Icma.az
close
up
RU
Azərbaycanda Çin maşınlarının sayı kəskin artıb ən çox yayılan MODELLƏR

Azərbaycanda Çin maşınlarının sayı kəskin artıb ən çox yayılan MODELLƏR

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Son illərdə Azərbaycanda Çin istehsalı avtomobillərin sayı sürətlə artmaqdadır.

Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2022–2024-cü illər ərzində bu markaların ölkə bazarındakı payı nəzərəçarpacaq dərəcədə genişlənib.

2024-cü ilin yekunlarına əsasən, Azərbaycanda ümumilikdə 26 min 400-dən çox Çin istehsalı minik avtomobili qeydiyyata alınıb.

Ən çox yayılmış modellər sırasında "Changan" (8 950 ədəd), BYD (4 083) və "Chery" (3 095) öndə gedir. Bundan başqa, "Geely" (2 482), "Haval" (2 655), "Baic" (1 842) və FAW (1 114) kimi markaların da sayı minlərlə ölçülür. Nisbətən az paya malik modellər isə "Dong Feng" (557), "Great Wall" (885), GAC (549) və JAC (258) olub.

"Changan" sayı son illərin ən sürətlə artan markadır. 2022-ci ildə bir neçə min olan bu avtomobillərin sayı 2024-cü ildə 8 950-yə çatıb.

Elektrik və hibrid seqmentində tanınan BYD 2022-ci ildə 929 ədəd olduğu halda, 2024-də 4 083-ə yüksəlib.

Azərbaycanda Çin avtomobillərinin ümumi avtomobil parkındakı payı 2022-ci ildə 1,1%, 2023-cü ildə 1,37%, 2024-cü ildə isə 1,67% olub.

Ümumilikdə, 2022–2024-cü illərdə Azərbaycanda Çin istehsalı avtomobillərin sayı dəfələrlə artıb. Ənənəvi olaraq Koreya, Yaponiya və Avropa istehsalı avtomobillərin üstünlük təşkil etdiyi yerli bazarda artıq Çin markalarının da mövqeyi möhkəmlənməkdədir.

Qlobal tendensiyalar da bu artımı dəstəkləyir. Çin şirkətləri son illərdə xüsusilə elektrik və hibrid avtomobillərin istehsalında dünya liderinə çevrilib və ixrac bazarlarında mövqelərini gücləndiriblər. Ekspertlərin fikrincə, yaxın illərdə Azərbaycanın avtomobil parkında Çin markalarının payı daha da artacaq.

Mütəxəssislərin fikrincə, Azərbaycanda Çin avtomobillərinə artan marağın bir neçə əsas səbəbi var. İlk növbədə, bu markaların qiymət baxımından daha əlçatan olması alıcıları cəlb edir. Bundan başqa, elektrik və hibrid modellərin çeşidinin genişliyi müasir tendensiyalara uyğun seçim imkanı yaradır. Çin şirkətləri həm də avadanlıq və texnologiya baxımından zəngin komplektasiya təklif edir ki, bu da alıcıların marağını artırır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 Sentyabr 2025 18:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see192

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see156

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri