Icma.az
close
up
RU
Azərbaycanda bu magistral yol genişləndirilir FOTO

Azərbaycanda bu magistral yol genişləndirilir FOTO

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Böyük İpək yolu”nun tərkib hissəsi olan Bakı–Ələt–Qazax–Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 130 kilometrlik Gəncə–Qazax–Gürcüstan sərhədi hissəsinin 4 hərəkət zolağına genişləndirilməsi layihəsinin icrası uğurla davam etdirilir və artıq yekunlaşma mərhələsindədir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Bizim Media-ya bildirilib ki, layihəyə əsasən yol yatağının ümumi eni 27,5 metr təşkil edir. Magistral yol hər birinin eni 3,75 metr olan 4 hərəkət zolağından ibarətdir.
Magistralın Gəncə–Qazax–Gürcüstan sərhədi hissəsində tikinti işləri 3 lot üzrə həyata keçirilir. 1-ci və 2-ci lotlar, eləcə də 3-cü lotun bir qismi üzrə işlər tam başa çatdırılıb və 2023-cü il avqustun 7-də Prezident İlham Əliyev ümumi uzunluğu 102 kilometr olan Gəncə–Qazaxbəyli hissəsinin açılışında iştirak edib.
Məlumata əsasən, “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində yenidən qurulan 1b texniki dərəcəli yolun bu hissəsində 67 altkeçid, 19 qovşaq və 17 körpü (ümumilikdə 36 ədəd) tikilərək istifadəyə verilib.
Hazırda tikinti işləri magistralın sonuncu 28 kilometrlik Qazaxbəyli–Gürcüstan sərhədi hissəsində – layihənin 102.2–130.150-ci kilometrliyində – son mərhələdə olmaqla davam etdirilir. Bu hissə boyunca (km 102–130.150) 4 yol qovşağı və ötürücüsü, 2 çay körpüsü, 15 yeraltı keçid, 13 düzbucaqlı su keçidi, 68 dairəvi suötürücü boru inşa edilib. Layihəyə uyğun olaraq zəruri yerlərdə 28 avtobus dayanacağı quraşdırılıb.
Hazırda ərazidə işıqlandırma sistemi qurulur, zəruri sahələrdə drenaj beton kanalları çəkilir və təhlükəsizlik bordürlərinin düzülməsi işləri aparılır.
Tikinti prosesi magistral avtomobil yolunda vətəndaşların hərəkətini dayandırmadan, “İnşaat Norma və Qaydaları”na uyğun şəkildə və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nəzarəti ilə keyfiyyətlə icra olunur.
Uzunluğu 130,15 kilometr olan Gəncə–Qazax–Gürcüstan sərhədi yolunun 4 zolağa genişləndirilməsi və sürət limitinin yüksəldilməsi nəticəsində vətəndaşların daha rahat və təhlükəsiz hərəkəti təmin olunacaq. Bundan əlavə, yolun iri yaşayış məntəqələrindən kənar keçməsi həm əhalinin, həm də sürücülərin təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir.
Bakı–Qazax–Gürcüstan sərhədi magistral yolu beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycandan keçən əsas hissələrindən biri olmaqla, Avropa–Asiya və Yaxın Şərq ölkələri arasında, eləcə də respublika daxilində nəqliyyat əlaqələrinin inkişafında xüsusi rol oynayır.
Layihə tam başa çatdıqdan sonra Şərqdən Qərbə və əks istiqamətdə “Böyük İpək yolu”nun Azərbaycandan keçən bu hissəsi Avropa ilə Asiya arasında beynəlxalq və daxili yükdaşımaların artırılmasına mühüm töhfə verəcək.






Bizim Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://bizim.media
archiveBu xəbər 18 Noyabr 2025 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri