Azərbaycanda qaymaq və xama istehsalı artıb, pendir və kəsmiyin istehsalı isə azalıb
Icma.az bildirir, 525.az portalına istinadən.
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 6 min 723,7 ton qaymaq və xama istehsal edilib.
525.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,4 % çoxdur.
Hesabat dövründə ölkədə pendir və kəsmik istehsalı illik müqayisədə 3,5 % azalaraq 35 min 299,2 tona çatıb.
Sentyabrın 1-nə respublikada 0,2 ton qaymaq və xama ehtiyatı, 177,3 ton isə pendir və kəsmik ehtiyatı yaranıb.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanda 3 milyard 408,9 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 10,8 % çoxdur.

Azərbaycanda qaymaq, xama, pendir və kəsmik istehsalı azalıb
24 May 2025 18:13
Azərbaycanda araq istehsalı artıb, pivə istehsalı azalıb
28 Mart 2025 17:28
Azərbaycanda araq istehsalı artıb, pivə isə azalıb
23 Dekabr 2024 17:02
Azərbaycanda qızıl istehsalı artıb, gümüş isə azalıb
03 Dekabr 2024 20:18
Azərbaycanda duru bitki yağı istehsalı azalıb, marqarin istehsalı isə artıb
13 Sentyabr 2025 17:41

