Icma.az
close
up
RU
Azərbaycan və Səudiyyə Ərəbistanı XİNləri arasında siyasi məsləhətləşmələrin üçüncü raundu keçirilib

Azərbaycan və Səudiyyə Ərəbistanı XİNləri arasında siyasi məsləhətləşmələrin üçüncü raundu keçirilib

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Dekabrın 9-da Ər-Riyad şəhərində Azərbaycanın və Səudiyyə Ərəbistanının Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin üçüncü raundu keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Səudiyyə Ərəbistanı nümayəndə heyətinə isə xarici işlər nazirinin müavini Valid Əl-Xureyci rəhbərlik ediblər.

Görüşdə iki ölkə arasında əlaqələrin gücləndirilməsi, siyasi, iqtisadi, energetika və humanitar sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Bu ilin noyabrında Azərbaycanın ev sahibliyi etdiyi COP29-un iki ölkə arasında mövcud əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaratdığı bildirilib.

Görüşdə Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb, qarşılıqlı dəstəyin bundan sonra da davam etdirilməsi razılaşdırılıb.

Postmünaqişə dövründə bölgədəki vəziyyət, Azərbaycan tərəfindən davamlı sülhün bərqərar olunması istiqamətində atılan addımlar, işğaldan azad edilmiş ərazilərimizdə mina problemi və orada həyata keçirilən bərpa-quruculuq işləri barədə qarşı tərəfə ətraflı məlumat verilib.

Görüşdə turizm, yaşıl enerji və investisiya qoyuluşu sahələrində əməkdaşlığın inkişafı üçün geniş potensialın olduğu vurğulanıb.

Siyasi məsləhətləşmələr zamanı, həmçinin regional, beynəlxalq məsələlər və birgə maraq daşıyan digər mövzular da müzakirə olunub.

Səfər çərçivəsində Y.Rəfiyev, həmçinin Səudiyyə Ərəbistanı Krallığının enerji nazirinin davamlılıq və iqlim dəyişikliyi üzrə müavini Xalid Əl-Mehaid ilə görüşüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:63
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Dekabr 2024 19:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see177

Naxçıvanda aksiya çərçivəsində 300 dən çox uşaq tibbi müayinədən keçib

02 İyun 2025 00:25see143

Saç yuyarkən suyun temperaturuna diqqət edin mütəxəssisdən vacib tövsiyələr

02 İyun 2025 05:06see137

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see137

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see135

Gördük o “ekspertlərinizi”, 5 günə 1 sualı düz yaza bilməyiblər DİM ə ETİRAZ

02 İyun 2025 04:16see134

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see133

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see132

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see129

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see128

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see128

“Çox sevdiyim bir “uşağ”ım var” Xanımından iş adamına

01 İyun 2025 23:26see127

Yarış üçün hazırlanmış Super Mustanq nümayiş olundu

02 İyun 2025 05:31see125

Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?

02 İyun 2025 01:01see125

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see122

Alça yedikdən sonra bunlara diqqət edin!

02 İyun 2025 02:03see121

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see118

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see116

Ukrayna zərbə endirdi, bütün vilayət işıqsız qaldı

03 İyun 2025 01:34see115

Bu beş bürc iyunda çətin sınaqdan keçəcək

03 İyun 2025 00:08see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri