Azərbaycan yığmasının sabiq futbolçusu Türkiyədə saxlanıldı
Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.
Azərbaycanın 17 (U-17) və 19 (U-19) yaşa qədər futbolçulardan ibarət yığma komandalarının sabiq oyunçusu İsmail Karakaş Türkiyədə saxlanılıb.
Moderator.az haberler.com-a istinadən xəbər verir ki, 26 yaşlı futbolçu Türkiyə futbolunda qanunsuz mərc oyunları ilə bağlı aparılan istintaq çərçivəsində tutulub.
İstanbul Baş Prokurorluğunun açıqlamasına görə, Karakaş da qanunsuz mərc oyunlarında iştirakda təqsirləndirilir. Onun öz komandasının oyunları zamanı rəqib klubun qələbələrinə pul qoyuluşu etməsi barədə şübhələr var.
Karakaş hazırda Türkiyənin dördüncü liqa klublarından olan "Erciyes 38"in üzvüdür. Onun sözügedən klubla müqaviləsinin müddəti gəlin ilin yayına qədərdir.
Xatırladaq ki, Trabzonda dünyaya gələn və Türkiyənin bir neçə klubunda oynamış Karakaş Azərbaycanın U-17 yığmasında 11, U-19 millisində isə 3 görüşdə meydana çıxıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 26 Dekabr 2025 13:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















