Icma.az
close
up
RU
Azərbaycanda hansı məhsullara daha çox pul xərclənir? ŞOK STATİSTİKA

Azərbaycanda hansı məhsullara daha çox pul xərclənir? ŞOK STATİSTİKA

Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu ilin 10 ayında Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 3,8 faiz artaraq 57,5 milyard manatı ötüb.

“Yeni Sabah” xəbər verir ki, 2026-cı ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 57 milyard 523,4 milyon manatlıq məhsul satılıb.

Satışın 31 milyard 58,6 milyon manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 26 milyard 464,8 milyon manatını isə qeyri-ərzaq malları təşkil edib. Online shopping Azərbaycan

Ötən ilin müvafiq dövrü ilə müqayisədə ərzaq məhsulları, içkilər və tütün məmulatlarının satışı real ifadədə 1,5 faiz, qeyri-ərzaq mallarının satışı isə 6,6 faiz artıb.

Məhsul qrupları üzrə ən yüksək artım kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının satışında qeydə alınıb. Bu kateqoriya üzrə satış 32,6 faiz artaraq 970,1 milyon manata çatıb. Əczaçılıq məhsulları və tibbi ləvazimatların satışında 21,2 faiz, elektrik malları və mebellərin satışında isə 8,7 faiz artım olub.

Hesabat dövründə toxuculuq məhsulları, geyim və ayaqqabıların satışından 8 milyard 54 milyon manat, avtomobil yanacağının satışından 3 milyard 462,5 milyon manat, digər qeyri-ərzaq mallarının satışından isə 9 milyard 546,6 milyon manat gəlir əldə edilib.

Alıcıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 49,9 faizi ərzaq məhsullarının, 14 faizi geyim və ayaqqabıların, 6 faizi avtomobil yanacağının, 5 faizi elektrik malları və mebellərin alınmasına sərf olunub.

Bildirilib ki, 2026-cı ilin yanvar-oktyabr aylarında ölkə əhalisinin hər nəfəri orta hesabla ayda 559,9 manatlıq pərakəndə ticarət məhsulu alıb. Bunun 302,3 manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 257,6 manatı isə qeyri-ərzaq mallarının payına düşüb.

Aytac Əliyeva


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 13 Noyabr 2026 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see328

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see322

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see321

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see305

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see304

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see287

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see287

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see283

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see270

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see249

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see240

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see235

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see234

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see234

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see227

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see224

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see202

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see201

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri