Icma.az
close
up
RU
Azərbaycanda bəzi hallarda cinayət məsuliyyəti aradan qalxır Qanun nə deyir? VIDEO

Azərbaycanda bəzi hallarda cinayət məsuliyyəti aradan qalxır Qanun nə deyir? VIDEO

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Cinayət məsuliyyəti hüquqi məsuliyyətin ən ağır növü olub, cinayət törətmiş şəxsin dövlət adından məhkum edilməyə, cəza çəkməyə və bununla bağlı yaranan hüquqi məhdudiyyətlərə məruz qalmaq vəzifəsidir.

Moderator.az bildirir ki, Oxu.az-ın "Qanun nə deyir?" rubrikasının bugünkü mövzusu şəxsin hansı hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməməsi ilə bağlıdır.

Cinayət Məcəlləsinin müvafiq maddəsinə görə, cinayət törədildiyi gündən aşağıda müəyyən edilən müddətlər keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz:

- böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə;

- az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə;

- ağır cinayətin törədildiyi gündən on iki il keçdikdə;

- xüsusilə ağır cinayətin törədildiyi gündən iyirmi il keçdikdə.

Müddətlər cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə hər bir cinayətə görə müddət müstəqil hesablanır.

Cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddət dayanır. Bu halda müddət həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur.

Ömürlük azadlıqdan məhrumetmə növündə cəza nəzərdə tutulan cinayəti törətmiş şəxs barəsində müddətin tətbiq olunması məsələsi məhkəmə tərəfindən həll edilir. Məhkəmə müddətin keçməsi ilə bağlı bu şəxsin cinayət məsuliyyətindən azad olunmasını mümkün hesab etmədikdə həmin şəxsə ömürlük azadlıqdan məhrumetmə növündə cəza təyin edə bilməz.

Məcəllənin müvafiq maddələrində nəzərdə tutulmuş sülh və insanlıq əleyhinə cinayətlər, terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi və müharibə cinayətləri törətmiş şəxslərə bu maddənin müddəaları tətbiq olunmur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:197
embedMənbə:https://moderator.az
archiveBu xəbər 14 Sentyabr 2026 08:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see401

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see379

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see358

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see344

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see340

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see318

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see301

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see232

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see225

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see221

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see220

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see215

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see210

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see204

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see204

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see201

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see201

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see201

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri