Azərbaycan Yüksək Liqası: DH Volley finala vəsiqə qazanıb
Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yarımfinal mərhələsinin cavab matçlarına start verilib.
"Cebheinfo.az" xəbər verir ki, ilk oyun günündə "DH Volley" "Milli Aviasiya Akademiyası" ilə üz-üzə gələcək.
Oyun Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutub.
Qarşılaşma "Milli Aviasiya Akademiyası"nın qələbəsi ilə bitib - 3:2.
Tərəflər arasında ilk qarşılaşmada "DH Volley" 3:0 hesabı ilə qələbə qazandığı üçün "qızıl set" oynanılıb. Burada üstün olan (15:12) "DH Volley" adını finala yazdırıb.
Yarımfinal mərhələsinin digər görüşü aprelin 13-də "Turan" və "Gəncə" kollektivləri arasında keçiriləcək.
Qeyd edək ki, reqlamentə əsasən, yarımfinal mərhələsi ev və səfər prinsipi ilə iki oyundan ibarətdir. Nəticəyə əsasən komandaların qələbə sayı bərabər olarsa, qalibi müəyyənləşdirmək üçün "qızıl set" oynanılır.
Bürünc və qızıl medal uğrunda həlledici qarşılaşmalar isə cəmi bir oyundan ibarət olacaq.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 11 Aprel 2026 21:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















