Icma.az
close
up
RU
Azərbaycanda 600 min manatlıq nömrə satışa çıxarıldı

Azərbaycanda 600 min manatlıq nömrə satışa çıxarıldı

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

600 min manat. Bu məbləğə Bakıda mənzil, lüks avtomobillər və ya gəlir gətirən kommersiya obyekti almaq olar. Ancaq Azərbaycanda elə dövlət qeydiyyat nişanı var ki, sahibi onu məhz bu qiymətə satmağa çalışır.

Moderator.az bildirir ki, Musavat.com-un Avtopro.az portalında yerləşdirilmiş nömrə elanları üzərində apardığı araşdırma göstərir ki, ölkədə avtomobil nömrələrinin alqı-satqısı artıq kiçik elan bazarı deyil, yüz minlərlə manatlıq dövriyyəsi olan ayrıca biznes sahəsinə çevrilib.

Araşdırdığımız elanlarda ən bahalı dövlət nömrəsi Az 10 MC 010 üçün 600 min manat, baha nömrələr sırasında ən ucuzu isə 80 min manat təşkil edir. Beləliklə, eyni bazarda ən baha və ən ucuz nömrə arasında 520 min manat fərq yaranır. Elanlara baxdıqda ilk diqqət çəkən məqam qiymətlərin adi avtomobil bazarının məntiqini üstələməsidir.

Ən bahalı elanlar bunlardır:

Az 10 MC 010 – 600 000 manat
Az 10 AS 555 – 200 000 manat
Az 99 UD 999 – 185 000 manat
Az 10 TT 222 – 160 000 manat
Az 10 CD 333 – 115 000 manat
Az 10 AA 969 – 110 000 manat
Az 10 ZY 100 – 110 000 manat.

Bundan başqa, Az 10 WW 111, Az 10 BO 010, Az 10 RA 010, Az 10 LJ 100, Az 10 LL 007 kimi kombinasiyalar da 90-105 min manat aralığında satışa çıxarılıb.

Diqqət çəkən başqa bir məqam isə eyni nömrələrin müxtəlif tarixlərdə dəfələrlə satışa çıxarılmasıdır. Məsələn, Az 10 WW 111, Az 10 BO 010 və Az 10 LL 007 nömrələri müxtəlif tarixlərdə təkrar elan edilib. Bu isə göstərir ki, bazarda təsadüfi satıcılardan daha çox, nömrələri alıb-satan şəxslər fəaliyyət göstərirlər.

Bahalı nömrənin sirri nədir?

Qiymətləri müəyyən edən əsas amil eyni rəqəmlərin ardıcıllığıdır. Məsələn, 111, 222, 333, 555, 777, 999. Və ya simmetrik kombinasiyalar - 010, 100, 001; məşhur assosiasiyalar yaradan rəqəmlər – 007;

prestijli hərf birləşmələri və ya psixoloji baxımdan yadda qalan kombinasiyalar nömrə biznesini ayaqda tutur.

Əslində bu bazarda dövlət qeydiyyat nişanı artıq identifikasiya vasitəsi deyil, status simvoluna çevrilib.

Bazar iştirakçılarının sözlərinə görə, belə nömrələri əsasən iri sahibkarlar, premium avtomobil sahibləri, şirkət rəhbərləri, ictimai tanınmış şəxslər və fərqlənmək istəyən imkanlı şəxslər alır. Bəzi hallarda isə məqsəd istifadə deyil, gələcəkdə daha baha satmaqdır. Yəni, dövlət nömrəsi daşınmaz əmlak və ya qızıl kimi investisiya alətinə çevrilir.

Azərbaycanda bahalı kateqoriyasında olan dövlət qeydiyyat nişanlarının qiymətlərini müəyyən edilməsi mexanizmi yayğındır. Qiymət bazarın özü tərəfindən formalaşır. Satıcı istədiyi məbləği yazır, alıcı isə həmin məbləği ödəməyə hazır olub-olmamasına qərar verir. Nəticədə bəzi nömrələr üçün 100 min, 200 min, hətta 600 min manat tələb olunur.

Dünyada qızıla dönən nömrələrlə bağlı vəziyyət necədir?

Avtomobil nömrələrinin alqı-satqısı təkcə Azərbaycana xas deyil. Lakin əksər ölkələrdə bu bazar dövlət tərəfindən tənzimlənir və əsas gəlir büdcəyə yönəlir. Məsələn, Ermənistanda xüsusi tələbat olan dövlət nömrələri Daxili İşlər Nazirliyinin elektron hərrac sistemi vasitəsilə satılır. İstənilən şəxs elektron hərracda iştirak edə bilir. Bu, tam rəsmi və qanunla tənzimlənən mexanizmdir. Hazırda bəzi prestijli nömrələrin başlanğıc qiyməti 10-15 milyon dram - təxminən 25-40 min ABŞ dolları təşkil edir və hərrac zamanı daha da yüksələ bilir.

Gürcüstanda da fərdi və xüsusi kombinasiyalı nömrələr dövlət tərəfindən müəyyən edilmiş rüsumlarla verilir. Burada qiymətlər əsasən inzibati tariflər əsasında formalaşır və Azərbaycandakı kimi yüz minlərlə manatlıq ikinci bazar demək olar ki, yoxdur.

Avropanın ən inkişaf etmiş nömrə bazarı Böyük Britaniyadadır. Burada hər il minlərlə xüsusi nömrə rəsmi hərraca çıxarır. Sonradan həmin nömrələr tam qanuni şəkildə ikinci bazarda da alınıb-satıla bilir. Bəzi nadir kombinasiyalar on minlərlə, hətta yüz minlərlə funt sterlinqə satılsa da, bu satışlar tam şəffaf hərrac mexanizmi ilə həyata keçirilir.

Almaniya, Avstriya, Belçika, Niderland, Polşa və digər Avropa ölkələrində vətəndaş müəyyən rüsum ödəməklə istədiyi boş kombinasiyanı seçə bilir. Lakin burada dövlət nömrəsi adətən spekulyasiya obyektinə çevrilmir və qiymətlər dövlət tərəfindən tənzimlənən inzibati rüsumlarla məhdudlaşır.

Azərbaycan niyə fərqlənir?

Azərbaycan nömrə bazarının əsas özəlliyi ondan ibarətdir ki, burada bahalı nömrələrin dəyəri əsasən ikinci bazarda formalaşır. Yəni dövlət nömrəsi əldə edildikdən sonra fiziki şəxslər tərəfindən daha yüksək qiymətə satışa çıxarılır. Nəticədə ən böyük gəliri çox vaxt dövlət deyil, həmin nömrələri alıb sonradan yenidən satan şəxslər əldə edirlər. Bu isə faktiki olaraq dövlət qeydiyyat nişanları üçün ayrıca kommersiya bazarı yaradıb.

Musavat.com-un araşdırdığı elanlarda rast gəlinən 600 min manatlıq dövlət nömrəsi təxminən 350 min ABŞ dollarına bərabərdir. Bu məbləğ Ermənistanda hərraca çıxarılan bahalı nömrələrin başlanğıc qiymətini dəfələrlə üstələyir. Gürcüstandakı rəsmi tariflərdən onlarla dəfə yüksəkdir. Avropada satılan əksər fərdi nömrələrin qiymətini çox geridə qoyur və yalnız Böyük Britaniyada tarixi və çox nadir nömrələrin rekord hərrac qiymətləri ilə müqayisə oluna bilər.

Azərbaycanda avtomobil nömrələri artıq sadəcə qeydiyyat nişanı deyil. Onlar prestijin, statusun və bəzən investisiyanın göstəricisinə çevrilib. Dünya təcrübəsi göstərir ki, xüsusi nömrələrə maraq hər yerdə var. Lakin Avropa ölkələrinin və Ermənistanda bu bazar dövlət tərəfindən rəsmi hərraclar və şəffaf mexanizmlərlə idarə olunur. Azərbaycanda isə qiymətləri əsasən ikinci bazar müəyyənləşdirir və bu səbəbdən bəzən nömrəsi avtomobilin özündən də bahalı “aktiv”ə çevrilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:59
embedMənbə:https://moderator.az
archiveBu xəbər 07 İyul 2026 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyənin Rusiya Ukrayna danışıqlarında vasitəçilik etməsi mümkündürmü? AÇIQLAMA

07 İyul 2026 12:09see490

Məşhur bloger qızı ilə qəzaya düşdü FOTO

06 İyul 2026 14:44see398

“Tanrım, tanrım, günahlarımın cəzasını çəkirəm!” Artur Konan Doyl

06 İyul 2026 14:32see305

Bankların yay kampaniyaları 2026

07 İyul 2026 11:12see270

Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir

07 İyul 2026 11:45see261

Şuşada Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar adlı beynəlxalq konfrans keçirilir

06 İyul 2026 10:04see229

Bakıda məhbus həbsxanadan qaçdı Əməliyyat keçirilir

07 İyul 2026 16:59see220

Ülfət çimərlik geyimində fotolarını paylaşdı

07 İyul 2026 02:03see213

Legioneri “Səbail”dən ayrıldı

07 İyul 2026 02:03see206

Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul başlayır

06 İyul 2026 17:54see193

Bu məhsullarla bağlı sosial şəbəkələrdəki tövsiyələrə İNANMAYIN!

07 İyul 2026 02:40see189

Cozef Aun ABŞ ni İsrailin Livandan çıxmasını sürətləndirməyə çağırdı

07 İyul 2026 00:43see185

Qalibaf: İrana hücum edənlər cəzalandırılacaq

07 İyul 2026 03:33see185

Gecələr yata bilmirəm, nə etməliyəm?

06 İyul 2026 23:33see182

Rutte: NATO ölkələri Ankara sammitində on milyardlarla dollar dəyərində müqavilələr imzalayacaqlar

07 İyul 2026 06:09see181

Müəllim də repetitor yanına hazırlığa gedir VİDEO

07 İyul 2026 09:15see180

RF nin Ukraynadakı Azərbaycan mülkiyyətinə hücumları Moskva körpüləri yandırır

07 İyul 2026 18:16see173

“Bəzi sahələrdə diplom və sertifikata ehtiyac qalmayacaq” ​Ekspert

06 İyul 2026 22:05see166

Tut yeməyin faydaları

07 İyul 2026 04:21see162

Ərdoğan Miçotakisi elə bir marşla qarşıladı ki... Video

08 İyul 2026 00:28see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri