Icma.az
close
up
RU
Azərbaycanda büdcə ssudasını Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu bağlayacaq

Azərbaycanda büdcə ssudasını Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu bağlayacaq

Icma.az, Baku.ws portalına istinadən məlumat verir.

Dövlət büdcəsindən verilən büdcə ssudalarının həmin ssudaları alan təşkilatlar tərəfindən geri qaytarılmaması halında qeyd olunan ssudaların Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu hesabına bağlanılması (ödənilməsi) nəzərdə tutulur.

BAKU.WS xəbər verir ki, bununla bağlı "Dövlət borcu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi təklif edilir.

Dəyişiklik təminat Fondunun yalnız dövlət borcu və zəmanəti üzrə öhdəliklərin yerinə yetirilməsi ilə deyil, həm də qaytarılmayan büdcə ssudalarının əvəzinin ödənilməsi ilə bağlı daha çevik bir alətə çevrilməsinə imkan yaradacaqdır.

Eyni zamanda layihədə "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanun layihəsinin hazırlanması ilə əlaqədar uyğunlaşdırılmaların aparılması məqsədilə Təminat Fondunun mənbələri ilə əlaqədar düzəliş təklif olunub.

Qeyd edilib ki, "Büdcə sistemi haqqında" qanunun 1.1.13- cü maddəsinə uyğun olaraq dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə, yerli büdcələrə, büdcə təşkilatlarına, dövlət adından yaradılan publik hüquqi şəxslərə və dövlət büdcəsindən maliyyə yardımı alan digər hüquqi şəxslərə büdcə ili ərzində ən geci verildiyi büdce ilinin sonunadək qaytarılmalı olan büdcə ssudaları ayrılır.

Mövcud qanunvericiliyə əsasən dövlət büdcəsindən ayrılmış büdcə ssudalarının vaxtında geri qaytarılması həmin ssudanı alan təşkilatların öhdəliyindədir. Lakin təcrübədə bu vəsaitlərin təşkilatlar tərəfindən geri qaytarılmasında bir sıra problemlər müşahidə olunmaqdadır.

Vurğulanıb ki, sözügedən layihə də məhz bununla əlaqədar büdcə ssudalarının vaxtında dövlət büdcəsinə geri qaytarılması mexanizminin formalaşdırılması məqsədilə hazırlanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://baku.ws
archiveBu xəbər 21 İyun 2025 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton görüşü nə vəd edir?

07 Avqust 2025 01:26see288

Okeanın möcüzəsi ilə bağlı PROBLEM: Dünyanın ən böyük mərcan rifinin üçdəbiri yox olub

07 Avqust 2025 05:01see234

ABŞ ın iddiası çox böyükdür

08 Avqust 2025 15:21see230

Həzm problemlərinin qarşısını necə almaq olar? Ekspert rəyi

07 Avqust 2025 01:02see213

Çempionlar Liqası: Fənərbaxça Feyenoord a məğlub oldu

07 Avqust 2025 01:03see150

Şəmkirdə dəhşətli qəzada ölənlərin kimliyi açıqlandı

07 Avqust 2025 09:21see139

Gündə cəmi bir kolbasa 11 xəstəlik riski yaradır Həkimdən ciddi xəbərdarlıq

07 Avqust 2025 04:05see137

Oskar ödüllü məşhur aktyora ağır itki üz verdi

07 Avqust 2025 01:55see129

“Bolqarıstana sərfəli nəticə qazanmaq üçün gəlmişik” Sekidika

07 Avqust 2025 01:14see123

Gömrük biznes dialoqu çərçivəsində növbəti görüş keçirilib

07 Avqust 2025 16:35see121

Uşaqlara GTA oynamaq qadağan ediləcək

07 Avqust 2025 01:24see121

Hindistandan Trampın qərarına: Ədalətsizdir!

07 Avqust 2025 01:37see117

Əfsanədən onun şıltaqlığına reaksiya

07 Avqust 2025 07:16see117

Onlar da “Kızılcık Şerbeti”nə qatılır

07 Avqust 2025 04:55see117

Klyuçev sopkası püskürdü

07 Avqust 2025 08:30see116

Səbrli ol, Strukan!

07 Avqust 2025 18:31see116

İnsanlarda kəskin baş ağrılarının artmasının SƏBƏBLƏRİ

07 Avqust 2025 02:02see116

Mən Putinlə tezliklə görüşə bilərəm Tramp

07 Avqust 2025 10:54see113

Mina təhlükəsi ən aktual problemlərdəndir

07 Avqust 2025 09:47see112

İrandan “Hizbullah”a dəstək

07 Avqust 2025 04:49see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri