Icma.az
close
up
RU
Azərbaycanda hansı yaşda uşaqlara sosial şəbəkə qadağan ediləcək?

Azərbaycanda hansı yaşda uşaqlara sosial şəbəkə qadağan ediləcək?

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Prezident İlham Əliyev uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Belə ki, sənəddə rəqəmsallaşmanın sürətlənməsi fonunda sosial şəbəkələrin uşaqların həyatında artan rolunun yaratdığı risklərə diqqət çəkilir və onların psixoloji rifahı ilə təhlükəsizliyinin qorunmasının vacibliyi vurğulanır.

Sərəncama əsasən, sosial şəbəkələrdə yaş məhdudiyyətlərinin tətbiqi, valideyn nəzarətinin gücləndirilməsi və platformadaxili təhlükəsizlik mexanizmlərinin yaradılması istiqamətində tədbirlərin görülməsi nəzərdə tutulur. Bundan əlavə, təhsil proqramlarına rəqəmsal savadlılıq və kibertəhlükəsizlik mövzularının daxil edilməsi, valideynlər və müəllimlər üçün maarifləndirmə işlərinin genişləndirilməsi planlaşdırılır. 

Modern.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov ilk növbədə qeyd edib ki, belə bir sərəncamın imzalanması olduqca vacib və əhəmiyyətli addımdır. 

“Mən də bir neçə dəfə parlament iclaslarında bu məsələyə toxunmuş, eyni zamanda mətbuatda dəfələrlə problemin aktuallığını gündəmə gətirmişdim. Cənab Prezidentin bu məsələyə həssas yanaşması təqdirəlayiqdir. Qadağa və məhdudiyyətlərin tətbiqi böyük önəm daşıyır. Bu baxımdan, verilən tapşırıqlar əsasında artıq konkret tədbirlərin həyata keçirilməsinə də başlanılacaq”.

Deputat nəzərə çatdırıb ki, bu həm də onu göstərir ki, rəqəmsal mühitin uşaqların düşüncəsinə və tərbiyəsinə ciddi təsiri var. Onun sözlərinə görə, burada psixoloji amillər də mühüm rol oynayır. 

“Elə məhz bu səbəbdən də müəyyən məhdudlaşdırıcı addımların atılması zəruridir. Lakin məhdudiyyətlərlə yanaşı, geniş maarifləndirmə və təbliğat işlərinin aparılması da vacibdir. Gəncləri, yeniyetmələri və şagirdləri qorumaq üçün bu istiqamətdə sistemli fəaliyyət həyata keçirilməlidir”.

Milli Məclisin üzvü onu da əlavə edib ki, mövcud proseslər onu göstərirdi ki, gələcəyə doğru vəziyyət daha da mürəkkəbləşə bilər:

“Buna görə də vaxtında addımlar atmaq və uşaqları qorumaq əsas prioritet olmalıdır. Qanunlar, normativ aktlar və tənzimləyici mexanizmlərlə yanaşı, paralel şəkildə geniş ictimai maarifləndirmə tədbirlərinə də ehtiyac var.

Uşaqların yaş həddi məsələsinə gəldikdə isə, dünyanın bir çox ölkələrində 16 yaşa qədər olan şəxslər üçün müəyyən məhdudiyyətlərin tətbiqi müzakirə olunur və artıq bir sıra ölkələrdə bu istiqamətdə tədbirlərin icrasına başlanılıb. Eyni zamanda məktəblərdə, ailələrdə və mediada geniş maarifləndirmə və təbliğat işləri aparılır”, - deyə C.Məmmədov fikrini tamamlayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 Fevral 2026 21:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see548

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see472

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see432

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see298

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see297

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see296

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see289

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see283

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see277

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see270

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see262

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see249

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see240

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see232

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see223

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see220

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see218

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see211

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see195

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri