Azərbaycan və Özbəkistanın əqli mülkiyyət qurumlarının birgə tədbiri keçirilib
Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi və Özbəkistan Respublikasının Ədliyyə Nazirliyinin 2024-2025-ci illər üçün birgə fəaliyyət planına uyğun olaraq vebinar keçirilib.
Azərbaycan və Özbəkistanda fəaliyyət göstərən əqli mülkiyyət hüquqlarını kollektiv əsaslarla idarə edən təşkilatların nümayəndələri üçün onlayn rejimdə təşkil olunan tədbirdə Özbəkistan Respublikası Ədliyyə Nazirliyinin Əqli Mülkiyyətin Hüquqi Mühafizəsi İdarəsinin rəisi Behzod Ruziyev və həmin idarənin Müəllif və əlaqəli hüquqların hüquqi mühafizəsi şöbəsinin müdiri Şarof Abdumalikov, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Müəllif-hüquq obyektlərinin qeydiyyatı və hüquq ekspertizası şöbəsinin müdiri Nadirə Bədəlbəyli, Agentliyin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Əfsanə Mirzəzadə, Agentliyin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin direktoru Nəcəf Quliyev, Mərkəzin əməkdaşları, o cümlədən hər iki ölkənin kollektiv idarəetmə təşkilatlarının (KİT) nümayəndələri iştirak ediblər.
Agentlikdən XQ-yə verilən məlumata görə, vebinarda Behzod Ruziyev və Nəcəf Quliyev çıxış ediblər, KİT nümayəndələri dinlənilib və birgə əməkdaşlıqla bağlı müzakirələr aparılıb.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 16 May 2025 15:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















