Icma.az
close
up
RU
Azərbaycanda qapıçı “pulsuz konsert” verdi

Azərbaycanda qapıçı “pulsuz konsert” verdi

News24 saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

I Liqada 8-ci tur davam edir.

Xaqani Məmmədovu baş məşqçi postuna gətirən «Difai» Şamaxıda «Mingəçevir»lə üz-üzə gəlib.

Əsas heyətdə bir neçə dəyişiklik edən yeni çalışdırıcı ilk dəqiqələrdən hücum futboluna üstünlük verib.

Meydanın mərkəzində çoxluq yaradan «fədailər» 2 epizodda hesabı erkən açmağa yaxın olub. Hər iki halda topu yaxın məsafədən qapıya göndərən tapılmayıb.

«Mingəçevir» gözlənilmədən 19-cu dəqiqədə fərqlənib. İlkin Əliyev qapıçı Nail Alışovun topa düzgün çıxmamasından istifadə edib və toru silkələyib.

«Difai» fasiləyədək qətiyyən yaxşı təsir bağışlamayıb. Fərdi səhvlər və çoxsaylı top itkiləri geniş vüsət alıb. Bir anlıq belə fikirləşməyə başlayırdın ki, bu futbolçular ilk dəfə çiyin-çiyinə oynayır və bir-birlərini tanımırlar.

Fasilədən sonra da ümumi axar pozulmadı. Paltardəyişmə otağından qayıdandan 4 dəqiqə sonra İlkin Əliyev növbəti cinah ötürməsini qapıdan keçirib.

Biz yenə səhvdən danışmalıyıq - Seymur Əliyevlə Əzəmət Ələkbərlinin mövqe xətası və Nail Alışovun reaksiyasızlığı heyrətli idi.

X.Məmmədov artıq bildi ki, sular durulmayacaq, kimlərisə dəyişmək, bununla oyuna müdaxilə etmək lazımdır. İlham Allahverdiyev 58-ci dəqiqədə, meydana daxil olandan az sonra penaltidən fərqi azaltdı.

«Neftçi»nin keçmiş hücumçusu Kristan Kamtaya qarşı kobudluğa görə təyin edilmiş cərimə zərbəsini dəqiq yerinə yetirdi. Artıq düşünmək olardı ki, bu qol «fədailər»i oyuna qaytaracaq, çevrilişi sürətləndirəcək.

Sən saydığını say, gör, Nail nə sayır! Sonuncu dəfə 2 il qabaq «Zirə»nin əvəzedici heyətində çıxış etmiş, ondan bəri əlinə və ayağına top dəyməmiş qapıçı 61-ci dəqiqədə növbəti biabırçı yanlışı ilə komanda yoldaşlarını şoka saldı.

Topa yetişməkdə gec qalan kiper lüzumsuz yerə rəqib oyunçuya zərbə endirdi, bu isə artıq təmiz penalti idi. Tural Məmmədzadə fürsəti qaçırmadı.

«Fədailər»in «soyuş duş»dan ayılması gec çəkdi. Düzdür, fürsətlər yaradırdılar, amma son anda onlarda dəqiqlik çatışmırdı.

Sürəti artırmağa çətinlik çəkən komanda yalnız 81-ci dəqiqədə nisbətən özünə gəldi, yenə İlham əvvəl topu, ardınca toru tapdı.

«Bəlkə hesabı bərabərləşdirə bildik» ümumi ilə təkrar irəli atılan «Difai»ni 90+4-cü dəqiqədə Kamta arzusuna çatdırdı. Kamerunlu hücumçu Allahverdiyevin başla ötürməsini gözəl zərbəylə tamamladı.

Oyun göstərdi ki, Xaqani Məmmədovu yeni iş yerində gərgin əmək gözləyir. Komandada dəyişməli olduğu çox şey var. Oyun intizamını bərqar etmək üçün öncə fiziki hazırlığa diqqəti artırmalıdır.

Çünki futbolçuların «fizika»sını qaldırmadan hər hansı taktiki yenilikdən, bu yolla uğur qazanmadan danışmağa dəyməz.

Digər tərəfdən, psixoloji davamiyyəti təmin eləməlidir. İki ötürmə üçüncüyə keçmirsə, «zəncir» belə tez qırılırsa, deməli, baş məşqçinin gecə-gündüz çalışması lazımdır.

“Difai” – “Mingəçevir” 3:3

Qollar: İlham Allahverdiyev, 58 (p.); 81; Kristian Kamta, 90+4 // İlkin Əliyev, 19; 49; Tural Məmmədzadə, 61 (p.)

Şamaxı OİK stadionu. 30 tamaşaçı

Baş hakim: Əkbər Əhmədov

Baş hakimin köməkçiləri: Sənan Atayev, Vüqar Bayramov

Dördüncü hakim: Elvin Bayramov

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Eldəniz Musayev

Sarı vərəqələr: Nail Alışov, 19 (qeyri-idman hərəkəti) // İlkin Əliyev, 24

(qeyri-idman hərəkəti); Muxtar Nəzərli, 55 (qeyri-idman hərəkəti); Taleh

Fərmanov, 90+4 (hakimin qərarına etiraz)

Artırılan vaxt: I hissədə - 3 dəq; II hissədə - 6 dəq.

“Difai”

85. Nail Alışov

6. Əzəmət Ələkbərli

55. Seymur Əliyev (k)

27. Tolqar Yaqubov

73. Bəşir Ayralov

2. Seymur Rəhimov

77. Əli Mürsəlov

(32. Xəyyam Məmmədli, 46)

8. Emil Quluzadə

(17. Riad Abbaszadə, 66)

11. Sənan Ağayev

(90. İlham Allahverdiyev, 53)

9. Kristian Kamta

19. Muhamməd Alfa

Ehtiyat oyunçular:

12. Maksimilian Şilder

1. Sahib Həsənov

10. Tahir Zeynalov

44. Sərcan Omarov

3. Əbil Əbilov

24. Rəvan Əvəzov

66. Arzu Atakişiyev

Baş məşqçi: Xəqani Məmmədov

“Mingəçevir”

1. Mövlan Kərimov

97. Tural Məmmədzadə (k)

60. Elmin Bayramov

81. Xəyal Muradov

32. Elvin Əsgərov

7. Aqil Nəsibov

(18. Elvin Əliyev, 46)

10. Muxtar Nəzərli

17. Taleh Fərmanov

24. Xəyal Xudaverdiyev

9. İlkin Əliyev

(21. Nizami Səmədov, 83)

(23. Rüstəm Quluzadə, 89)

8. Fuad Əhmədov

Ehtiyat oyunçular:

25. Afiq Musayev

Baş məşqçi: Ədəhim Niftəliyev

SPORTİNFO.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://news24.az
archiveBu xəbər 29 Noyabr 2024 23:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see427

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see413

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see396

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see377

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see265

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see261

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see258

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see248

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see245

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see237

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see228

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see221

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see213

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see207

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see191

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see188

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see184

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see182

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see181

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri