Icma.az
close
up
RU
Azərbaycanda 72 yeniyetmə qız abort etdirdi Günahı kimdə axtarmalıyıq?

Azərbaycanda 72 yeniyetmə qız abort etdirdi Günahı kimdə axtarmalıyıq?

Icma.az, Kulis.az portalına istinadən məlumat verir.

Kulis.az Günel Novruzun yeni yazısını təqdim edir.
İndiyədək adətən ədəbiyyatla, sənətlə və münasibətlərlə bağlı mövzulardan yazmışam.
Mediada qarşıma ağrılı bir statistika çıxanda bir daha anladım ki, həyat təkcə ədəbiyyat, incəsənət və romantikadan ibarət deyil, onun quruca rəqəm kimi görünən qanlı alt tərəfi də var.
Rəsmi statistikaya görə, 2024-cü ildə Azərbaycanda 15-17 yaş arası 72 yeniyetmə abort etdirib.
72 nəfər bir universitet auditoriyası dolusu qız deməkdir. Amma bu yeniyetmə qızlar bu və ya digər səbəbdən ali məktəb auditoriyasını deyil, təhlükəli abort stolunu seçiblər. Əlbəttə, abort tibbi prosedurdur və bəzən zərurət olur. Amma bu yaşda? Bu qədər erkən və bu qədər çox? Bəs niyə? Niyə bu qədər yeniyetmə “qadın olmağa” məcbur olub?
İlk baxışda bu, tibbi prosedurların sayı kimi görünə bilər, amma bu rəqəmin arxasında 144 valideynin laqeydliyi, bəlkə, bir o qədər müəllim etinasızlığı (bəzən də savadsızlığı) və eyni sayda da kişi məsuliyyətsizliyi dayanır.
Çünki ilk növbədə evdə, ailədə valideynlər övladlarına sevgi verməyiblər, yaşlarının böhranlı keçid dövrünü yaşayan bu tifillər də küçədə, bayırda hər üzlərinə güləni, saçlarına sığal çəkəni sevgili yar sanıb sonda da bətnlərində günah yükü ilə təmtək ortada qalıblar. Bəzi yüklər isə təkbaşına daşına bilən bir şey deyil, mütləq atılmalıdır...
Bu uşaqların çoxunun evində anası da var, atası da. Amma valideynin birinin işi başından aşır, birinin telefonu əlindən düşmür. Valideyn qayğısı da bir nöqtədən sonra mexaniki hala gəlib: yemək, geyim, məktəb... Amma bu qızların ehtiyacı sadəcə anlaşılmaq və güvəndir.

Azərbaycan ailələrində də, məktəblərində də hələ də cinsi tərbiyə mövzuları tabudur. Bəzi müəllimlərin etinasızlığı və savadsızlığından danışanda da bunu nəzərdə tuturam. Hələ də əksər məktəblərin 9-cu sinfində uşaqlara anatomiya dərsində cinsi orqanlar və reproduktiv mövzu keçiləndə bir sıra müəllimlər üzlərində saxta utanma və “ayıblama” hissi ilə dərsliyi qapadıb “evdə özünüz üçün oxuyarsınız” deyir. 21-ci əsrin ilk rübünü bitirdiyimiz bir dövrdə! Evdə “özü üçün” oxuyan yeniyetmələr sonra təhükəli abort stolunda özlərini tapırlar. Halbuki elə həmin mövzuları lazımi qaydada tədris etsələr, yeniyetmələri cinsi tərbiyəvi maarifləndirər, erkən və “qorunmayan” cinsi əlaqənin nə ilə nəticələnə biləcəyinin fəsadlarını uyğun dillə izah edə bilərlər. Amma biz hələ də hər şeyi palaz altına süpürmək dərdindəyik.
Deyim ki, elə yeniyetmə abortu mövzusu da, əslində, cəmiyyətdə üstündən istehzalı sükutla, “göz-qaş oynatması” ilə keçilən mövzulardandır. Amma bunun cəmiyyət tərəfindən damğalanması, ayıb, günah məsələsi hələ bir tərəfə, tibbi və sağlamlıq baxımından təhlükəli cəhətini heç dilə gətirmirlər. Abort hətta yetkin qadında belə müəyyən fəsadlar yaradan, uzunmüddətli müalicə və bərpa dövrü tələb edə ağır tibbi prosedurdur, o ki qala 15-17 yaşında bədəni hələ uşaqlıqla - gəncliyin sərhədində olan bir yeniyetmə üçün!
15-17 yaşlı qızları qadın məsləhətxanalarına məcburi “aparan” səbəblər arasında onlarla münasibət quran pedofillərin varlığından isə sakitcə yazaraq keçmək olmur. Yeri gəlmişkən, Qazaxıstanda pedofilləri kimyəvi axtalamağa hazırlaşırlar, düşünürəm ki, Azərbaycan reallığında da belə bir qanun qüvvəyə minsə, yəqin ki, yeniyetmə abortlarının sayının dəfələrlə azalmasına gətirib çıxarar. Madam ki, bəzi pedofil kişilər hansısa gənc bir qızın həyatının məsuliyyətini başları ilə düşünə bilmirlər, onda problemi yaradan “səbəbi” kimyəvi yolla ləğv etmək lazımdır...
Məktəblərdə cinsi tərbiyə dərsi yoxdur. Məktəb psixoloqu var, amma formal olaraq... Uşaq dərdini danışsa, məktəb ailəyə şikayət edir, ailə qızı dinləməkdənsə döyüb susdurmağa çalışır. Hamı qorxur - biri işini itirməkdən, biri “namusunu”, biri ad-sanını... Bütün bu qorxuların ortasında neyləyəcəyini bilməyən yeniyetmənin “itkisi” isə ən real və ağrılıdır - həm fiziki, həm psixoloji sağlamlığı, hətta bəlkə gələcəkdə bir daha ana ola bilməməsi...
Telefonlar, sosial media, TikTok – bu gün bir çox yeniyetmənin tək müəllimi, tək etibar etdiyi “dost”udur. Ailələrdə hələ də “bu mövzular danışılmaz”, “ayıbdır”, “camaat nə deyər?” düşüncəsi hökm sürür. Amma danışılmayan hər şey internetdən öyrənilir – təhrif olunaraq, zəhərlənərək. Virtual dünyada “trend” olan davranışlar real həyatda geri dönüşü olmayan nəticələr doğurur. Ortada başqa bir acı reallıq da var: Qız uşağı səhv edərsə, ləkə sayılır. Oğlan səhv edərsə, “kişi oldu” deyilir.
Ailələrdə qızlar qorxu içində, oğlanlar isə məsuliyyətsizliklə böyüdülür. Yeniyetmə qız qorxudan aborta gedir, vaxtilə “kişidir, neyləsə yeridir” psixologiyası ilə böyüdülən kişi də məsuliyyətdən qaçır.
Səbəbləri də dedik, nəticə də ortadadır - 72 nəfər... Nə qədər ki, bu sadalanan səbəblər aradan qaldırılmayacaq, nəticə artmağa davam edəcək, getdikcə sadəcə bir auditoriya deyil, universitet dolusu qızları itirəcəyik... Gələcəyin analarını, gələcəyin özünü...

Tanınmış aktyor vəfat etdi "Heç İsa da bəşəriyyətə mənim qədər ağuşunu açmamışdı" - Fernando Pessoanın poeması Əlisəmid Kür Respublika Klinik xəstəxanasına köçürüldü - Vəziyyəti ağırdır
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://kulis.az
archiveBu xəbər 14 Oktyabr 2025 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see209

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see206

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see197

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see186

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see176

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see172

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see168

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see159

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see153

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see150

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see150

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see149

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see143

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see142

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see142

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see134

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see132

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri