Icma.az
close
up
RU
Azərbaycan və Latviya səhiyyə və tibb elmi sahəsində əməkdaşlığı genişləndirir FOTO

Azərbaycan və Latviya səhiyyə və tibb elmi sahəsində əməkdaşlığı genişləndirir FOTO

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Səhiyyə Nazirliyində Azərbaycanda işgüzar səfərdə olan Latviyanın səhiyyə naziri Hossam Abu Meri ilə görüş keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, görüşdə, həmçinin Latviyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Edqars Skuya da iştirak edib.

Konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçən görüş zamanı səhiyyə və tibb elmi sahəsində Azərbaycan-Latviya əməkdaşlığının mövcud vəziyyəti, həmçinin potensial inkişaf imkanları müzakirə olunub.

Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev Azərbaycanla Latviya arasında bir çox sahələrdə, o cümlədən səhiyyə və tibb elmi sahəsində məhsuldar əməkdaşlıq əlaqələrinin mövcudluğunu vurğulayıb: “Ölkələrimizin səhiyyəsinin səmərəliliyini artırmaq məqsədilə tibb təhsili sahəsində qarşılıqlı fəaliyyət üçün bütün zəruri vasitələr mövcuddur. Bundan əlavə, ali tibb mütəxəssislərinin davamlı peşə təhsili sahəsində müasir metodiki və elmi-praktik təcrübə mübadiləsi üçün optimal şərait var”.

Səhiyyə sisteminin rəqəmsallaşdırılmasını Azərbaycan Səhiyyə Nazirliyinin qarşısına qoyulan prioritet məsələlərdən biri olduğunu vurğulayan Teymur Musayev Latviyada rəqəmsal səhiyyənin inkişafında mühüm irəliləyişlərin əldə olunduğunu qeyd edib: “Bu sahədə Latviya təcrübəsi öyrənilməsi bizim üçün faydalı ola bilər”.

Azərbaycanın səhiyyə naziri, həmçinin müalicəvi turizm sahəsində də əməkdaşlıq potensialının mövcudluğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, mineral su mənbələri və digər kurort-rekreasiya resursları Azərbaycana və Latviyaya çoxlu turist cəlb edir: “Bunu nəzərə alaraq, ölkələrimizin vətəndaşlarının sağlamlığının bərpası və reabilitasiyası məqsədilə sanator-kurort xidmətlərinin təkmilləşdirilməsi olduqca vacib məsələdir”.

Səmimi qəbula görə təşəkkürünü bildirən Hossam Abu Meri bu cür görüşlərin Latviya-Azərbaycan arasında səhiyyə sahəsində əməkdaşlığın daha da inkişafı, eyni zamanda təcrübə və bilik mübadiləsi baxımından olduqca vacib olduğunu vurğulayıb.

Çıxışının sonunda latviyalı nazir ölkələrimizin səhiyyə nazirlikləri arasında əməkdaşlığın bundan sonra da yeni müstəvidə uğurla davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 29 Avqust 2025 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see155

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see150

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see144

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see136

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see128

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see128

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri