Icma.az
close
up
RU
Menu

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Azərbaycan xanımları sosial mediada fəal olmalıdırlar

Azərbaycan xanımları sosial mediada fəal olmalıdırlar

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qərbi Azərbaycana Qayıdış ideyasının reallaşması üçün cəmiyyətin bütün təbəqələrinin haqq işimizdə həmrəylik göstərməsi vacibdir

İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması


Qərbi Azərbaycan İcması (QAİ) Qadınlar Şurasının dəstəyi və təşkilatçılığı ilə onlayn formatda "Qaçqınlıq və Qadınlar" mövzusunda beynəlxalq konfrans keçirilib. 8 Mart Beynəlxalq Qadınlar günü ərəfəsində keçirilən konfransın məqsədi mart ayının dünyada qadın haqları aylığı olmasını nəzərə alaraq, beynəlxalq ictimaiyyətin diqqətini Qərbi Azərbaycandan qovulmuş qadınların pozulmuş hüququna cəlb etməkdir. Konfransda 12 ölkədən diaspora fəaliyyətində iri layihələr həyata keçirən 50-yə yaxın nüfuzlu qadın iştirak edib.

Konfransda İSESCO-nun Sosial və Humanitar elmlər departamentinin rəhbəri Ramata Myabe və İSESCO-da fəaliyyət göstərən diplomat və beynəlxalq ekspert Dinara Quliyeva, xaricdə fəaliyyət göstərən Ana Vətən Avropa Azərbaycanlı Qadınlar Təşkilatının və Odlar Yurdu Təşkilatının rəhbərləri və üzvləri də iştirak edib.

Konfransın moderatoru, QAİ-nin Qadınlar Şurasının sədri Məlahət İbrahimqızı İcmanın, xüsusən də Qadınlar Şurasının məqsəd və vəzifələri, fəaliyyət planı, Qərbi Azərbaycana qayıdışla bağlı görülən işlər haqqında məlumat verib. O, qısa müddət ərzində Qərbi Azərbaycana qayıdış Konsepsiyasının vahid milli ideologiyaya çevrilməsindən danışıb. 


Məlahət İbrahimqızı Konsepsiyada da qeyd edildiyi kimi, 1987-91-ci illərdə Qərbi Azərbaycandan erməni vandalları tərəfindən qovulmuş, deportasiya və etnik təmizliyə məruz qalmış 300 min azərbaycanlının pozulmuş hüquqlarının sülh yolu ilə, beynəlxalq hüquq çərçivəsində, ləyaqətli şəkildə bərpası üçün bu problemin dünya  ictimaiyyətinə və beynəlxalq təşkilatlara çatdırılmasında qadınların rolunun danılmaz olduğunu vurğulayıb. O, bu məsələdə xaricdə yaşayan Qərbi azərbaycanlıların, xüsusilə də qadınların iştirakının zəruriliyini qeyd edib. Məlahət İbrahimqızı çıxışında Azərbaycan Respublikasının Prezidentinin söylədiyi  “Qarabağ problemi kimi Qərbi Azərbaycana qayıdış da Azərbaycan xalqının vahid ideologiyasıdır” fikirlərini xatırladaraq, dünyanın fərqli ölkələrində yaşayan Qərbi Azərbaycan əsilli fəal qadınların bütün mötəbər kürsülərdə və platformalarda haqq səsini daha ucadan  səsləndirmələrinin zamanın tələbi olduğunu bildirib.

O qeyd edib ki, ancaq erməni cinayətkarları tərəfindən Qərbi Azərbaycan qadınlarının pozulmuş hüquqlarının dünyada təbliği və xalqımızın yüzilliklər boyu Qərbi Azərbaycanda yaratmış olduğu mədəni və tarixi irsin müdafiəsi məqsədilə sistemli şəkildə təşkil edilən müxtəlif tədbir və layihələrlə müvafiq beynəlxalq təşkilatlar qarşısında ciddi məsələlər qaldırıla bilər. Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının Beynəlxalq əlaqələr və əməkdaşlıq üzrə İşçi Qrupunun sədri, millət vəkili Tənzilə Rüstəmxanlı Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının beynəlxalq fəaliyyətinin qurulmasında xaricdə yaşayan Qərbi Azərbaycan əsilli xanımların məlumat bazasının yaradılmasının əhəmiyyətindən danışıb.

Qayıdış konsepsiyasında əks olunmuş məqsəd və vəzifələrin Qərbi Azərbaycan əsilli qadınların da ən müqəddəs vəzifəsi olduğunu vurğalayan çıxışçılar, ən qısa zamanda Qadınlar Şurasının xaricdə yaşayan qadın soydaşlarımızla birgə fəaliyyətin yol xəritəsinin və irəli sürülmüş təkliflər əsasında hazırlanmış Fəaliyyət Planını müzakirə etmək üçün növbəti konfransın gündəliyinə salınmasını xahiş ediblər. Konfrans iştirakçıları adından beynəlxalq ictimaiyyətə müraciət qəbul olunub: “Bu müraciətlə biz haqq-ədalətin və sülh yolu ilə qayıdış hüququmuzun təmin olunması, mədəni irsimizin qorunmasına dair və qadınların Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) 1325 saylı qətnaməsinə və beynəlxalq hüququn ümumi norma və prinsiplərinə uyğun olaraq öz vətənlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıdışı və reinteqrasiyasına dəstək verilməsi üçün tələblərimizi ifadə edirik.

Ermənistan ərazisində bir zamanlar əksəriyyət təşkil etmiş və ən sonuncusu 1987-1991-ci illərdə olmaqla, sistematik və tam şəkildə zorakı etnik təmizləmənin bir neçə dalğası ilə öz yurdlarından zorla çıxarılmış Qərbi azərbaycanlılara qarşı tarixi ədalətsizliyi qətiyyətlə pisləyərik. 

Evlərini, dolanışıq vasitələrini və icma bağlarını itirmiş, bunun nəticəsində dərin travma və ailə-mədəni davamlılığın pozulması ilə üzləşmiş qadın və uşaqların dərin iztirablarını qeyd edərək; Ermənistanın Azərbaycan xalqının maddi və qeyri-maddi mədəni irsinə vurduğu zərbələri, xüsusilə də 2010-cu ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmiş və Qərbi Azərbaycanda əsasən qadınlar tərəfindən geniş tətbiq olunan xalçaçılıq sənətinə vurduğu zərəri böyük narahatlıqla qeyd edirik. Bu irsə vurulan zərbənin yalnız mədəni faciə deyil, həm də qaçqın düşmüş azərbaycanlıların öz kimlik və irslərinə olan hüquqlarının pozulması olduğunu təsdiqləyirik”.

Müraciətdə həmçinin qeyd edilib ki, Qərbi Azərbaycan İcması (QAİ) Qadınlar Şurası Azərbaycan Hökumətinin Ermənistan tərəfindən qovulmuş keçmiş məcburi köçkünlərin vəziyyətinin yüngülləşdirilməsi istiqamətində atdığı addımları qətiyyətlə dəstəkləyir, onlar üçün həyata keçirilən Böyük Qayıdış Proqramını və Ermənistanın otuz illik işğalından azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərini yüksək qiymətləndirir: “Biz, Azərbaycan Hökumətinin beynəlxalq humanitar yardımla bağlı aktiv fəaliyyətini alqışlayır və bu fəaliyyətin qadınlar və uşaqların çəkdiyi çətinliklərin azaldılmasında mühüm rol oynadığını vurğulayırıq. Qərbi Azərbaycan İcması Qadınlar Şurası olaraq, icmamızın hüquqlarını müdafiə etmək, qaçqın vəziyyətinə düşmüş Qərbi Azərbaycan qadınlarının və uşaqlarının səslərini qlobal səviyyədə eşitdirmək və icmamızın doğma torpaqlarına qayıdıb yenidən çiçəklənməsi üçün mübarizə aparmağa davam edəcəyimizi bildiririk”.

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının Mətbuat və Sosial Media üzrə İşçi Qrupunun rəhbəri Günay Ağamalı “Şərq”ə açıqlamasında Qərbi Azərbaycana Qayıdışda qadınlarımızın rolundan, onların hüquqlarının bərpasından danışıb: “Qərbi Azərbaycana Qayıdış ideyası, tarixi ədalətin bərpası, milli kimliyimizin qorunması və gələcək nəsillərə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir. Prosesdə qadınlarımızın sosial mediada fəal iştirakı mühüm rol oynayır.

Möhtərəm, Cənab Prezident İlham Əliyev 24 dekabr 2022-ci ildə tarixi torpaqlarımız olan Qərbi Azərbaycana Qayıdışın yol xəritəsini açıqladı. 22 yanvar 2023-cü ildə sosial mediada "Qərbi Azərbaycana Qayıdışa dəstək qrupu" yaradaraq, biz də bu platformada vətəndaş mövqeyimizi ortaya qoymağa başladıq.

İctimai-siyasi proseslərdə hər zaman fəal rol oynayan Azərbaycan qadınları sosial mediada aktivlik göstərərək Qərbi Azərbaycanla bağlı tarixi həqiqətləri ən müxtəlif platformalarda geniş auditoriyaya çatdıra bilərlər. Onların sosial mediada əcdadlarımızın doğma torpaqlarımızda yaşadıqları zaman üzləşdikləri diskriminasiyanı və onun ağır nəticələrini, deportasiya prosesini və Qərbi Azərbaycan torpaqlarındakı izlərimizi beynəlxalq ictimaiyyətin diqqətinə çatdırması xüsusi əhəmiyyət kəsb edərdi.

Etiraf edək ki, gənclərimiz sosial medianın ən fəal istifadəçiləridir. Qadınlarımızın bu platformalar vasitəsilə gənclərə də Qərbi Azərbaycan torpaqlarının tarixi, mədəniyyəti haqqında məlumat verməsi onların milli ruhda formalaşmasına ciddi təsir göstərərdi. 

Qadınlarımızın, eyni zamanda sosial mediada Qərbi Azərbaycanla bağlı ingilis, rus və digər xarici dillərdə paylaşımlar etməsi bizcə beynəlxalq ictimaiyyətin  məlumatlandırılmasına əhəmiyyətli təsir göstərərdi. Çünki dünya mediası və beynəlxalq təşkilatlar bir qayda olaraq sosial media vasitəsilə yayılmış məlumatlara  istinad edirlər.

Qərbi Azərbaycana Qayıdış ideyasının reallaşması üçün cəmiyyətin bütün təbəqələrinin haqq işimizdə həmrəy olması da olduqca vacibdir və bu baxımdan Azərbaycan xanımlarının sosial mediada maarifləndirici məqalələri ümummilli ideologiyamıza əhəmiyyətli töhfələr verərdi. 

Haqq işimizdə və ümummilli məsələlərdə olduğu kimi, Qərbi Azərbaycana ləyaqətli və təhlükəsiz Qayıdış prosesində də əminəm ki, qadınlarımız Möhtərəm Cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşəcək və tarixi torpaqlarımıza qayıdışda mühüm rol oynayacaqlar”. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:146
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 Mart 2025 08:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see305

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see298

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see295

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see280

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see279

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see273

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see264

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see261

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see261

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see246

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see245

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see234

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see224

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see223

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see220

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see218

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see216

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see209

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see208

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri