Gürcüstanda qadınlarla bağlı SƏRT QADAĞA Qərar hazırlanır
Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.
Gürcüstanın hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyası yaxın vaxtlarda parlamentə surroqat analığın qadağan edilməsi ilə bağlı qanun layihəsi təqdim edəcək.
Turkustan.azTASS-a istinadən xəbər verir ki, bu barədə brifinqdə parlament çoxluğunun lideri İrakli Kirtsxaliya məlumat verib.
"Biz Gürcüstanda surroqat analığı qadağan etmək qərarına gəldik. Bu məsələ ilə bağlı Gürcüstan Patriarxlığı ilə fəal əlaqə saxlayırıq və tezliklə parlamentə müvafiq qanun layihəsi təqdim olunacaq. Qərarın əsas səbəbi surroqat analıqla bağlı ciddi etik və hüquqi risklərdir. Xüsusilə insan alveri, qadınların mümkün istismarı və uşaqların hüquqlarının qorunması ilə bağlı narahatlıqlar var", - deyə Kirtsxaliya parlament çoxluğunun iclasından sonra bildirib.
O əlavə edib ki, qanunvericilik aktı "çox tez bir zamanda" qəbul ediləcək.
Parlamentari vurğulayıb ki, surroqat anaların əldə etdiyi iqtisadi qazanc mövcud riskləri və etik məsələləri üstələyə bilməz.
Kirtsxaliyanın sözlərinə görə, son illər Gürcüstanda surroqat analıq xidməti əsl bazara çevrilib və bu da müəyyən risklər yaradır.
O həmçinin qeyd edib ki, surroqat analıq əksər Avropa ölkələrində qadağan olunub./Musavat.com
Baxış sayı:127
Bu xəbər 22 Noyabr 2026 16:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















