Icma.az
close
up
RU
Azərbaycanda multikulturalizmin və dinlərarası harmoniyanın təşviqi dövlət siyasətinin prioritet istiqamətidir AZƏRTAC

Azərbaycanda multikulturalizmin və dinlərarası harmoniyanın təşviqi dövlət siyasətinin prioritet istiqamətidir AZƏRTAC

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 6 dekabr, AZƏRTAC

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov dekabrın 6-da Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri, eyni zamanda, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ABŞ-dakı təsisçi icraçı direktoru Janna Skot ilə görüşüb.

Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Prezident İlham Əliyevin tolerantlıq ənənələrinin və multikultural dəyərlərin inkişafına xüsusi diqqət göstərdiyini vurğulayan Komitə sədri ölkəmizdə dövlət-din münasibətlərinin möhkəm təməllərə əsaslandığını bildirib.

“Fərqli mədəniyyətlərə mənsub insanların bir arada yaşamaları, özlərini sosial həyatın bir hissəsi kimi hiss etmələri cəmiyyətin daha inklüziv, dinamik olmasına kömək edir. Ölkəmiz isə bu prinsipə xüsusi önəm verir. Azərbaycanda cəmiyyətin həyat tərzi kimi qəbul etdiyi multikulturalizmin və dinlərarası harmoniyanın təşviqi dövlət siyasətinin prioritet istiqamətidir”, - deyə R.Məmmədov vurğulayıb.

Qonağa Azərbaycanda tolerantlıq sahəsində görülən işlər və həyata keçirilən layihələr barədə də məlumat verilib.

Sonra çıxış edən Janna Skot mədəniyyətlərarası əlaqələrin yerli və qlobal səviyyədə müxtəlif aspektlərdə inkişaf etdirilməsinin əsas məqsədinin fərqli mədəniyyətlər arasında müsbət münasibətlər qurmaq, sosial əlaqələri gücləndirmək və insan hüquqları ilə bağlı anlayışları genişləndirmək olduğunu deyib.

O, Azərbaycanda müxtəlif mədəniyyət və din mənsublarının harmonik və sülh şəraitində yaşamalarını, ölkəmizin multikulturalizm mühitinin mütərəqqi modeli kimi təbliği istiqamətində görülən işləri müsbət dəyərləndirib.

Görüşdə, həmçinin gələcək layihələr barədə müzakirələr aparılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Dekabr 2024 17:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see388

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see194

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see152

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see143

Türk qəhvəsi sevənlər OXUSUN Sən demə...

01 Sentyabr 2025 01:45see142

Rusiyada saxlanılan miqrant futbolçuları deportasiya gözləyir

01 Sentyabr 2025 01:13see141

Bakıda zəncirvari qəza: İki KamAZ və dörd minik avtomobili toqquşub

01 Sentyabr 2025 01:01see137

La Liqa: Barselona dan xal itkisi

01 Sentyabr 2025 01:40see132

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see129

Teleqramda möhtəşəm yenilik...

01 Sentyabr 2025 01:17see128

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see126

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see124

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see121

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see121

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see119

“Tyançjin Bəyannaməsi” qəbul olunub ŞƏT bütün münaqişələri pislədi, amma...

01 Sentyabr 2025 14:46see116

Bundesliqa: Borussiya Dortmund dan darmadağın

01 Sentyabr 2025 00:27see114

“Atletiko” “Mançester Siti”nin futbolçusunu istəyir

01 Sentyabr 2025 05:39see114

Azərbaycanlı milyarder ilk ÜÇLÜKDƏ

01 Sentyabr 2025 14:20see113

“Pezeşkian ŞƏT sammitində fərqlənib: ABŞ dollarına qarşı “ağıllı gediş“ və gözlənilməz jest“ “Tasnim“ agentliyi

01 Sentyabr 2025 22:57see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri