Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

Secret Santa üçün ideal hədiyyə seçimi necə olmalıdır?

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Azərbaycanda elektrik mühərrikli avtomobillərin saxlanılması, istifadəsi, mühiti, ekosistemi tam formalaşmayıb

Azərbaycanda elektrik mühərrikli avtomobillərin saxlanılması, istifadəsi, mühiti, ekosistemi tam formalaşmayıb

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

Gələn ildən elektrik mühərrikli avtomobillər əlavə dəyər vergisinə (ƏDV) cəlb ediləcək. APA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov deyib. Şahin Bağırov bildirib ki, gömrük xətti ilə daxilolmalar adətən idxal əməliyyatlar ilə başa gəlir: “İdxal zamanı gömrük tarifləri tətbiq edilir. Bizim büdcə daxilolmaları əsasən ƏDV-dən formalaşır. Elektomobillər ƏDV-yə cəlb ediləcək. Bu güzəşt ləğv edilsə də, 5 ildən artıq müddətdir ki, tətbiq edilirdi. 2025-ci ilin ilk 10 ayı ərzində ölkəyə 1760 elektromobil idxal edilib. Bu, çox azdır. Çünki 2024-cü ildə bu, 3027 ədəd olub. Bu onu göstərir ki, cəmiyyətin elektromobillərə marağı azalır. ƏDV-nin tətbiqi yerli elektrik avtomobil istehsalına bu və ya digər formada müsbət təsir edəcək”.Ölkə əhalisi yerli avtomobilə nə qədər maraq göstərəcək?Ölkədə yerli avtomobil istehsalı üçün maddi-texniki potensial varmı?Yerli avtomobil istehsalı nə dərəcədə sərfəli və gəlirli olacaq?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına açıqlamasında iqtisadçı Rəşad Həsənov belə sərt qərarların qəbul edilməsini və aqressiv nəticələrin əldə edilməsi doğru hesab etmədiyini bildirib.

Rəşad Həsənov

“Qərarı doğru hesab etmirəm, çünki nəticəyə gəlmək üçün tez olduğunu düşünürəm. Qısamüddətli dövrdə belə sərt qərarların qəbul edilməsi və aqressiv nəticələrin əldə edilməsi doğru deyil. Azərbaycanda hələlik elektrik mühərrikli avtomobillərin saxlanılması, istifadəsi, mühiti, ekosistemi tam formalaşmayıb. Bu da istifadəçiləri müəyyən qədər çəkindirən faktor olsa belə, amma artıq bu proses başlayıb və bu istiqamətdə işlər davam edir. Ekosistemin artıq ilkin təməllərini biz görməkdəyik. Təmir-bərpa hissələrin gətirilməsi, yaxud şarj aparatlarının quraşdırılması və ya avadanlıqların satışının təşkili və s. Burda təbii ki, özü-özlüyündə növbəti dövrdə bu növ avtomobillərə tələbin daha da genişlənəcəyinə gətirib çıxara bilər. Qısamüddətli dövrdə nəticələr müxtəlif faktorlar fonunda formalaşa bilər. Məsələn; bu avtomobillərin distributorlarının ehtiyatlarının müəyyən dövrdə daha çox olması, maliyyə sıxıntıları, yaxud da istehlakçı davranışının müxtəlif digər faktorları buna təsir göstərə bilər. Ona görə də düşünürəm ki, bu qərar doğru qərar deyil.

Azərbaycanda “yaşıl iqtisadiyyat”a keçid nəqliyyat sektorunun transformasiyası və xüsusilə atmosferin ağır çirkləndiyi şəhərlərdən biri kimi Bakı və onun ətrafı bu istiqamətdə ən pis göstəricilərə malikdir. Nəticənin əldə edilməsi məqsədilə, elektron mühərrikli avtomobillərə ƏDV-nin tətbiqi məsələsində güzəştlər davam etdirilməlidir. Yerli bazara təsirindən danışsaq, düşünmürəm ki, burda ciddi nəticələr əldə olunsun. Onsuz da istehlakçı elektron mühərrikli avtomobillərin sınaq müddətinin az olması səbəbindən bu avtomobillərə nisbətən daha ehtiyatla yanaşır. Xüsusilə bu avtomobillər Azərbaycanda istehsal olunacaqsa, bu avtomobillərin alışına düşünürəm ki, ciddi maraq göstərilməyəcək. Çünki müvafiq istiqamətdə uğurlu təcrübəsi çox deyil. Bu kimi təşəbbüslər bir çox hallarda uğursuz olub. Yerli istehsal olunmuş avtomobillərə istehlakçıların bu fonda ciddi maraq göstərəcəyi və sənayenin bu istiqamətdə inkişaf edəcəyi və sair indiki şərtlər daxilində və ekosistemdə yalnız xəyal ola bilər. Buna görə də, yanaşma doğru deyil. Ən qısa müddətdə parlamentdə müzakirələr mərhələsində bu güzəştin ləğv edilməsi məsələsinə aydınlıq gətirilməlidir. Güzəşt qüvvədə saxlanılmalıdır və həmçinin burda müəyyən mənada əslində qarşıya qoyulmuş hədəflərin də aydınlaşdırılmasına ehtiyac var.

Qarşıya qoyulmuş hədəf bu məsələdə avtoparkın ekosistemə daha az zərərli mühərrikli avtomobillərlə yenilənməsi məsələsi olmalıdır, nəinki yerli istehsalın dəstəklənməsi. Çünki bu indiki halda daha az ehtimal olunan və yəni özünü doğrultma proqnozu “0” (sıfır) səviyyəsində olan bir məsələdir”,- deyə Rəşad Həsənov qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 11 Noyabr 2025 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see258

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see242

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see215

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see212

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see210

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see196

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see192

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see191

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see173

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see167

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see163

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see162

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see161

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see159

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see155

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see152

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see149

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see148

Secret Santa üçün ideal hədiyyə seçimi necə olmalıdır?

25 Dekabr 2025 06:13see138

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri