaq respublikalarında - Ukrayna, Azərbaycan, Gürcüstan, Moldova ərazisində yaratdığı və çoxlu sayda insanların ölümünə səbəb olan qanlı konfliktərindən biri kimi Azərbaycan və Ermənistan arasında münaqişənin sülh yolu ilə birdəflik həlli üçün böyük şanslar yaranmışdır.

2020-ci il 44 günlük müharibədən sonra Azərbaycan təklifi ilə sülh müqaviləsinin imzalanması istiqamətində aparılan danışıqlar nəhayət ki, yekunlaşıb və indiyədək razılaşdırıla bilməyən müddəlarla bağlı da ümumi razılıq əldə olunub.

Bildiririk ki, reqionda sühə, sabitliyə və iqtisadi inkişafa nail olmaq, qonşu xalqlar arasında düşmənçiliyə son qoymaq üçün yaranmış tarixi fürsətdən maksimum şəkildə istifadə etmək mütləqdir və vacibdir. Bunun üçün hazırda prosesin yekunlaşmasına mane olan cox mühüm səbəbin aradan qaldırılmasına ehtiyac var.

Sülh müqaviləsinin imzalanması üçün əsas şərtlərdən biri sözsüz ki, tərəflərin bir birinin ərazi bütövlüyünü tanıması və bir birilərinə qarşı ərazi iddialarından imtina etməsidir. Hər iki dövlət indiyə qədər bu istiqamətdə müvafiq bəyanatlarla çıxış edərək sülh müqaviləsi imzalamağa hazır olduqlarını bildiriblər.

Lakin Ermənistan Respublikasının 1991-ci ildə qəbul olunmuş Konstitusiyasının priambula hissəsində Azərbaycana qarşı ərazi iddialarını özündə əks etdirən ifadələrin olması, Konstitusiyanın isə imzalanan istənilən hüquqi sənəddən üstün olması sülh sazişinin imzalanmasında əngələ çevrilib. Çünki ölkələrdən birinin Konstitusiyasında digərinə qarşı ərazi iddialarının qalması imzalanacaq sülh müqaviləsini hüquqi çəkisi olmayan adi bir sənədə çevirir, bu da real sülhün əldə olunmasını mümkünsüz edir. O səbəbdən də referendum vasitəsilə həmin ifadələrin Ermənistan konstitusiyasından çıxarılmasının vacibliyi yaranıb. Ermənistan baş naziri də həmin bəndin konstitusiyadan çıxarılmalı olduğunu dəfələrlə bəyan edib, lakin təəssüf ki, bu günə kimi referendumun keçirilməsi ilə bağlı hər hansı addımlar atılmayıb.

Deyilənləri nəzərə alaraq İDU aşağıdakıları bildirir:

- Cənubi Qafqazda davamlı sülhün bərqərar olması üşün Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması reqion üçün mühüm və vacib hadisə olacaqdır.

- Bu müqavilən imzalanması və sülhün əldə edilməsi Rusiyanın yaratdığı diğər konfliktli problemlərin həlli üçün də stimul ola bilər.

- Bu müqavilənin imzalanmasına mane olan bütün səbəblərin aradan qaldırılması üçün təxirəsalınmadan müvafiq addımların atılmasına, bu istiqamətdə bütün vasitələrdən istifadə edilməsinə çağırırıq.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 26 May 2025 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri