Azərbaycanda daha bir yeniyetmə ana OLDU
Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ucarda yeniyetmə uşaq dünyaya gətirib.
Redaktor.az xəbər verir ki, rayon sakini 15 yaşlı yeniyetmə Ucar Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə yerləşdirilib.
Xəstəxanadan APA-ya verilən xəbərə görə, aprelin 14-də saat 19:00 radələrində 2011-ci il təvəllüdlü hamilə doğuş sancıları ilə Ucar Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə hospitalizasiya olunub. Ona 31-32 həftəlik hamiləlik diaqnozu təyin edilib. Pasiyent saat 20:20 radələrində cinsi kişi, çəkisi 1900 qram, boyu 44 sm uşaq dünyaya gətirib. Ana və uşağın vəziyyəti dəyərləndirilərək, müvafiq klinik protokollara uyğun zəruri tibbi yardım göstərilib. Zahı kafi vəziyyətdə aprelin 17-də sahə həkim mama-ginekoloq nəzarəti altında ambulator müalicə üçün evə yazılıb.
Hadisə ilə əlaqədar hüquq-mühafizə orqanlarına məlumat verilib.
Baxış sayı:110
Bu xəbər 20 Aprel 2026 12:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















