Icma.az
close
up
RU
Azərbaycan yeni dünya nizamına nüfuzlu aktor kimi daxil olur

Azərbaycan yeni dünya nizamına nüfuzlu aktor kimi daxil olur

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Münxen konfransı bu reallığın növbəti təsdiqi oldu
Prezident İlham Əliyevin Almaniyaya səfəri və Münxen Təhlükəsizlik Konfransındakı iştirakı qlobal güc mərkəzlərinin transformasiyaya uğradığı, beynəlxalq təhlükəsizlik arxitekturasının yenidən formalaşdığı mürəkkəb bir dövrə təsadüf edir. Müasir geosiyasi şəraitdə yalnız strateji çeviklik nümayiş etdirən və xarici siyasət gündəliyini qətiyyətlə müdafiə edən dövlətlər beynəlxalq arenada əsas oyunçuya çevrilirlər. Bu gün Azərbaycan məhz belə dövlətlərdən biri olduğunu sübut edir.
Demokrat.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Kamran Bayramov Azərbaycan qəzetinə açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin Münxen platformasındakı fəallığı, sadəcə, diplomatik protokol qaydası deyil, ölkəmizin beynəlxalq sistemdə artan siyasi çəkisinin bariz göstəricisidir. Avropa təhlükəsizliyindən tutmuş yeni dünya nizamının qurulmasına qədər ən aktual mövzuların müzakirə olunduğu bu platformada Azərbaycanın səsinin ucalması rəsmi Bakının regional və qlobal proseslərdəki həlledici rolunu təsdiqləyir. Bu uğurun təməlində isə ölkəmizin çoxvektorlu xarici siyasət strategiyası və Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rol dayanır. "Eyni zamanda rəsmi Bakı tranzit təşəbbüslərinin təşviqində yüksək fəallıq nümayiş etdirir. Bunun misalı kimi Xəzər regionu vasitəsilə Asiya və Avropanı birləşdirən Orta dəhlizin inkişaf etdirilməsini və Zəngəzur dəhlizi (TRIPP) layihəsinin həyata keçirilməsini göstərmək olar. Bunlar birlikdə Azərbaycanın Şərq və Qərb arasında strateji əhəmiyyətli logistika mərkəzi kimi əhəmiyyətini artırır. Bu kontekstdə qeyd etmək vacibdir ki, Azərbaycan Respublikası qlobal siyasi aktorlar arasında müstəqil qərar qəbul edən mərkəz kimi tanınır ki, bu da ölkəmizin uzun müddətdir davam etmiş münaqişəyə son qoymasından sonra Cənubi Qafqazda bərqərar olunan faktiki sülhün sayəsində mümkün olub", - deyə deputat əlavə edib.
K.Bayramov qeyd edib ki, bununla əlaqədar digər əhəmiyyətli məqam məhz Bakının sülh gündəliyinin regional təhlükəsizliyin əsas amili olması və 2025-ci il avqustun 8-də Vaşinqtonda tarixi razılaşmaların imzalanması üçün əsas yaradıb. Çünki həmin sənədlər məhz Azərbaycan tərəfinin Cənubi Qafqazda açıq kommunikasiya və qarşılıqlı əlaqə üçün ardıcıl olaraq irəli sürdüyü təşəbbüslərə əsaslanır.
Deputat vurğulayıb ki, Azərbaycan özünün regional sülh gündəliyini beynəlxalq nizamlama formatına çevirib: "Bu fakt xarici oyunçular üçün bir siqnala çevrilib: rəsmi Bakı təhlükəsizlik arxitekturasının inkişafında mühüm yer tutub və sübut edib ki, onun iştirakı olmadan regionda heç bir razılaşma həyata keçirilə bilməz. Nəticədə ölkəmiz siyasi bəyannamələri praktiki fəaliyyətə çevirə bilən bir dövlət kimi nüfuzunu möhkəmləndirib ki, bu da müasir diplomatiyada etibarın əsas meyarlarından biridir. Bu fakt bir daha güclü siyasi liderliyin və aydın şəkildə müəyyən edilmiş milli prioritetlərin mövcudluğunu təsdiqləyir. Bunu Azərbaycan liderinin Münxen konfransı çərçivəsində müxtəlif ölkələrin və qlobal korporasiyaların nümayəndələri ilə görüşləri də sübut edir. Eyni zamanda aparıcı beynəlxalq media orqanlarının, xüsusən də "France 24" Agentliyinin dövlət başçısının beynəlxalq və regional siyasət məsələlərində mövqeyinə diqqət yetirməsi ölkəmizə olan böyük marağın göstəricisidir".
K.Bayramov vurğulayıb ki, builki Münxen konfransı bir daha göstərdi ki, ölkəmizin müəyyənləşdirdiyi reallıq qlobal səviyyədə qəbul edilir: "Azərbaycan dövləti yeni dünya nizamına müşahidəçi kimi deyil, aparıcı aktorlar tərəfindən nəzərə alınan fəal və nüfuzlu iştirakçı kimi inamla inteqrasiya olunur. Ümumilikdə, bu, müstəqil şəkildə mühüm strateji qərarlar qəbul etmək, təhlükəsizliyi təmin etmək və mürəkkəb məsələlərə konstruktiv həllər təklif etmək qabiliyyətinə malik bir ölkəyə hörməti nümayiş etdirir. Bunun əsasını isə sözləri ilə əməlləri həmişə üst-üstə düşən Prezident İlham Əliyevin şəxsi nüfuzu təşkil edir".
K.Bayramov əlavə edib ki, Prezident İlham Əliyevin Münxen konfransında iştirakı qlobal proseslərə inteqrasiya olunmuş, əsas güc mərkəzləri ilə bərabər səviyyədə dialoq apara bilən və geniş Avrasiya gündəliyinin inkişafına töhfə verən Azərbaycanın beynəlxalq imicinin formalaşmasında mühüm elementdir.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:231
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 17 Fevral 2026 09:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri