Icma.az
close
up
RU
Azərbaycanda banklar vətəndaşlardan üz döndərir SƏBƏBLƏR

Azərbaycanda banklar vətəndaşlardan üz döndərir SƏBƏBLƏR

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son aylarda bank sektorunda dəyişiklik hiss edilir. Bir vaxtlar əmanətçilər üçün yüksək faizli təkliflər, kart sahibləri üçün “cashback” kampaniyaları, lotereyalar və bonuslar banklar arasında amansız rəqabət yaradırdı. Hər bank müştərini cəlb etmək üçün daha cəsarətli, daha kreativ addımlar atırdı.

İndi isə sanki bütün bu dinamika tormozlanıb. Kampaniyalar səngiyib, faizlər aşağı düşüb, “cashback”lər ləğv olunub, kart komissiyaları isə artıb.

Bankların bu addımı ictimaiyyət arasında suallar doğurur: nəyə görə banklar artıq müştərini qazanmaqda maraqlı deyillər? Banklar niyə vətəndaşlardan üz döndərirlər?

Mütəxəssislərin fikrincə, bu vəziyyət görünən tərəfdən sakitlik, dərinlikdə isə ciddi transformasiya prosesinin nəticəsidir.

Azərbaycan bank sektorunda hazırda rəqəmsallaşma və birləşmə mərhələsi yaşanır. Kiçik bankların böyük maliyyə qurumları tərəfindən udulması, əməkdaş sayının azaldılması və idarəetmədə yeni modelə keçid prosesi gedir. 

Dəyişikliyi ən çox sadə müştərilər hiss edir. Əmanət faizlərinin azalması, kreditlər üzrə şərtlərin dəyişməsi, komissiya haqlarının artması, bank xidmətlərinin “soyuqlaşması” vətəndaşlar arasında müzakirələrə səbəb olub. Ekspertlər bildirirlər ki, bu dəyişikliklər təsadüfi deyil, banklar artıq əsas gəliri faizlərdən deyil, xidmət haqlarından formalaşdırmaq istəyirlər. 

Modern.az mövcud durumu, onun səbəblərini və çıxış yollarını öyrənmək üçün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Müşfiq Cəfərov, iqtisadçı Əkrəm Həsənovun fikirlərini öyrənib.

Banklar rəqabətlilik və davamlılıq üçün banklar faizlərin dərəcələrinə yenidən nəzər salmalıdır

Müşfiq Cəfərov bildirib ki, son illər bəzi banklar ya ləğv edilib, ya da digər bir bankın tərkibinə keçib:

“Lizensiyası ləğv edilən banklar uzun müddətdir ciddi bir fəaliyyətlə məşğul deyildi. Onların fəaliyyətinin dayanması sadəcə zaman məsələsi idi. Ümumilikdə bank sektorundakı son ikinci rübün nəticələri elan edildikdən sonra aydın olur ki, hansı banklar ilk yarımillikdən mənfəətlə, hansılar zərərlə çıxıb. Bir neçə bankın da göstəricisi yaxşı deyildi. Likvidlik probleminin yaşanmamasını, kreditləşmənin daha da sürətlənməsini, əsasən istehlak və ipoteka kreditlərinin artımını nəzərə alsaq, görünən  odur ki, bank sistemində elə ciddi bir problemin olduğunu demək mümkün deyil.

Bankların subyektiv maraqlar çərçivəsində idarə edilməsi, korporativ idarəetmə modelinin idarəetmədə geniş tətbiq edilməməsi, kiçik banklar olması, eyni zamanda portfelin zəif şaxələnməsi, məsuliyyətsiz kreditləşmə kimi məsələlər bankları həm etibarsızlaşdırır, həm də zəiflədir. Düzdür, qeyri-məsuliyyətli kreditləşmə dünyada da bank sektorunda müşahidə olunan prosesdir”.

Deputat qeyd edib ki, növbəti 10 ildə bank sektorunda çalışanların sayı bu günlə müqayisədə 80 faizə yaxın azalacaq:

“Bankların bağlanması təbii olaraq, cəmiyyətdə təşviş havası yarada bilər. Ona görə də, əslində Mərkəzi Bank bankların bağlanması yolunu tutmaq istəmir. Çıxış yollarından biri kimi, iri banklar tərəfindən kiçik bankların idarəetməsinin alınması, ya ümumiyyətlə böyük banklar tərəfindən onların alınması prosesi baş verə bilər. Əvvəlcə zərərlə işləyən bankların gəlirlərini, xərclərini, borclarını, öhdəliklərini öyrənirlər ki, hansı banklarda vəziyyət necədir. Bu nəticələr əldə olunduqdan sonra o banklarla bağlı müəyyən qərar verilir.

Son illər iqtisadiyyatın bütün sahələrində - xüsusilə bank sektorunda rəqəmsallaşma prosesi gedir. Bu prosesdir, davam edir və edəcək. Növbəti 10 ildə bank sektorunda çalışanların sayı bu günlə müqayisədə 80 faizə yaxın azalacağı reallıqdır. Bütün bunların fonunda kiçik bankların lisenziyasının ləğvi və ya böyük banklar tərəfindən udulması normaldır. Amma ümumillikdə Azərbaycanda bankların faiz dərəcəsi əhalinin gəlirlər göstəriciləriylə üst üstə düşmür. Mən düşünürəm ki, rəqabətlilik və davamlılıq üçün banklar faizlərin dərəcələrinə yenidən nəzər salmalıdır”.

"Banklar mütləq deyil ki, müflisləşsin, digər banklara birləşə də bilərlər"

Ekspert Əkrəm Həsənovun sözlərinə görə, Mərkəzi Bank problemi olan banklara haqlı olaraq sanksiyalar tətbiq edir:

“Bütövlükdə hesab edirəm ki, bank sistemi indi nisbətən sabit və dayanıqlıdır. Yəni elə bir ciddi problemlər yoxdur. Digər tərəfdən bəzi banklara sanksiyalar tətbiq olunur. Bu proses də kifayət qədər şəffafdır. Mərkəzi Bankın keçmiş rəhbərliyi belə sanksiyalar olanda ictimaiyyətə məlumat vermirdi. Qanunla bu məlumat verilməydi. İndi bu barədə məlumatlıyıq. Hər halda bu banklarda hansısa problemlər var ki, Mərkəzi Bank da onlara məhdudiyyətlər tətbiq edir. Amma  bu o demək deyil ki, həmin banklar müflisləşməlidir.  Ola bilər ki, səhmdarları həmin banklara əlavə vəsait qoysun və ya onlar digər banklarla birləşsinlər. Hər halda söhbət elə də böyük banklardan getmir. Yəni bu banklar ümumilikdə bank sisteminin vəziyyətinə ciddi təsir edə bilmir. Ona görə də elə ciddi problem olmayacaq”.

Ə.Həsənov vurğulayıb ki, bankların siyasətində “soyuqlaşma” olmadığını düşünür:

“Cashback”in ləğvi, komissiyaların artırılması, əslində, ədalətin bərpasıdır. Ona görə ki, əvvəllər bizdə bank krediti üzrə faizlər çox yüksək idi, amma bank komissiyaları ya yox idi, ya da çox aşağıydı. Halbuki orada da bank xidmət göstərir və bu xidmətinə görə həm xərcləri bağlamaq, həm də qazanc götürmək üçün pul almalıdır. Banklar bütün gəlirlərini borcalanın üstünə yükləmişdi. Bu da ədalətsiz idi.  Son illər kreditlər üzrə faizlər enib və banklar həmçinin faizdən itirdikləri gəliri,  indi komissiya haqlarına yönəldirlər. O cümlədən “cashback” vermirlər. Çünki artıq müştəri qazanıblar. Xarici təcrübəyə də baxsaq, orada da belədir. Xaricdə banklar daha çox komissiyadan qazanırlar, nəinki bank kreditindən. Amma əlbəttə, problemli kreditlər artır. Məhz bu məsələ təhlükə yarada bilər”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:287
embedMənbə:https://modern.az
archiveBu xəbər 14 Oktyabr 2025 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri