Icma.az
close
up
RU
Azərbaycanda bakalavr pilləsi “natamam təhsil” sayılır? Deputat İZAH ETDİ

Azərbaycanda bakalavr pilləsi “natamam təhsil” sayılır? Deputat İZAH ETDİ

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanda ali təhsil pillələrinin hüquqi statusu ilə bağlı sosial şəbəkələrdə və ekspert dairələrində müzakirələr aparılır. Mövzu bakalavr dərəcəsinin “tam ali təhsil” sayılıb-sayılmaması üzərində cəmlənib.

Bir qrup şəxs hesab edir ki, yalnız magistratura pilləsini tamamlayan məzunlar “tam ali təhsilli” sayılmalıdır. Onların arqumentinə görə, bəzi dövlət və özəl qurumlarda vakansiya tələblərində magistr diplomuna üstünlük verilməsi bu yanaşmanı gücləndirir.

Digər tərəf isə bildirir ki, Azərbaycan qanunvericiliyi bakalavr səviyyəsini açıq şəkildə tam ali təhsil kimi tanıyır. “Təhsil haqqında” qanunda ali təhsilin ilk pilləsi məhz bakalavr dərəcəsi olaraq qeyd edildiyindən, bu dərəcənin “natamam” sayılması hüquqi əsas daşımır.

Mövzu ilə əlaqədar Modern.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Mehriban Vəliyeva qeyd edib ki, Azərbaycan Respublikasının Təhsil Qanununda ali təhsil pilləsinin səviyyələri, onların mahiyyəti və hüquqi statusu açıq şəkildə müəyyən edildiyi üçün bakalavr dərəcəsinin “natamam” hesab olunması ilə bağlı cəmiyyətdə mövcud olan bəzi yanlış təsəvvürlər hüquqi müstəvidə əsassızdır. 

Onun sözlərinə görə, dünya ölkələrində təhsil müddətinin qısaldılması fonunda yerli təcrübədə bakalavr səviyyəsinin yenidən “natamam” hesab olunması qanuna əsasən mümkün deyil:

“Təhsil Qanununun 22.3-cü maddəsi çox aydın ifadə ilə bildirir ki, bakalavriat təhsili başa çatmış ali təhsildir. 1.0.7-ci maddəyə görə, Bakalavr – bakalavriatı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsidir.
Bu maddələr göstərir ki, bakalavr dərəcəsi müstəqil və tam ali təhsil səviyyəsidir. Təhsilinmüddətinin hansı ölkədə neçə il olması (3 il, 4 il və ya 4+1 modeli) bu statusu dəyişmir və dəyişə də bilməz. Ona görə də qlobal tendensiyalar fonunda belə bakalavr dərəcəsinin “natamam” elan edilməsi hüquqi cəhətdən qətiyyən mümkün deyil”.

Qeyd edək ki, dünyanın əksər ölkələri bakalavr dərəcəsini tam ali təhsil kimi tanıyır və bu, beynəlxalq akademik standarddır. ABŞ-də ali təhsilin əsas səviyyəsi "Bachelor’s Degree" sayılır. Əksər dövlət qurumları və şirkətlərdə bakalavr “full higher education” statusundadır. Magistratura isə ixtisaslaşma və elmi dərinləşmə mərhələsidir. Türkiyədə lisans dərəcəsi tam ali təhsil hesab olunur. Magistratura “yüksek lisans” adlanır və əlavə ixtisaslaşma mərhələsidir. Dövlət vakansiyalarında lisans diplomu standart tələblərdən biridir.

Avropa İttifaqı ölkələrində boloniya prosesi çərçivəsində bütün ölkələrdə bakalavr dərəcəsi ali təhsilin tam səviyyəsi kimi rəsmən qəbul edilir.

Mehriban Vəliyeva vurğulayıb ki, əgər belə müzakirə yaransa belə, sözügedən müzakirələr yalnız sosial və psixoloji faktorlarla bağlı ola bilər, lakin heç bir hüquqi əsas daşımır:

“Qanunda magistratura ali təhsilin ikinci səviyyəsikimi müəyyən edilib (1.0.34-cü maddə). Magistratura – ali təhsilin ikinci səviyyəsidir. Lakin bu, bakalavrın natamam olduğunu deyil, sadəcə əlavə ixtisaslaşma mərhələsi olduğunu göstərir. Magistr dərəcəsinin verilməsi qaydası barədə 22.4-cü maddə açıq şəkildə sübut edir ki, magistratura elmi tədqiqat, peşəkar və elmi-pedaqoji fəaliyyət üçün daha dərindən hazırlıqdır. Deməli, magistratura təhsili baza təhsilinin davamı kimi yox, yalnız müəyyən ixtisaslaşmaya ehtiyac olan sahələr üçün nəzərdə tutulur”.

Millət vəkili onu da əlavə edib ki, yerli təcrübədə bəzən bakalavr pilləsinin “natamam” kimi dəyərləndirilməsi yanaşmasının qanuni əsası yoxdur:

“Bu yanlış təsəvvürün yaranma səbəbləri hüquqi deyil, sosial xarakterlidir. Nümunə olaraq, müəyyən sahələrdə işəgötürənləri magistr dərəcəsinə üstünlük verməsi və s.

Lakin bunların heç biri qanunda bakalavr dərəcəsinə verilən statusu dəyişmir. Qanunda açıq şəkildə qeyd olunur ki, bakalavriat səviyyəsində genişprofilli ali təhsilli mütəxəssislər hazırlanır (Təhsil Qanunu, 22.3). Bu, bakalavrın tam hüquqlu mütəxəssis kimi qəbuledildiyini göstərir.

Həmçinin eyni maddədə deyilir ki, bakalavrların əmək fəaliyyəti sahəsi… elmi-pedaqoji fəaliyyət istisna olmaqla, bütün digər sahələri əhatə edir. Bu da bakalavr dərəcəsinin tam ali təhsil və tamhüquqlu mütəxəssis hazırlığı olduğunu bir daha təsdiqləyir. Yerli mühitdəki natamamlıq təsəvvürü isə qanuni deyil, yalnız tarixi-sosial stereotiplərin nəticəsidir”, - deyə M.Vəliyeva fikrini tamamlayıb. 

Beləliklə, beynəlxalq təcrübə, dünya ali təhsil sistemi göstərir ki, bakalavr proqramı çox ölkədə ali təhsilin tam ilk pilləsi kimi qəbul edilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://modern.az
archiveBu xəbər 24 Noyabr 2025 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see756

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see226

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see155

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see143

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see137

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see137

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see136

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see136

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see133

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see130

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri