Azərbaycanda logistikanın subsidiyalaşdırılması mexanizmi tətbiq olunacaq
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bu ilin sonuna qədər Azpromo tərəfindən “Made in Azerbaijan” brendinin təşviqi çərçivəsində logistikanın subsidiyalaşdırılması mexanizmi tətbiq olunacaq.
“APA-Economics” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) İdarə Heyətinin sədri Yusif Abdullayev deyib.
“Hökumətə təqdim etdiyimiz sənəddə Azərbaycandan xaricə satılan məhsulların 70%-ə qədər təşviq verilməsi öz əksini tapıb. Ancaq düşünürük ki, Qarabağ və Şərqi Zəngəzur bölgəsində verilən imtiyazları bundan da artıq, hətta 100%-ə qədər tətbiq etmək olar”.
O bildirib ki, verilən imtiyazlar müddətli olacaq:
“Bu tətbiqi biz 5 il sonrakı mərhələ yenə də 5 il uzatmaqla vermək istəyirik ki, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən sahibkarların ixracına ciddi formada dəstək olsun”.
Baxış sayı:100
Bu xəbər 05 İyun 2025 16:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















